Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Naxçıvan Muxtar Respublikası sürətli inkişaf dövrünü yaşayır

Siyavuş Novruzov: Naxçıvan Muxtar Respublikası sürətli inkişaf dövrünü yaşayır

08.08.2009 [15:21]

YAP İcra katibinin müavini, Mili Məclisin deputatı Siyavuş Novruzov deyib ki, hazırda Naxçıvan Muxtar Respublikası sürətli inkişaf dövrünü yaşayır. Bu günlərdə 85 illik yubileyini qeyd edən Muxtar Respublika Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində yeni-yeni uğurlar qazanır. S.Novruzov bildirib ki, ölkənin digər bölgələrində olduğu kimi, Naxçıvanda da böyük abadlıq-quruculuq işləri aparılır. Bir neçə gün öncə Naxçıvanda səfərdə olan Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirib.
“Dövlətimizin başçısı səfəri zamanı Muxtar Respublikada yeni obyektlərin açılışında iştirak etmişdir. Açılan yeni müəssisələr, məktəblər, səhiyyə ocaqları, idman kompleksləri vətəndaşlara xidmət edir. Ona görə də Naxçıvan əhalisi bütün bunları yüksək dəyərləndirir”, - deyə S.Novruzov vurğulayıb.
Paylaş:
Baxılıb: 1061 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30