Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Çin qlobal dünya iqtisadiyyatında"

"Çin qlobal dünya iqtisadiyyatında"

15.10.2009 [09:39]

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə akademik Ziyad Səmədzadənin yeni kitabının təqdimat mərasimi keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə dünən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin “çin qlobal dünya iqtisadiyyatında” kitabının təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bu kitabın çin Xalq Respublikasının (çXR) yaranmasının 60 illiyinə həsr olunduğunu bildirib. Əli Əhmədovun sözlərinə görə, kitab dünya iqtisadiyyatında özünəməxsus yer tutan çinin iqtisadi modelinin təhlilinə əsaslandığı üçün xüsusi əhəmiyyət kəsb edir. Dünyada bəzi ölkələrin iqtisadi möcüzələr göstərdiyini deyən YAP Sədrinin müavini qeyd edib ki, çin öz möcüzələrinə görə həmin ölkələrdən xeyli fərqlənir.
“çin dünya tarixində dəfələrlə bəşəriyyəti heyrətləndirən layihələrə imza atıb. Böyük çin səddinin inşa edilməsi dünyanı heyrətə salan ən ümumbəşəri layihələrdən biridir. Eyni zamanda, bu gün çin özünün iqtisadi möcüzələri ilə də dünyanı heyrətləndirir. Bu kitabın həsr olunduğu çin iqtisadi möcüzəsinin ən başlıca üstünlüyü ondan ibarətdir ki, çox qısa zamanda çin kimi böyük dövlətin iqtisadiyyatı sürətlə inkişaf edib dünyanın ən güclü iqtisadiyyatına çevrilə bildi. İqtisadi möcüzəni 20-ci əsrin sonu və 21-ci əsrin əvvəlində bir çox ölkələr nümayiş etdiriblər. çinin nümayiş etdirdiyi iqtisadi möcüzə isə digər dövlətlərdən fərqlənir. Əvvəla çinin böyük iqtisadiyyatını qısa zaman kəsiyində hərəkətə gətirib bu dərəcədə inkişaf mərhələsinə qaldırmaq həddindən artıq unikal hadisədir. Digər tərəfdən, bütün dünyada sosialist təsərrüfatının iflasa uğradığı bir zamanda çin sosialist inkişaf yoluna sadiq qalaraq bu iqtisadi inkişaf modelinin indiki reallıqlar şəraitində böyük xarüqələr göstərməyə qadir olduğunu sübuta yetirdi. Yeganə olaraq, çinin iqtisadiyyatında baş verən bu sürətli inkişaf bütövlükdə dünya iqtisadiyyatının həm bugünkü mənzərəsinin əhəmiyyətli dərəcədə dəyişməsinə, həm də gələcək perspektivlərinin müəyyənləşməsinə bilavasitə əhəmiyyətli və hərtərəfli təsir edə bilib. Yəni bu, artıq böyük bəşəri iqtisadi proses olaraq özünü sübuta yetirib” deyən Əli Əhmədovun fikrincə, akademik Ziyad Səmədzadə öz kitabında bu prosesləri hərtərəfli və dəqiq təhlil edib.
YAP Sədrinin müavini bu kitabın Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. çünki Azərbaycan iqtisadiyyatı da çox qısa zaman içərisində özünəməxsus modeli formalaşdıraraq dünyada ən sürətli inkişaf templərini nümayiş etdirə bilib. Dünya iqtisadi böhranına və bundan bütün dövlətlərin əziyyət çəkməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf göstəriciləri nümayiş etdirməklə yaratdığı modelin unikallığını sübuta yetirib. Əli Əhmədov  hesab edir ki qarşılıqlı elmi mübadilənin aparılması baxımından da akademikin qələmindən çıxmış fundamental kitabın unikal əhəmiyyəti var.
Akademik Fuad Qasımzadə bu kitabın sanballı elmi əsər olduğunu vurğulayıb. Kitabda faktların zənginliyinə diqqət çəkən akademik bildirib ki, çin iqtisadiyyatının dərin təhlili verilib. Onun sözlərinə görə, Z.Səmədzadə bu əsərdə Azərbaycan və çin iqtisadiyyatının müqayisəli təhlilinə də geniş yer verib. Belə ki, kitabın bir fəsli xüsusi olaraq Azərbaycan iqtisadiyyatına həsr olunub. çində Kommunist Partiyasının hakimiyyətdə olduğunu xatırladan F.Qasımzadə əsas məsələnin iqtisadi modelin uğurlu seçilməsində olduğunu deyib. Onun fikrincə, bu əsər Azərbaycan elmini dünyada tanıdacaq və elmimizə başucalığı gətirəcək.
Professor Məmmədhəsən Meybullayev çıxışında deyib ki, “çin qlobal dünya iqtisadiyyatında” kitabında qloballaşan dünya iqtisadiyyatında ayrı-ayrı sistemlərin uğurları, inkişaf edən dövlətlərin göstəriciləri müqayisəli təhlil edilib. Onun sözlərinə görə, iqtisadi inkişafda əsas məqam milli maraqları qorumaqdır. “Planlı iqtisadiyyat sosializm demək deyil, bazar münasibətləri də kapitalizm deyil” deyimini xatırladan professor qeyd edib ki, milli iqtisadiyyatın inkişafı başlıca şərtdir. M.Meybullayev bildirib ki, Z.Səmədzadənin əsəri iqtisadiyyat elminə yeni töhfədir.
