Mənəvi yaranın sağalması çox çətin məsələdir
14.10.2009 [09:44]
“Azərbaycanla Türkiyə arasındakı münasibətlər “bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulub. Tarixi keçmişimizi, din və dil birliyimizi özündə əks etdirən bu postulat qardaş ölkələrin münasibətlərinin üstbazisidir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov səsləndirib.
Onun sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında imzalanan protokollar hələ sərhədlərin açılması demək deyil: “Əlbəttə ki, Azərbaycan ictimaiyyəti Türkiyəyə inanır. Xalqımız əmindir ki, qardaş ölkə Türkiyə heç zaman Azərbaycanın milli maraqlarına zidd addımlar atmaz. Təbii ki, protokolların imzalanması cəmiyyətimizdə müəyyən narahatlıqlar yaratdı. Hətta kəskin fikirlər də səsləndirildi. Amma bu protokolların imzalanması hələ sərhədlərin açılması demək deyil. İmzalanmış protokollar bir həftədən sonra Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq. Əminəm ki, Türkiyədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, işğalçı qüvvələr torpaqlarımızı tərk etmədən, münaqişənin həlli istiqamətində razılaşma əldə olunmadan protokollar təsdiqlənməyəcək, sərhədlərin açılması istiqamətində hər hansı addım atılmayacaq”.
“Bu da istisna deyil ki, Türkiyə beynəlxalq münasibətlər sistemində söz sahibi olan qüvvələrin təzyiqi altında da bu sənədə imza ata bilərdi” deyən Aydın Hüseynov vurğuladı ki, növbəti mərhələ isə artıq rəsmi Ankaranın öz iradəsindən asılıdır: “Türkiyənin Prezidenti, Baş naziri, TBMM-in sədri və Türkiyə xarici işlər naziri “torpaqlarımızın erməni işğalından azad olunmayınca sərhədlərin açılmayacağını” və “Azərbaycanla qardaşlıq münasibətləri bizim üçün hər şeydən vacibdir” fikirlərini dəfələrlə media qarşısında söyləyiblər. Bu o deməkdir ki, ölkənin xarici siyasət kursunu müəyyənləşdirən şəxslər özlərinə əmin olaraq bu sözləri dilə gətiriblər. Azərbaycan ictimaiyyəti də bütün bunları bilir və səbrlə gözləyir. Əgər həqiqətən Türkiyə rəsmiləri verdikləri sözlərin üstündə durmazlarsa, o zaman nələrin olacağını təxmin etmək o qədərdə çətin deyildir. Bəli bir çox məsələləri güc yolu ilə yoluna qoymaq mümkündür. Amma qardaşın qardaşdan incikliyini heç nə ilə aradan qaldırmaq olmaz. çünki, mənəvi yaranın sağalması çox çətin məsələdir”.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

