Bölgələrin infrastruktur təminatı yaxşılaşmaqdadır
04.11.2009 [10:43]
Prezident İlham Əliyevin regionlara davamlı xarakter alan səfərləri yeni iş yerlərinin yaradılmasını təmin edən müəssisələrin istifadəyə verilməsi, onlarla yeni obyektin təməlinin qoyulması ilə müşayiət olunmaqdadır. Dövlət başçısı 2009-cu il başlayandan indiyədək Mingəçevir, Yevlax, Bərdə, Gədəbəy, Şəmkir, Gəncə, Göygöl, Naxçıvan, Hacıqabul, Quba, Qusar, İsmayıllı, Ağsu rayonlarına səfərlər edib və ən mühüm infrastruktur obyektlərinin, sosial, təhsil, mədəniyyət, səhiyyə, idman və digər bölmələrdə inşa olunan müəssisələrin tikintisinin vəziyyəti ilə yaxından tanış olub.
Prezident İlham Əliyevin hər bir bölgəyə səfəri zamanı müşahidə olunan dinamizm və iqtisadi artım tempi rayonların ildən-ilə inkişafını səciyyələndirən faktor kimi diqqəti cəlb etməkdədir. Belə ki, rayonlarda milli məhsulun artım tempi, yeni iş yerlərinin yaradılması, infrastrukturun yaxşılaşdırılması, əhalinin sosial vəziyyətinin yüksəldilməsi və digər müsbət tendensiyalar ümumilikdə bölgələrin davamlı inkişafının əyani təzahürləri kimi qiymətləndirilə bilər. Son 9 ayda yolların təmiri, yeni magistral yolların çəkilişi, beynəlxalq tələblərə cavab verən hava limanlarının tikintisi, elektrik stansiyalarının, məktəb və xəstəxanaların, mədəniyyət obyektlərinin tikintisi və bərpası, yüzlərlə infrastruktur layihələrinin həyata keçirilməsi investisiya siyasətinin əsas istiqamətlərini təşkil edib və bu, Azərbaycan hökumətinin məqsədyönlü siyasətinin uğurlarını şərtləndirmiş olur.
Regionlarda müşahidə olunan digər bir amil-böhran dövründə rayonların inkişafının təmin edilməsi faktoru iqtisadi siyasətin mühüm təntənəsi kimi xüsusilə diqqəti cəlb edir. Belə ki, 2009-cu ildə bütün dövlətlərin ən mühüm iqtisadi rayonlarında böhranla bağlı real sektorun bir çox sahələri iflasa uğrayaraq fəaliyyətini dayandırdığı halda Azərbaycanın rayonlarında belə bir hal nəzərə çarpmayıb. Bütün rayonlarda iş fəallığı əvvəlkitək yüksək olub, məşğulluğun səviyyəsi artıb və ümumilikdə real gəlirlərin həcmində pozitivlik müşayiət olunub. Bununla yanaşı, respublikamızın bölgələrində infrastruktur, sənaye, nəqliyyat, rabitə, tikinti, kənd təsərrüfatının inkişafında əhəmiyyətli dəyişikliklər baş verib, rayonlara xarici investorların axını geniş miqyas alıb. Yerli istehsalın həcmi əhəmiyyətli dərəcədə artıb və ölkə sahibkarlarının xarici bazarlara çıxışı stimullaşıb. Yol və infrastrukturun yeniləşməsi sahibkarların yeni müəssisələr yaratmasında və istehsal olunan məhsulun bazarlara ixracında əhəmiyyətli rol oynayıb. Rayonlarda soyuducu anbarların inşası və taxıl anbarlarının yaradılması istiqamətində işlərin sürətlənməsi isə iqtisadi inkişafa təkan verməklə yanaşı, əhalinin etibarlı şəkildə ərzaq məhsulları ilə təmin olunmasına dərin baza yaradıb. 2009-cu ilin ötən dövrü ərzində bölgələrdə onlarla istehsal və emal müəssisəsi yaradılıb. Həmin müəssisələrdə on minlərlə yeni iş yerinin açılması gözlənilir və bu istiqamətdə tədbirlərin davam etdirilməsi ümumilikdə yaradılan iş yerlərinin sayının milyonu ötməsinə imkan verəcək.
Hökumətin hər bir regionun mövcud imkanları, təbii resursları, insan potensialı, əhalinin məşğulluq qabiliyyəti, infrastruktur vəziyyəti, onun gələcək inkişafına təsir göstərən amilləri və perspektiv layihələrin həyata keçirilməsi ilə bağlı təfərrüatları dərindən təhlil edərək buna müvafiq şəkildə tədbirləri reallaşdırması əldə olunan uğurlu nəticələri şərtləndirmiş olur. ümumiyyətlə, ən ucqar rayonlarda belə infrastrukturun yaradılması əcnəbi sərmayəçilərin ölkəmizə cəlb olunmasını sürətləndirib və Azərbaycan istehsalçılarının xarici bazarlara çıxışını asanlaşdırıb. Eyni zamanda, ölkəmizdə istehsalın əhəmiyyətli dərəcədə çoxalması ixrac potensialının artmasına imkan verib.
Prezident İlham Əliyev İsmayıllı və Ağsu rayonlarına səfəri zamanı bildirib ki, bölgələrdə infrastruktur layihələri uğurla davam etdirilir və tədbirlər davamlı olacaq. ölkədə yeni iş yerlərinin açılması bölgələrin inkişafı və yeni müəssisələrin yaradılması üçün də çox vacib amildir: “Bu il, gələn il və ondan sonrakı illərdə bölgələrdəki mövcud problemlərin həlli üçün daha da böyük işlər görüləcəkdir. Gələn ilin dövlət büdcəsində bütün bu məsələlər öz əksini tapıbdır”.
Dövlət başçısı əlavə edib ki, infrastruktur layihələrinin reallaşması rayonların inkişafı üçün başlıca şərtlərdəndir: “Əgər bu infrastruktur layihələrini biz icra etməsəydik, bu gün regional inkişafdan, ümumiyyətlə, söhbət gedə bilməzdi. Bu infrastruktur sosial obyektlərin tikintisinə yönəldilibdir, son illər ərzində 1800-ə qədər məktəb tikilibdir, yüzlərlə tibb məntəqələri, tibb ocaqları, xəstəxanalar tikilibdir. Bu proses davam etdirilməlidir və gələn ilin büdcəsində bu məsələlər üçün vəsait nəzərdə tutulur. Bununla bərabər, yolların, su, qaz və elektrik xətlərinin, elektrik stansiyalarının, su anbarlarının tikintisinə qoyulan bütün bu investisiyalar bir məqsədi güdür ki, Azərbaycan iqtisadiyyatı daha da güclü olsun və biz daxili imkanlardan maksimum dərəcədə səmərəli şəkildə istifadə edə bilək”.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

