AKP hakimiyyəti Türkiyəni rəzil etdi...
16.10.2009 [09:44]
ötən gün Azərbaycan xalqı Türkiyə millisinin, türk xalqının ermənilərin üzərində qazandığı qələbəni bayraqlarla bəzədilmiş şəkildə maşınlarda, evlərdə səhərədək qeyd etdi. Amma Türkiyənin tarixi keçmişini, mədəniyyətini, soykökünü lazımsız məqamlar kimi kənara atan AKP hökuməti Azərbaycan xalqının minlərlə vətəndaşının qanı-canı bahasına qoruyub saxladığı milli rəmzini təhqir etdi...
Əlbəttə, Azərbaycan bayrağının azarkeşlərin əlindən alınaraq zibil qutularına atılması hər bir azərbaycanlının qəlbində dərin və çox məyus edici bir iz qoydu...
Bu məsələnin təfsilatına keçmək həqiqətən ağırdır. çünki, Azərbaycan xalqı özünə qarşı qardaşı tərəfindən belə bir addımın atılacağını heç zaman gözləməzdi. Lakin bu oldu...
Atatürk stadionunda düşmənlə əl-ələ...
AKP hökuməti tarixboyu əli türk qanına bulaşmış düşmən erməniləri Türkiyəni qanı, canı bahasına qurub-yaratmış Atatürkün adına olan stadionda elə qarşıladı ki, bu tarixi fakt heç zaman yaddaşlardan silinməyəcək. Erməni liderin daş-qaşla bəzədilmiş kresloda əyləşdirilməsi, xüsusi nəzarət altında bişirilmiş yeməklərlə qidalandırılması AKP hakimiyyətinin iç üzünü açıb ortaya qoydu. 1990-cı illərin əvvəllərində Abdullah Gül ermənilərlə heç bir zaman barışığın olmayacağını söyləyirdi. Amma bu gün o, Ərdoğanla birlikdə erməniləri Türkiyənin fəxri qonağı, ən nəhayət, qardaşları kimi əzizlədilər. Əlbəttə, bu faktlar əsla Azərbaycan xalqında hər hansısa qısqanclıq hissi yaratmır. Əksinə, xalqımız AKP hakimiyyətinin atdığı addımları görür və tarixi bir daha yadlarına salmağı özlərinə borc bilir...
1920-ci illərin əvvəllərində Türkiyə düşmən ölkələr tərəfindən işğal olunmaqda idi. Amma Yunanıstan, Fransa, İngiltərə və digər ölkələrin təcavüzünü dayandıran və bu gün AKP hökumətinin ruhunu təhqir etdiyi Atatürk Türkiyə Respublikasını yaratdı, dirçəltdi. Bu işdə isə azərbaycanlılar Atatürkə böyük yardımlar etmişdilər. Azərbaycanlı qadınlar zinət əşyalarını göndərməklə, kişilər isə tüfəng götürərək türk xalqının istiqlal savaşında qələbə qazanmasına köməklik göstərmişdilər...
Amma bu gün AKP hökuməti bütün bunları görməzdən gələrək, tarixi-mənəvi dəyərləri ayaq altına ataraq Azərbaycana və xalqımıza böyük zərbə vurdu...
Əslində, Ermənistanla futbol matçının Bursa Atatürk stadionunda keçirilməsi həm də türk xalqına bir mesaj idi. Təkcə protokolların imzalanmasından sonra Avropa İttifaqının yenidən Atatürklə bağlı maddənin Ana Yasadan götürülməsi tələbilə çıxış etməsi AKP hakimiyyətinin əsil simasını, kimlərə xidmət etdiyini və mesajın mahiyyətini açıb ortaya qoyur...
Bir sözlə, 2009-cu il oktyabrın 15-də Bursa Atatürk stadionunda Türkiyə-Ermənistan matçı və bu oyundan əvvəl baş vermiş hadisələr AKP hakimiyyətinin Türkiyəni rəzil etdiyini, Azərbaycanın maraqlarını ayaq altına atdığını açıq şəkildə göstərdi və bu, türkçülüyə, türk birliyinə təhqir oldu...