Mərasimdə çıxış edən akademik Vasim Məmmədəliyev Azərbaycan - çin əlaqələrinin qədim tarixə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu münasibətlər Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında, Qətran Təbrizinin əsərlərində və digər mənbələrdə öz əksini tapır. Yəni, tarix göstərir ki, Azərbaycanda çinə qarşı maraq həmişə olub. Z.Səmədzadənin 600 səhifədən çox monumental əsər yazdığını bildirən natiq deyib ki, bu kitab məşhur bir iqtisadçı alimin zəhmətinin bəhrəsidir.
Auditorlar Palatasının sədri Vahid Novruzov da “çin qlobal dünya iqtisadiyyatında” kitabının sanballı və ciddi əsər olduğunu bildirib. Onun sözlərinə görə, kitab ensiklopedik xarakter daşıyır və  zəngin biliyin nəticəsi kimi ərsəyə gəlib. V.Novruzov qeyd edib ki, kitabda Ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi və Prezident İlham Əliyevin yürütdüyü siyasətin uğurları da xüsusi vurğulanıb.
Hesablama Palatasının üzvü Mehriban Alışanova bildirib ki, kitabda dünya iqtisadiyyatı problemlərinin araşdırılmasına, ölkələrin təcrübələrinin dərindən öyrənilməsinə və onların mütərəqqi cəhətlərinin Azərbaycana tətbiq edilməsinə böyük yer ayrılıb. Onun sözlərinə görə, çinin  60 illiyinə və xalqlarımızın dostluğuna həsr olunmuş “çin qlobal dünya iqtisadiyyatında” kitabında müasir beynəlxalq iqtisadi münasibətlərin aktual problemləri geniş araşdırılıb.
Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev bildirib ki, Z.Səmədzadənin “çin qlobal dünya iqtisadiyyatında” kitabı universitetin müəllim və tələbələri tərəfindən maraqla qarşılanıb. Kitabın dəyərli elmi əsər olduğunu deyən K.Abdullayevin sözlərinə görə, bu kitab, həmçinin, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan - çin münasibətləri üçün böyük töhfədir.
Tədbirdə çıxış edən Belarusun ölkəmizdəki səfiri Nikolay Paskeviç təmsil etdiyi dövlətin çinin iqtisadi təcrübəsindən istifadə etdiyini vurğulayıb. Onun fikrincə, çin bir çox iqtisadi uğurlara imza atıb. Azərbaycan iqtisadiyyatının da sürətlə inkişaf etdiyini deyən səfirin sözlərinə görə, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir.
“Xəzər” Səhmdar Cəmiyyətinin sədri Qüdrət Kərimov kitabın bütün iqtisadçılar, sahibkarlar üçün böyük mənbə olduğunu deyib. özünün iqtisadçı kimi formalaşmasında akademik Z.Səmədzadənin xüsusi əməyini qeyd edən Q.Kərimovun sözlərinə görə, çinin iqtisadiyyatı barədə yazılmış əsər akademikin böyük uğurudur.
çXR-in ölkəmizdəki səfiri Can Yannyan çıxışında qeyd edib ki, 60 il ərzində çin böyük iqtisadi uğurlara imza atıb. Onun sözlərinə görə, təkcə 2008-ci ildə bir sıra göstəricilər baxımından çin dünyada ön sıralarda olub. Səfir deyib ki, bu il ölkəsinin iqtisadi artımı 8 faiz həcmində proqnozlaşdırılır. “Azərbaycan regionun lider dövlətidir. Dünya iqtisadi böhranına baxmayaraq Azərbaycan iqtisadiyyatı öz artım səviyyəsini qoruyur. Bu uğur çin xalqını da sevindirir. çin Azərbaycanla əlaqələrə böyük önəm verir. Müxtəlif sahələrdə əməkdaşlığımız gündən-günə genişlənir. Bu da hər iki xalqın maraqlarına cavab verir” deyə o, vurğulayıb.
Kitabın müəllifi akademik Ziyad Səmədzadə çıxışında öncə bu mərasimin təşkilatçılığına görə YAP-a təşəkkür edib. O, bildirib ki, çinə bir neçə dəfə səfər edib və bu səfərlər zamanı ölkənin iqtisadi inkişafı ilə maraqlanıb. Dünyada müxtəlif iqtisadi modellərin olduğunu deyən müəllifin sözlərinə görə, bu cəhətdən çin özünəməxsusluğu ilə fərqlənir. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan iqtisadiyyatı düzgün istiqamətdə inkişaf etdirildi. Bu gün uğurlu siyasət öz bəhrəsini verməkdədir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1150 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30