YAP bələdiyyə seçkilərində inamlı qələbə qazanmaq əzmindədir
03.10.2009 [12:14]
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıq prosesi ilə əlaqədar toplantı keçirilib. Təşkilatın sədri Təmraz Tağıyev yaxın günlərdə seçkilərə rəsmi start veriləcəyini bildirib. Partiyanın böyük seçki təcrübəsinin olduğunu xatırladan T.Tağıyevin sözlərinə görə, bu da təşkilatın bələdiyyə seçkilərində böyük uğur qazanmasını şərtləndirən amillərdən biridir. O qeyd edib ki, Nərimanov bələdiyyəsinə 19 üzv seçilməlidir. Hazırda bələdiyyə üzvlərinin 14-ü YAP-ı təmsil edir. Təşkilat sədri seçkilərdə qadınların və gənclərin namizədliyinə üstünlük veriləcəyini deyib.
125 ilk təşkilatda 15600 partiya üzvünün birləşdiyini deyən T.Tağıyev qeyd edib ki, bələdiyyə seçkilərində də YAP fəalları öz səylərini əsirgəməyəcəklər: “Bələdiyyə seçkiləri digər siyasi kampaniyalardan daha fərqlidir. Burada əsas amil yerlərdə insanlarla münasibətdə olan şəxslərin nüfuzu, şəxsi keyfiyyətləridir. Bələdiyyələrə seçilmiş şəxslər əlbəttə, yerli əhali ilə sıx münasibətlər qurmalı, problemlərin aradan qaldırılmasında böyük rol oynamalıdırlar”.
T.Tağıyev bələdiyyə orqanlarının demokratik prinsiplərdən çıxış edərək daha məsuliyyətli fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, hər bir siyasi kampaniyada olduğu kimi, bələdiyyə seçkilərində də Nərimanov rayonu yüksək nəticə göstərəcək. Rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı çıxışında bildirib ki, Azərbaycanda bələdiyyələrin yaradılması 1995-ci ildə qəbul olunmuş Konstitusiyada öz əksini tapıb. Onun sözlərinə görə, bu təsisatın mahiyyəti, vəzifəsi və hüquqlarının Konstitusiyada əks etdirilməsi yerli özünüidarəetmə orqanlarına münasibətin əyani təzahürüdür. “Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi haqqında” Referendum Aktında əsas qanunun 146-cı maddəsinə bələdiyyələrlə bağlı 4 bəndin əlavə edilməsi yerli özünüidarəetmə orqanlarının cəmiyyətdə oynadığı rolu və vəzifəsini bir daha müəyyən edib”, - deyən Y.Babanlı əlavə edib ki, gənclər qarşıdan gələn bələdiyyə seçkilərində də fəal iştirak edəcək. Təşkilatın Qadınlar Şurasının üzvü Xədicə Əliyeva ölkəmizdə şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl seçki qanunvericiliyinin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, bələdiyyələrlə də bağlı mühüm qanunlar qəbul olunub. X.Əliyeva qadınların bələdiyyə seçkilərində fəal olacağını qeyd edib.
Toplantıda YAP fəallarından Cəfər Hümbətov, Səmyar Abdullayev və Mircəfər Həsənov çıxış edərək seçkilərlə bağlı qarşıda duran vəzifələrdən bəhs ediblər.
YAP Nərimanov rayon təşkilatının sədr müavini Vüqar Səfərli ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, bələdiyyələr bu inkişafa uyğun olaraq fəaliyyət göstərməlidir. “Buna görə də, bələdiyyələrə nüfuzlu insanları seçməliyik. öz fəaliyyətimizlə partiyamızın qələbəsini təmin etməliyik”, - deyə V.Səfərli bildirib.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

