Zəriflik və nəciblik simvolu
07.10.2009 [10:16]
Onun adının qarşısında bütün yaxşı, meyar ola biləcək insani xüsusiyyətləri yazmaq olar; gözəl insan, qayğıkeş ana, zərif xanım, vəfalı ömur-gün yoldaşı, sədaqətli dost, məhsuldar alim, əsl vətəndaş və s. Onu yaxından tanıyanlar təsdiq edirlər ki, bu nəcib xanımı bircə dəfə görüb ünsiyyət quran kəs ömrüboyu onu unuda bilmirdi. Bəlkə də ona görə ki, Aida xanımın zahiri və daxili gözəlliyi bir-birini ahəngdar surətdə tamamlayırdı. ötən əsrin böyük ziyalıları Mir Cəlal Paşayevin və Nəsir İmanquliyevin ocaqlarında böyüyən, Püstə xanımla Gövhər xanımın mənəviyyatından güc alan Aida xanım başqa cür ola da bilməzdi.
Orta məktəbi qızıl medalla, Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib aspiranturaya qəbul olunan Aida İmanquliyeva müdafiə etdiyi “Qələmlər cəmiyyəti və Mixail Nüaymənin yaradıcılığında onun rolu” mövzusunda namizədlik dissertasiyası ilə müsəlman aləmində ilk qadın şərqşünas alim kimi özünü təsdiqlədi. Onun çətin tədqiqatlarının, ağır zəhmətinin bəhrəsi olan “Qələmlər cəmiyyəti və Mixail Nüaymənin yaradıcılığında onun rolu”, “çubran Xəlil çubran” əsərləri şərqşünaslıq tarixinin inciləri hesab olunur. Aida xanım İmanquliyevanın Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə yüzlərlə kitab və monoqrafiya, tərcümə və elmi məqalələr toplusu nəşr olunmuşdur. O, ərəb - Azərbaycan, Kərkük - Azərbaycan ədəbi - mədəni əlaqələrinin inkişafında böyük xidmət göstərmiş, yaradıcı fəaliyyətinin hər bir istiqaməti ilə qədim Şərqə tükənməz sevgisini sübut etmişdir. Aida xanım sovet siyasətinin məhdudiyyətlərinə baxmayaraq Azərbaycanın fəal xarici elmi əlaqələrinin yaradılmasına, dünya elmi ictimaiyyətinə tanıdılmasına nail olmuşdu. Onun elmi araşdırmaları ərəb filoloqları, ərəb ədəbiyyatı tədqiqatçıları, bütün dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilir və indi də diqqət mərkəzindədir.
Bu mövzuların belə yüksək səviyyədə işlənməsi tək Azərbaycanda deyil, bütün Şərq aləmində böyük elmi hadisə idi. Aida xanım bu sanballı elmi işi ilə ərəb ədəbiyyatına, eyni zamanda, vətəninə, xalqına müqəddəs münasibətini bildirirdi. İstedadlı ədəbiyyatşünas, mahir tərcüməçi, gözəl natiq olan Aida xanım həm də böyük mütəfəkkir, görkəmli ictimai xadim, müdrik filosof idi. Qələmə aldığı irili-xırdalı bütün əsərləri-məqalələr, monoqrafiyalar, konfrans və simpoziumlardakı çıxışları bu alimin əsl elm fədaisi, cəsarətli fikir və söz sahibi, kamil bir şəxsiyyət olduğunu bir daha təsdiq edir.
Aida xanım novator bir alim kimi yalnız öz gücünə, qüvvəsinə arxalanaraq cəmiyyətdə nüfuzlu mövqe tutmuş, bütün uğurlara zəhməti sayəsində nail olmuşdur. Qısa, lakin şərəfli ömrü boyu Azərbaycan elminin inkişafı yolunda bacardığını elədi. Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru işlədiyi illərdə bu elm ocağının daha da təkmilləşdirilməsi üçün əlindən gələni əsirgəmədi.