Türk xalqı AKP hökumətini heç zaman bağışlamayacaq
Türkiyə Prezidenti Abdullah Gül Ermənistan Prezidenti Serj Sərkisyanla görüşündən sonra mətbuata açıqlamasında bildirmişdi: “Tarih yazmıyoruz, tarihi yapıyoruz”.
Məhz “Türkiyə hakimiyyəti necə “tarih yapdı?” sualı bu gün böyük maraq doğurur... Əslində isə, Ermənistanla Türkiyə arasında sənədlərin imzalanmasından başlayan və futbol diplomatiyasının davamı ilə hələ də bitməyən bu tarix Türkiyənin Ermənistan qarşısında rəzilliyinin, alçalmasının tarixi olacaq...
Xatırladaq ki, Əhməd Davudoğlu sənədlərin imzalanması zamanı məğrur Edvard Nalbandyanın yanında iki qatlandı. Davudoğludan sonra isə baş nazir Ərdoğan “milliliyini” nümayiş etdirərək “Sarı gəlin” mahnısının hansı xalqa məxsus olmasının əhəmiyyət daşımadığını dilə gətirmişdi: “Azərilərə, türklərə, ermənilərə aid olub-olmadığının heç bir əhəmiyyəti yoxdur - “Sarı gəlin”i dinlədikdə hamımız kövrəlirik. Sözləri fərqli olsa da, musiqisi ilə eyni mənanı anlayırıq. Ortaq gələcəyimizi də sülhpərvər siyasətlə birlikdə qurmalıyıq. Biz Ermənistanla bərabər gələcəyə birlikdə baxaraq dostluq quracağımıza inanırıq”.
Ermənistan Prezidentinə göstərilən hörmət, onun təmtəraqlı qəbulu da hələ uzun illər müzakirə mövzusu olacaq. Türkiyə və Ermənistan prezidentləri futbol matçını xüsusi hazırlanmış, Svarovski daşları ilə bəzədilmiş və hər birinin dəyəri 14 min dollar olan kürsülərdə əyləşərək izləyiblər...
Edvard Nalbandyan isə bildirib ki, Türkiyənin birinci xanımı, Abdullah Gülün həyat yoldaşı Serj Sərkisyanın səfəri şərəfinə özü şəxsən təamlar hazırlayıb: “Türkiyə prezidentinin həyat yoldaşının hazırladığı və Ankaradan gətirilmiş xüsusi yeməklər oldu. Bu jestlə Abdullah Gül Ermənistan prezidentinin qəbuluna xüsusi istilik gətirmək istədi”.
Bütün bunlar - Abdullah Güllə Ərdoğanın Sərkisyanla davranışları, ona göstərilən hörmət, təmtəraq, sadəcə, qonağa hörmət təəssüratından daha çox, Türkiyənin Ermənistan qarşısında arzuolunmayan vəziyyətə düşdüyünü göstərdi.
Bunların müqabilində Ermənistan mətbuatı Ermənistan himninin fitə basıldığını, Ermənistan jurnalistlərinə daş atıldığını yazmaqla açıq şəkildə etiraf edir ki, Gülün və Ərdoğanın reveranslarına baxmayaraq, Türkiyə ictimaiyyəti Ermənistanı qəbul etmək fikrindən uzaqdır.
Göründüyü kimi, “Ermənistan açılımı” çərçivəsində baş verən hadisələr, proseslərin gedişi AKP hakimiyyətinin Türkiyəni Ermənistan qarşısında və bütün dünyanın gözündə alçaltdığını, Azərbaycana və türk birliyinə həqarət etdiyini sübut edir. Bundan sonra Ərdoğanın pafoslu bəyanatlarına, AKP nümayəndələrinin açıqlamalarına inanmaq olarmı?
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

