Rayon təşkilatları bələdiyyə seçkilərinə hazırlaşır
10.09.2009 [09:35]
Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov da bələdiyyə seçkilərinə hazırlıqla bağlı son işlərin aparıldığını diqqətə çatdırdı. Onun sözlərinə görə, 17 nəfərdən ibarət seçki qərargahı yaradılıb: “Seçki qərargahına mən rəhbərlik edirəm. Şirvan şəhərində iki bələdiyyə-Hacıqəhrəmanlı və Şirvan bələdiyyələri üzrə seçkilər keçiriləcək. Rayon təşkilatının 88 ərazi ilk təşkilatı və bu ilk təşkilatlarda fəaliyyət göstərən 4000-ə yaxın partiya üzvü seçkilərdə fəal iştirak edəcək. Xalqımızın Yeni Azərbaycan Partiyasına inamı böyükdür. ötən il keçirilən prezident seçkilərində nümayiş etdirilən bu inam bələdiyyə seçkilərində də nümayiş olunacaq”.
Bələdiyyə seçkilərinə Neftçala rayonunda da hazırlıq gedir. Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Anar Cəfərov qəzetimizə bildirdi ki, artıq 11 nəfərdən ibarət seçki qərargahı yaradılıb: “Rayonumuzda əvvəllər 27 bələdiyyə mövcud idi. Bələdiyyələrin birləşdirilməsi prosesindən sonra hazırda 18 bələdiyyə üzrə seçkilər keçiriləcək. Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının üzvləri seçkiyə olduqca məsuliyyətlə hazırlaşırlar. Namizədlərin adlarının dəqiqləşdirilməsi prosesi üzərində müzakirələrimiz davam edir”.
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ağəli Kərimli də rayonda seçkiyə hazırlıqla bağlı işlərin görüldüyünü söylədi: “Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı 21 nəfərdən ibarət seçki qərargahı yaradıb. Rayonumuzda hər zaman seçkilərdə yüksək seçici fəallığı nümayiş etdirilir. İnanıram ki, bu dəfə də analoji hal təkrar olunacaq. ölkə vətəndaşları Prezident İlham Əliyevin yürütdüyü siyasətdən olduqca razıdır, dövlətimiz günü-gündən inkişaf edir. Bu amil seçkinin nəticələrində də özünü göstərəcək. Vətəndaşlarımız hər zaman olduğu kimi yenə də öz seçimlərini demokratik, şəffaf şəkildə edəcəklər. Yeni Azərbaycan Partiyası isə bu prosesdə hər zaman olduğu kimi yenə də ön sırada olacaq”.
Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının sədri Əli Hüseynov da seçki qərargahının yaradıldığını bildirdi. Onun sözlərinə görə, bu il 37 bələdiyyə üzrə seçkilər keçiriləcək: “Biz artıq hazırlıq prosesinə start vermişik. Rayon partiya təşkilatı müntəzəm şəkildə fəallarla görüşlər keçirir, yerlərdə ilk ərazi təşkilatları ilə görüşür. Rayon təşkilatının 4500 üzvü, 85 ilk ərazi təşkilatı seçkinin yüksək səviyyədə keçməsi üçün tam gücünü ortaya qoyacaq. Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatı, demək olar ki, bütün strukturları ilə seçkiyə hazırlaşır. İnanırıq ki, ölkə vətəndaşları bu seçkidə də ümummilli lider Heydər Əliyevin siyasi kursuna səs verəcəklər”.
Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı da artıq hazırlıq prosesinə başlayıb. YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar olaraq ciddi hazırlıq işləri gördüklərini dilə gətirdi. Onun sözlərinə görə, rayon təşkilatında cəmləşən 101 ərazi partiya təşkilatı və 3350 nəfər üzv bələdiyyə seçkilərində fəal iştirak edəcək: “YAP Hacıqabul rayon təşkilatında 16 nəfərdən ibarət seçki qərargahı, 20 nəfərdən ibarət təbliğat qrupu yaradılması haqqında qərar qəbul olunub. Biz öz fəaliyyət qrafikimizi indidən hazırlayırıq. İnanıram ki, bələdiyyə seçkilərində vətəndaşlarımız məhz Yeni Azərbaycan Partiyasının üzvlərinə səs verəcəklər”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

