Regionların inkişafı ilə bağlı tədbirlər intensiv şəkildə həyata keçirilir
08.09.2009 [10:02]
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2009-2013-cü illərə dair) icrasına başlanmasından cəmi bir neçə ay keçməsinə baxmayaraq bütün bölgələrdə bu konsepsiyada nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi geniş miqyas almaqdadır. Rayonlarda yeni Dövlət Proqramının icrası keyfiyyət və kəmiyyət baxımından mühüm mərhələyə qədəm qoymaqdadır. Hər bir bölgədə qəsəbələrin və ucqar yaşayış məntəqələrinin infrastruktur təminatının yeniləşdirilməsi, sosial xidmət bölmələrinin yaradılması, kommunal infrastrukturun bərpası ilə bağlı layihələr diqqəti cəlb edir. Eyni zamanda, rayonlarda yeni müəssisələrin yaradılması istiqamətində mühüm addımlar atılır. Bir sözlə, regionlarda quruculuq, tikinti-abadlıq, təmir-bərpa işləri, yeni istehsal sahələrinin yaradılması intensiv şəkildə davam etməkdədir.
Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfəri zamanı bir daha regionların inkişafı ilə bağlı davamlı tədbirlərin intensiv xarakter alması və bölgələrin həyatında yeni inkişaf erasının başlanması müşahidə olundu. Rayonlarda istifadəyə verilən yeni müəssisələr və infrastruktur obyektləri ölkədə genişmiqyaslı quruculuq işlərinin davamlılığını göstərir. Respublikamızın bütün bölgələrində, o cümlədən, Hacıqabulda infrastruktur, məktəb, səhiyyə, istirahət və turizm kompleksləri, istehsal müəssisələrinin tikintisi dünya maliyyə böhranı olmasına baxmayaraq hökumətin investisiya və sosial siyasətin həyata keçirilməsində qətiyyətini və məqsədyönlü fəaliyyətini şərtləndirmiş olur. İqtisadiyyatın neftdən kənar sahələrində, xüsusilə də, sənaye, kənd təsərrüfatı, tikinti və digər sahələrdə inkişafın yeni dövrü başlayıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bir çox ölkələrdə iqtisadi artımın azalması ilə bağlı real sektorun aparıcı sahələrində istehsal aşağı düşsə də, respublikamızda belə hallar müşahidə olunmur: “Azərbaycanda istehsal artır, sənaye istehsalı bu il də artıb. Baxmayaraq ki, dünyada əksər ölkələrdə sənaye istehsalı aşağı düşür, Azərbaycanda artım vardır. Kərpic zavodunun tikintisi o deməkdir ki, inşaat sektorunun inkişafı davam edir. Əgər belə olmasaydı, kərpic zavodunun tikintisinə ehtiyac olmazdı. çox şadam ki, belə gözəl zavod Hacıqabulda tikilib. Bölgələrin, regionların inkişafı sürətlə gedir və belə yeni, gözəl müəssisələrin yaradılması bizim regional proqramın uğurla icrasını təmin edir”.
Onu da qeyd edək ki, bölgələrdə həyata keçirilən layihələrin icra vəziyyətini daim nəzarətdə saxlayan dövlət başçısının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq yaradılan yeni müəssisələr bütün texniki göstəricilərinə və digər parametrlərinə görə xüsusilə fərqənir və dünyanın ən qabaqcıl texnologiyaları burada tətbiq olunur. Bu, ölkəmizdə yeni istehsal sahələrinin yaradılması ilə bərabər, Azərbaycanın ixrac potensialının artmasına əhəmiyyətli dərəcədə zəmin yaratmış olur. Dövlət başçısının vurğuladığı kimi Azərbaycanda yeni sənaye sahələri yaradılır və yeni istehsal sahələri artıq dünyanın ən yüksək standartlarına cavab verir. Xatırladaq ki, Prezident İlham Əliyev yeni proqramın icrasına başlanandan sonra bir çox bölgələrə səfər edib və rayonlara geniş vüsət alan quruculuq işləri ilə yaxından tanış olub. Dövlət başçısı 2009-cu ilin ötən ayları ərzində Bərdə, Mingəçevir, Yevlax, Gəncə, Şəmkir, Göygöl, Gədəbəy, Naxçıvan Muxtar Respublikası və Hacıqabula səfər edərək həmin rayonlarda istifadəyə verilmiş obyektlərin açılış mərasimlərində iştirak edib. Bu faktor bir daha Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı siyasətin həyata keçirilməsinə xüsusi diqqətinin nümunəsi sayıla bilər.
Xatırladaq ki, yeni yaradılan müəssisələrin və iş yerlərinin böyük əksəriyyəti rayonların payına düşür və bu tendensiya rayonların ümumi iqtisadi inkişafda rolunun artmasını göstərir. Vaxtilə infrastruktur və kommunal xidmət növləri baxımından geridə qalan rayonların siması indi dəyişərək elə bir səviyyəyə çatıb ki, paytaxtla bu yaşayış məskənləri arasında ciddi fərq qalmayıb. Həmin rayonlar abadlıq-quruculuğun səviyyəsinə, yol təsərüfatının bərpasına, sosial xidmət bölmələrinin yaradılmasına, kommunal xidmət vasitələrinin təminatına və digər xüsusiyyətlərinə görə əhəmiyyətli dərəcədə inkişaf edib. Demək olar ki, buradakı xidmət çeşidləri Bakı şəhərindəki səviyyəyə çatıb. Bunu Hacıqabul rayonunun timsalında da görmək olar. 2004-2008-ci illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası, eləcə də, yeni proqramın həyata keçirilməsi bu rayonun iqtisadi, sosial və infrastruktur bölmələrinin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olub. Hacıqabul hər bir cəhətdən dəyişərək gözəl və yaraşıqlı rayona çevrilib. Yeni iş yerlərinin yaradılması ilə bağlı davamlı tədbirlər isə rayon əhalisinin məşğulluq probleminin həll olunmasına zəmin yaradıb.
Göründüyü kimi, respublikamızın hər bir bölgəsində yeni istehsal və emal müəssisələrinin, xidmət və digər infrastruktur, turizm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə obyektlərin yaradılması əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, onların güzəranının xeyli yaxşılaşdırılmasına təkan verib və nəticədə bütün rayonların sosial həyatında ciddi dəyişikliklər baş verməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu tədbirlər hər bir yaşayış məntəqəsinin ən yüksək səviyyədə infrastruktur cəhətdən təmin olunmasına qədər davam etdiriləcək: “Bölgələrdə böyük quruculuq işləri aparılır. Bütün bölgələrdə müasir infrastruktur - məktəblər, tibb ocaqları, elektrik stansiyaları yaradılır, yollar, qaz xətləri, su kəmərləri çəkilir, yəni insanın yaşaması üçün hər şey edilir”.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