Aida xanımı tanıyanların onun haqqında çox xoş xatirələri var. Dərs dediyi tələbələr onun haqqında canlı əfsanə kimi danışırlar. Onlar bu qadının gözəlliyinin vurğunu idilər. Hələ də danışırlar ki, yerişi, geyimi, saç düzümü, davranışı və rəftarı, mühazirə oxumağı, bir sözlə, bütün varlığı tələbələrini heyran etmişdi. Hər hərəkətində kübarlıq, nəciblik vardı.
O zərif, incə görkəmindəki əzəmət, vüqar ona çox yaraşırdı! Aida xanım şahanəliyi, kübarlığı ilə hamını cəlb edirdi. Tanrı heç nəyi əsirgəməmişdi ondan; zahiri görünüş, ağıl, alicənablıq, şəxsiyyət olmaq, özünə tələbkarlıq, ailəsinə tükənməz məhəbbət...
ömür-gün yoldaşı Arif müəllimlə birlikdə qızları Nərgiz xanımı, Mehriban xanımı istədikləri kimi - öz soy-köklərinin adına, tarixinə layiq böyütdülər. Aida xanım bu dünyadan vaxtsız köçsə də, böyük ürəyi, təmənnasız yaxşılıqları ilə, qoyub getdiyi zəngin elmi-ədəbi irsi ilə bu gün də bizimlədir. Əsası halallıqla qoyulmuş ailənin övladları da halal, pak yaşamalıydılar. O, qızlarını da özü kimi vətənpərvər, torpağına, yurduna bağlı, süfrəsi açıq əsl ziyalı kimi görmək istəyirdi. Buna görə də övladlarına ailəyə bağlılığı, doğmalarının və bütün insanların yolunda fədakarlığı öyrətmişdi.
Biz fəxr edirik ki, Aida xanımın övladı- Azərbaycanın ictimai həyatında xüsusi fəaliyyəti ilə fərqlənən ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva bu gün Azərbaycanda qadın hərəkatının önündə gedir. Cəmiyyətdə lider olan Mehriban xanım ailə ocağının istisini, ailə dəyərlərini qoruyub saxlamaqla bərabər, istedadlı alim və ictimai xadim kimi də hər birimizə nümunədir. Görünür, bütün başqa xüsusiyyətləri kimi, onun xeyirxahlığı, insanlara həssas münasibəti, humanistliyi və kübarlığı da kökdən gəlir. çünki anası Aida xanım da xoşbəxtliyini şəxsi səadəti ilə elmi uğurlarının vəhdətində tapmışdı.
Aida xanımın digər övladı Nərgiz xanım Paşayeva da anasının yolunu davam etdirərək, elmi öz həyatının amalına çevirib. Nərgiz xanımı filologiya elmləri doktoru, M.Lomonosov adına MDU kimi nüfuzlu bir təhsil ocağının Bakı filialının rektoru, Azərbaycanda “üns” yaradıcılıq səhnəsi- özəl teatrının ilk qadın yaradıcısı kimi tanıyırıq. Hər iki nəcib xanım Aida İmanquliyevanın layiqli davamçıları, onun dəyərlərinin, həyat fəlsəfəsinin məntiqi davamı, Azərbaycan xalqının fəxridirlər.
Hamıda xoş təəssürat oyatmaq, hamının sevimlisi olmaq mümkün deyil. Ancaq Aida xanım bu sevgini qazana bilmişdi. Gördüyü işlərlə, xeyirxahlığı, nəcibliyi, böyük ürəyi ilə onu sevənlərin qəlbində özünə abidə qurub. Bü gün o, övladlarının, nəvələrinin ömründə, elmimizin, ədəbiyyatımızın tərəqqisində yaşayır.
... Onun yoxluğu ilə barışmaq çətin olsa da, təsəllimiz budur ki, Aida xanım kimi insanları xalq öz milli sərvəti kimi qiymətləndirir.
Aida xanımın nurlu xatirəsi həmişə qəlbimizdə yaşayacaq!
Hicran HüSEYNOVA,
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri,
siyasi elmlər doktoru, professor
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14

