Azərbaycan körpünün ortasında dayanıb, indi Ermənistan həmin körpünün ortasına gəlməlidir
07.10.2009 [10:20]
“Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyovda keçiriləcək görüşündə bəzi məsələlərə daha çox diqqət ayrılacaq, bəziləri isə daha sonrakı mərhələlərdə müzakirə olunacaq”. Bu fikirləri Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. XİN rəsmisi, həmçinin, ölkəmizin danışıqlar prosesinə baxışını və dəyişməz mövqeyini də növbəti dəfə ifadə edib: “Vəziyyət sadə deyil. Münaqişənin birtərəfli həll variantı yoxdur, kompromis isə ikitərəfli xarakter daşıyır. Gərək nəyisə verəsən ki, nəyisə alasan. Bu, qarşılıqlı əsaslarla olan həll prosesidir ki, bu prosesdə də Azərbaycan öz kompromislərini artıq bildirib. Azərbaycan öz prinsipial mövqeyində duraraq, maksimum kompromisə getməyə hazırdır. Bu mövqe Qarabağ regionunu vertikal olaraq bilavasitə Azərbaycana tabe etmək ola bilər. Azərbaycan artıq bildirib ki, Dağlıq Qarabağ məntəqəsinə, orada yaşayacaq iki icmaya Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək səviyyəli özünüidarə modelini verməyə hazırdır. Bu artıq o deməkdir ki, Azərbaycan artıq öz yolunu keçib, maksimum kompromisə gedərək, körpünün ortasında dayanıb”.
İndi kompromis növbəsinin Ermənistana çatdığını söyləyən A.Əzimov qeyd edib ki, Ermənistan öz maksimum mövqeyindən çəkinməli və həmin körpünün ortasına gəlməlidir: “Bu o deməkdir ki, Ermənistan məsələlərin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razılıq bildirməlidir. Bildirmirsə, deməli ümumi konseptual məxrəc yoxdur. ümumi bir əsas olmalıdır ki, bu əsasda da tərəflər müzakirələri davam etdirə bilsinlər. Bu konseptual mövqedən gələn bütün məsələlər bu və ya digər formada həllini tapacaq”.
A.Əzimov münaqişələrin həllinin ölkələrin ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü bir daha vurğulayıb.
Nazir müavini münaqişənin həllinin digər prinsipial məqamına da toxunub: “Münaqişənin həlli Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyündə qalmaqla, orada iki icmanın birgə yaşamasının bərpa edilməsi və sonrakı mərhələdə Dağlıq Qarabağ regionunun statusunun müəyyənləşdirilməsi yolu ilə olacaq. Yenə təkrar edirəm ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun boşaldılması münaqişənin həlli demək deyil. Növbəti mərhələlərə çatmaq üçün əhali öz yurduna qayıtmalıdır. Dağlıq Qarabağ problemi yalnız o halda həll ediləcək ki, öncə azərbaycanlılar Qarabağa qayıtsınlar. Qarabağ azərbaycanlıları oraya qayıdandan sonra erməni əhali ilə birbaşa əməkdaşlıq qurmaqla, birlikdə dinc yaşamaqla normal şərait yaradacaqlar. Məhz bu cür obyektiv şəraitdə növbəti mərhələdə məsələlər tam həll oluna bilər. Bu məntiqi alt-üst etmək, geriyə çevirmək, başqa cür dəyişdirmək mümkün deyil və qəbuledilməzdir”.
A.Əzimov erməni tərəfinin son bəyanatlarının hədsiz narahatlıq yaratdığını diqqətə çatdırıb: “Eyni zamanda, bu bəyanatlar bizim haqlı mövqeyimizi daha da təsdiq etmək üçün əsas yaradır. Azərbaycanlıların Qarabağdan qovulması etnik təmizləmə nəticəsində baş verib və bu etnik təmizləmə, bu səbəblər aradan qaldırılmadan statusun müəyyənləşdirilməsi mümkün deyil. Digər şərtlərlə müəyyənləşdirilmiş istənilən status bir gün də davam etməyəcək və kimsə tərəfindən qəbul olunmayacaq. Kompromisin qarşılıqlı xarakteri nəzərə alınaraq, Azərbaycanın razılıq vermədiyi məsələ Ermənistan üçün heç vaxt həqiqətə çevrilə bilməz. Azərbaycan ərazi bütövlüyündən başqa variant, format görmürsə, Ermənistan bu formatda hərəkət etməli, tələblərini də bu format çərçivəsində irəli sürməlidir. Regional baxımdan münaqişənin həlli çox böyük əhəmiyyətə malikdir. Problemin davam etməsi regiona çox ciddi ziyanlar vurub, dövlətlər arasında əlaqələr yoxdur, bəzi problemlər bu münaqişəyə görə həll olunmur. Eyni zamanda, münaqişəyə baxmayaraq, Azərbaycan öz inkişafında nəzərə çarpan nailiyyətlərə nail olub. Ermənistan rəhbərliyi bütün bu faktorları nəzərə alıb götür-qoy etməlidir. Bu hədələmə deyil, prinsipial fərqlərin, prinsipial vəziyyətlərin araşdırılması nəticəsində bəzi nöqtələrin tərəfimizdən vurğulanmasıdır”.
A.Əzimov Laçın rayonu ilə bağlı məsələyə dair də fikirlərini bölüşüb. Laçının Azərbaycanın işğal edilmiş rayonlarından biri olduğunu deyən nazir müavini bu rayonun da işğaldan azad edilməsini eyni dərəcədə vacib və əhəmiyyətli məsələ adlandırıb: “Burada başqa xüsusiyyətlər görmürəm. Laçının üzərindən keçən yol bu gün və gələcəkdə Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyır və daşıyacaq. Ermənistan düzgün davransa, bu yolun əhəmiyyəti regional səviyyəyə gəlib çıxa, bütün region ölkələri arasında əlaqələrə müsbət təsir göstərə bilər. Yolun qarşılıqlı əsaslarla hər iki tərəfin istifadəsinə verilməsi prinsipial və çox əhəmiyyətli xarakter daşıyır. Digər tərəfdən, bütün bəyanatlarda həmsədrlər mərhələli həll prosesindən danışırlar. Biz də bu mövqedəyik, çünki bütün ərazilər dərhal, eyni gündə boşaldıla bilməz. Beləliklə, nizamlanma prosesinin məntiqinə uyğun olaraq hansısa mərhələləri olacaq. Amma bizim bütün səylərimizin məqsədi odur ki, bu proses uzanmasın. Biz prosesin süni şəkildə uzadılmasının əleyhinəyik”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

