Biganəlik sindromundan xilas olmalıyıq
14.10.2009 [09:39]
XXI əsr informasiya əsri olsa da, incəsənətin, ədəbiyyatın düşüncələri fəth etməsi, baxış rakurslarını dəyişmək və münasibətləri yönləndirmək gücünə malik olması faktdır. Eyni zamanda, bu bir həqiqətdir ki, Qarabağ mövzusundan bəhs edən incəsənət və ədəbiyyat nümunələrimiz hələ də qlobal müzakirə mövzusuna çevrilə bilmir. Bəs, problem nədədir?
Sualımızı cavablandıran Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin fikrincə, müasir informasiya əsrində hər hansı bir xalqın üzləşdiyi problemlər haqqında beynəlxalq aləmi məlumatlandırmaq olduqca asanlaşıb. Yəni hər bir dövlət bədii əsərlər, musiqi və kinolar vasitəsilə yaşadığı yanğını, istirabları dünya ictimaiyyətinə çatdıra bilər. Bəstəkar xanım hesab edir ki, bu cür yanaşma və təbliğat daha təsirlidir və artıq dünya praktikasında da mövcuddur: “Məsələn Qarabağ həqiqətlərini özündə ehtiva edən “Fəryad” adlı çox gözəl filmimiz var. Şəxsən mən bu filmi çox bəyənirəm. Lakin təəssüflər olsun ki, xalqımızın yaşadıqlarını, Qarabağ həqiqətlərini özündə əxz edən incəsənət və ədəbiyyat nümunələrini düzgün təbliğ edə bilmirik, daha doğrusu etmirik. Azərbaycandan kənarda bu filmi izləyən bir nəfərə də rast gəlməmişəm. Ona görə yox ki, bu bədii film dünya arenasına çıxacaq səviyyədə deyil. Sadəcə, filmin güclü təbliğatı yoxdur”.
İnsanların biganəliyindən təəssüf hissi keçirən Firəngiz xanım yazdığı “Qarabağnamə” operasının taleyi haqqında da danışıb: “Fikir verin, hətta ziyalılarımızın çoxu belə soruşmur ki, Firəngiz Əlizadənin “Qarabağnamə” adlı bir operası vardı. Onun aqibəti necə oldu, nə üçün bu əsər bir dəfədən artıq səslənmədi? Məsələ burasındadır ki, ən azından ziyalılarımız bu cür məsələlərdə təşəbbüskar olmalıdırlar. Bu cür biganəlik mənə çox pis təsir edir. “Qarabağnamə” operasını Almaniyadan qayıdandan sonra yazmışam. Mənə elə gəlirdi ki, Azərbaycanda məhz bu musiqini gözləyənlər var. Təvazökarlıqdan uzaq, bir faktı demək istərdim. Məşhur musiqiçi Qalina Vişnevskayanı əksəriyyət tanıyır. O, kiminsə haqqında xoş fikir söyləməkdən uzaq xarakterə malik biri olsa da, bu əsərə münasibət bildirərkən “hədsiz gözəl musiqidir” demişdi. Əgər bu opera hələ də səhnələşdirilməyibsə, mənim günahım deyil. Mənim borcum hər bir azərbaycanlının yanğı hissi ilə danışdığı Qarabağa ithaf olan bir əsər yazmaq idi. Mən də bu əsəri ürək ağrısı ilə yazmışam. Lakin bu əsərə qarşı biganəlik hissi məni narahat edir”.
P.S. Bu gün haqlı olaraq ictimai qınaq obyektinə çevrilmiş televiziyalarımız yaxşı olardı ki, bayağı musiqilər əvəzinə belə əsərləri səsləndirəydilər.
TURANƏ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

