/ / Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşmış kurslara başlayıb
Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşmış kurslara başlayıb
08.09.2009 [10:02]
Mərkəzi Seçki Komissiyası dünən Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dairə seçki komissiyalarının (DSK) sədrləri üçün ixtisaslaşmış kurslara başlayıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, əsası 2007-ci ildə qoyulan bu kurslar uğurla davam etdirilir. Bütün demokratik ölkələrdəki kimi Azərbaycanda da hakimiyyətin mənbəyinin xalq olduğunu bildirən MSK sədri deyib ki, vətəndaşlar ali hüquqlarını seçki vasitəsi ilə həyata keçirirlər. Onun sözlərinə görə, demokratik dəyərlər arasında seçki hüququ xüsusi əhəmiyyət daşıyır. M.Pənahov bildirib ki, demokratik seçkilərin keçirilməsi üçün ölkədə stabilliyin təmin edilməsi ilə paralel olaraq seçki qanunvericiliyi üzərində də iş aparılır. Eyni zamanda, bu istiqamətdə Avropa qurumları ilə də əməkdaşlıq edilir. Seçki Məcəlləsi də zamanın tələbinə uyğun təkmilləşdirilib və ədalətli, şəffaf seçkilərin keçirilməsinə tam imkan verir.
M.Pənahov dairə və məntəqə seçki komissiyalarının tərkibinin mütəxəssislərdən təşkil olunduğunu diqqətə çatdıraraq deyib ki, 125 DSK-nın 100-ə yaxını yeni bina ilə təmin olunub. Digər binalarda isə təmir işləri aparılıb və müasir avadanlıqlar qurulub. Bütün bunlar isə MSK-nın və beynəlxalq qurumların seçki günü operativ informasiya almasına imkan verir.
M.Pənahov seçkilərin demokratik keçirilməsi üçün dövlətin bütün addımları atdığını da söyləyib. Nəticədə 2000-ci ildən başlayaraq beynəlxalq qurumların hesabatlarında ənənəvi iradlar yer almır. Əksinə, seçkilərin normal keçdiyi qeyd olunur və prosesin daha da təkmilləşməsi üçün təkliflər irəli sürülür.
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov bələdiyyələrin inkişafı üçün ölkədə xeyli işlər görüldüyünü, nəticədə yerli özünüidarəetmə orqanlarının böyük inkişaf yolu keçdiyini qeyd edib. O, kadr məsələsində də dəyişikliklərin baş verdiyini deyib. Akademiyanın bu sahədə təcrübəsindən danışan rektor ali təhsil ocağında bələdiyyə üzrə xüsusi ixtisasın olduğunu vurğulayıb.
Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyev bələdiyyə seçkilərinin ölkə üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, deyib ki, bələdiyyə seçkiləri prezident, parlament seçkiləri və referendumla müqayisədə ən mürəkkəb və məsuliyyətlisidir. “Bələdiyyələr bütün dünyada dövlətin idarəçilik məktəbi kimi qəbul olunur. çünki hər bir siyasətçi öz siyasi fəaliyyətinə məhz bələdiyyələrdən başlayır. Arzu edirik ki, Azərbaycan vətəndaşları tərəfindən də bələdiyyələrə münasibət bu tərzdə qurulsun”. Ş.Əliyev bələdiyyə seçkilərində yaranan problemlərdən də danışaraq deyib ki, bu seçkilərdə iştirak edənlər həddən artıq çox olduğundan şikayətlərin də sayı çox olur. O, şikayətlərin araşdırılması üçün xüsusi struktur yaradıldığını xatırladıb.
Ş.Əliyev seçkilərdə bir ümumi problemin də vətəndaşların yaşayış yeri üzrə qeydiyyatı ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, vətəndaş bu və ya digər ərazidə 6 aydan çox yaşadıqda siyahıya salınır. “4 milyon yarım seçicisi olan Azərbaycan üçün 1 nəfərin daimi və qeyri-daimi yaşayışına nəzarət etmək qeyri-mümkündür. Bu, qlobal problemdir. Seçki Məcəlləsində qeydiyyat məfhumu ona görə göstərilməyib ki, şəxsiyyət vəsiqəsində vətəndaşın bir yerə qeydiyyatı əks olunub. Amma şəxsin bir yerə qeydiyyatı o demək deyil ki, vətəndaş o ünvanda yaşayır. Bu problem həll olunmalıdır. Gələcəkdə şəxsiyyət vəsiqələri dəyişdikcə orda elektron çiplər nəzərdə tutulmalı və müvafiq məlumatlar əksini tapmalıdır. Yəni aşağı seçki komissiyalarının həmin məlumatları oxumaq imkanı olmalıdır”.
