Sonun başlanğıcı...
06.11.2009 [09:59]
Ermənistanda uzun illərdir sosial-iqtisadi böhran və siyasi qalmaqalla müşahidə edilən gərginliklər daha da kəskinləşib. Bunun başlıca səbəbi isə, şübhəsiz ki, Sərkisyan rejiminin sərgilədiyi işğalçı mövqe və yarıtmaz fəaliyyətdir. Yəni, işğalçılıq mövqeyindən əl çəkməyən, daim təcavüzkar ambisiyalarla çıxış edən, Cənubi Qafqazda qeyri-sabitlik və gərginliklərin yaranmasına səbəb olan addımlar atan sözügedən ölkə, əslində, bugünkü acınacaqlı və böhranlı durumunu məhz özünün “təşəbbüslər”i sayəsində “qazanıb”. İşğalçı ölkədə qeyri-sabitlik mənbəyi olan digər bir başlıca faktor isə Ermənistan hakimiyyətinin qeyri-qanuni və dağıdıcı daxili siyasətidir. Bu bir həqiqətdir ki, bu gün Ermənistanda fəaliyyət göstərən və öz fəaliyyətində müəyyən mənada hüquqi əsasları rəhbər tutan heç bir təsisat və ya təşkilat mövcud rejimin fəaliyyətindən razı deyil. Elə vətəndaşları da tərəddüdsüz olaraq, bu sıraya aid etmək olar...
Belə ki, Ermənistan vətəndaşları ölkədə hökm sürən qanunsuzluq və özbaşınalıqdan əziyyət çəkirlər. Qısası, vətəndaşlar özlərinin nəinki heç bir hüquq və azadlıqlarından istifadə edə bilmir, hətta mütəmadi olaraq siyasi və hüquqi anlamda hakimiyyətin terrorçu siyasətinin qurbanına çevrilirlər. İşğalçı ölkədə heç bir struktur normal əsasda fəaliyyət göstərmir və hakimiyyətə əks qüvvələr faktiki olaraq, sıradan çıxarılır. Bu fakt insan hüquqları və demokratik təsisatların siyasi sistemdəki durumu ilə bağlı ölkələrdəki vəziyyəti tədqiq edən “Human Rigts Watch”, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu kimi beynəlxalq qurumların illik hesabatlarında da öz əksini tapır. Həmin qurumlar Ermənistanda insan hüquqlarının vəziyyətinin Nikaraqua, Mozambik və digər üçüncü ölkələrdən belə aşağı səviyyədə olduğunu bəyan edirlər.
Onu da qeyd edək ki, işğalçı ölkədə hökm sürən siyasi böhran və qanunsuzluğun təzahür etdiyi sahələrin sayı çox, miqyası isə olduqca genişdir. Vətəndaşların azad, müstəqil şəkildə hər hansı bir təşkilatda birləşə bilməməsi, müxalifətə qarşı kəskin təzyiq metodlarından istifadə edilməsi, KİV-lərə qarşı yolverilməz senzura və sanksiyaların həyata keçirilməsi və s. kimi anti-demokratik proseslər Ermənistan daxilindəki siyasi gerçəkliyi aydın ifadə edir. Məhz bu kimi hallar və hadisələr işğalçı ölkəni siyasi inqilablar astanasına daşıyır...
Ermənistanda hökm sürən siyasi qalmaqallara rəvac verən digər bir proses isə bu ölkədə kəskin şəkildə təzahür edən sosial-iqtisadi böhrandır. Daim xarici borc və ianələr hesabına “dirçəlməyə” çalışan işğalçı dövlətdə həyat səviyyəsi tamamilə iflic olub. Belə ki, ölkə əhalisinin böyük bir hissəsi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Digər tərəfdən, ölkə büdcəsinin təqribən yarısı başqa dövlətlərdən gələn yardımlar hesabına formalaşıb. Bu göstəricinin gələcəkdə daha yüksək səviyyəyə qalxacağı şübhəsizdir. Məhz bu kimi proseslərin nəticəsində kütləvi miqrasiya halları daha da artmaqdadır. Miqrasiya prosesinin sürətlənməsi isə Ermənistanı demoqrafik baxımdan alt-üst edib. İndi ölkədaxili iqtisadi gerçəkliyi yalnız böhran, mənfi saldo, mədaxilin məxaricdən kəskin şəkildə yüksəldiyi kimi ifadələrlə təsvir edə bilərik. Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondunun son açıqlamasında Ermənistan xarici yardımlardan ən çox asılı olan ilk 10 dövlət sırasında yer alıb. Qısası, terrorçu hakimiyyətin yarıtmaz siyasətinin nəticəsi kimi ortaya çıxan daxili sosial-iqtisadi, siyasi böhran, Ermənistanı iti və iri addımlarla uçuruma doğru sürükləyir...
Ermənistana kəskin zərbə endirən və onu bataqlığa salan digər amillərdən biri də mövcud hakimiyyətlə xaricdə yaşayan ermənilər arasında kəskin ziddiyyət, mübahisə və mübarizə meyillərinin ortaya çıxmasıdır. Belə ki, Fransa, Livan və ABŞ-da erməni lobbisi, demək olar ki, hər həftə Serj Sərkisyan hakimiyyətinin əleyhinə etiraz aksiyaları keçirirlər. üstəlik, erməni lobbisinin nəzarəti altında fəaliyyət göstərən əksər mətbu orqanlar da saylarında Ermənistan hakimiyyətini kəskin şəkildə tənqid edirlər. Digər tərəfdən, erməni diasporu artıq əvvəlki kimi mövcud hakimiyyətin beynəlxalq aləmdəki təbliğat maşını funksiyasını yerinə yetirmir. Eyni zamanda, diaspor Sərkisyan hakimiyyətinə etdiyi maliyyə yardımlarını da kəsmək haqqında qəti açıqlama verib. Bundan savayı, erməni diasporu mövcud Ermənistan hakimiyyətinə qarşı açıq-aşkar siyasi və iqtisadi təzyiqlər də etməyə başlayıb. Bu isə “hakimiyyət-diaspor tandemi”nin tam mənada fiaskoya uğradığına dəlalət edir.
Beləliklə, Ermənistanı bir forpost kimi sağa-sola sürükləyən və özünün milli maraqları üçün istifadə edən güclər işğalçı dövlətin növbəti acı taleyini cızıb. Görünən odur ki, daim imperialist dövlətlərin oyuncağı olan Ermənistan növbəti sosial-iqtisadi, siyasi burulğanların ağuşuna atılıb. Bu, ilk növbədə Ermənistanın özünün tutduğu işğalçı-terrorçu mövqeyin acı, amma qanunauyğun nəticəsidir. Görünür, Ermənistan hələ çox fəlakət və fırtınalara məruz qalacaq. Bu isə birmənalı şəkildə işğalçı dövlətin sonunun başlanğıcına dəlalət edir...
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