Ş.Əliyev məntəqə seçki komissiyalarının seçkilərin aparılmasında rolunun vacibliyindən də danışıb.
Prezident Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev isə qeyd edib ki, 2008-ci ildə ölkədə keçirilən prezident seçkiləri və cari ilin martındakı referendum demokratikliyi və şəffaflığı ilə bir daha sübut etdi ki, Azərbaycanda seçki ənənələri və seçki mədəniyyəti yaranıb. Şöbə müdiri bildirib ki, seçkilərə icra strukturlarının və bələdiyyələrin müdaxilə etməməsi dövlət başçısının tələbidir. Bu hallara yol verənlər isə cəzalandırılırlar. O, ötən seçkilərdə belə halların baş verdiyini və bir neçə icra başçısının, DSK sədrinin vəzifəsindən kənarlaşdırıldığını söyləyib. Z.Nağdəliyev deyib ki, seçki vaxtı namizədlərin əhali ilə görüşü üçün 5341 yer müəyyənləşdirilib. Onlardan 1836-sı açıq, qalanları qapalıdır. Əvvəllər təşviqat materiallarının tarixi abidələrə belə vurulduğunu deyən şöbə müdiri bunu yolverilməz adlandırıb: “İndi xüsusi lövhələr ayrılıb. İcra strukturları orada başqa elanların vurulmasına imkan verməməlidir. Dəfələrlə xəbərdarlığımıza baxmayaraq, bu hallar baş verir”.
Siyahıların hazırlanmasından danışan Z.Nağdəliyev bildirib ki, əvvəllər bu məsələdə ciddi iradlar tutulurdu. Vəfat edənlər, yaşayış yerini dəyişənlərlə bağlı siyahıda problemlər yaranırdı. Amma indi siyahılar real seçki siyahısına yaxınlaşıb. Seçkilərdə iştirak üçün 83 min tələbə-gənc qeydiyyata alınıb. Şəhərdə yeni binaların tikilməsi ilə bağlı köhnələrin sökülməsi də seçicilərlə bağlı problem yaradırdı. Bakıda 500 yeni binada 52 min nəfər seçici siyahıya daxil edilib. Vəfat edən 18 min nəfərin adı isə siyahıdan çıxarılıb. Bələdiyyə seçkiləri ərəfəsində qeydiyyatdan çıxmış vətəndaşlar azlıq təşkil etsələr də, bu işdə diqqətli olmaq lazımdır. Onun sözlərinə görə, seçkilərin təkmilləşməsi üçün başqa bir addım isə veb kameraların quraşdırılmasıdır. Bu isə dünyanın istənilən yerindən seçkiləri izləməyə imkan yaradıb. Z.Nağdəliyev deyib ki, bu müasir texnologiyaya qarşı da çıxanlar oldu: “Guya veb kameralar seçki hüquqlarını pozurdu. Amma nəticələr opponentləri də susmağa məcbur etdi. Hətta onlar bunu təriflədilər də”.
Z.Nağdəliyev bələdiyyələrin birləşməsi prosesinin də müsbət nəticələr verdiyini deyib. Onun sözlərinə görə, hazırda bələdiyyə sədrlərinin 41 faizi, üzvlərinin 34 faizi ali təhsillidir. Bələdiyyə üzvləri olan qadınların 4, sədrlərin isə 2 faizi, 30 yaşına qədər bələdiyyə üzvləri arasında 1, sədrlərin 2 faizi ali təhsillidir.
Tədbirdə iştirak edən ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel bələdiyyə seçkilərini Azərbaycanın demokratik həyatında yeni bir mərhələ adlandırıb. O, deyib ki, demokratik inkişaf üçün seçkilərin azad keçirilməsi çox vacibdir. “Əminəm ki, Azərbaycanda seçki prosesi ilbəil təkmilləşəcək və ən yüksək standartlara cavab verəcək. Bu baxımdan, ölkə Prezidentinin 2006-cı ildə imzaladığı sərəncamlar da mühüm əhəmiyyət kəsb edir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

