Rusiya və Qərbin Cənubi Qafqazdakı maraqları fonunda Azərbaycanın əhəmiyyəti artır...
05.11.2009 [10:04]
Dünya qlobal maliyyə böhranı burulğanından sonra yaralarını sağaltmağa çalışır. Bu dövr ərzində baş verən hadisələr yəqin ki, bəşər tarixində heç də xoş xatirələrlə qalmayacaq. İqtisadi sahədə bir-birini əvəz edən uğursuzluqlar siyasi sferada da gərgin ab-hava yaratdı, bir çox ölkələrdə ciddi qarşıdurmalara rəvac verdi. Sərhədlərin əriməyə başladığı qlobal dünyada isə bu proseslər təkcə bir ölkənin daxili işi olaraq qalmadı, bir bölgədə baş verən olaylar, hətta ən uzaq coğrafi məkana belə müxtəlif formalarda təsirini göstərdi. Xəzər regionu da beynəlxalq aləmdə cərəyan edən olaylardan nəsibini aldı. Təsadüfi deyil ki, son hadisələrdən sonra regionda yeni siyasi mənzərənin ştrixlərinin göründüyü yönündə şərhlər ifadə olunmağa başlayıb və bu fikirlər kifayət qədər də əsaslıdır. Bəs, görəsən bu situasiyanın başlıca parametrləri nədən ibarətdir? Ən əsası isə Xəzər hövzəsində yeni yaranan bu durumda Azərbaycanın yeri nə olacaq?
Rusiyanın çoxgedişli kombinasiyaları və ya böyük matruşkanın içərisindən nə çıxacaq?
Baş verən prosesləri izləyərkən Rusiyanın sərgilədiyi mövqe və atdığı addımlar xüsusi maraq kəsb edir. Bu marağa səbəb olan əsas amil isə Rusiyanın çoxgedişli kombinasiyalardan istifadə etməsidir. Əksər ekspertlərin də qeyd etdikləri kimi, məhz bu çoxgedişli kombinasiyalar rəsmi Moskvanın, əslində, nə istədiyini müəyyən etməyə imkan vermir. çünki Rusiya üzdə bir siyasət yürütdüyünü göstərsə də, bu ölkənin arxada nələr etmək istədiyinə dair hər hansı dəlillər tapmaq çətin olur. Daha doğrusu, Qərb texnoloqları Kremlin açıq siyasət arxasında gizlənmiş qapalı siyasət yürütdüyünü bilsələr də, hələlik onun detallarını müəyyənləşdirməkdə çətinlik çəkirlər. Necə deyərlər, Rusiyanın bu siyasəti elə rus matruşkalarına bənzəyir. Ruslara məxsus olan bu oyuncaq fiqurun üz qabığındakı nəhəng hissədə hansısa məşhur siyasətçinin silueti əks olunur. Lakin bu nəhəngin içərisində yerləşdirilmiş fiqurlarda kimlərin şəklinin əks olunduğunu bilmək üçün isə mütləq həmin matruşkaya sahib olmaq, onu qaldırıb içərisinə baxmaq lazımdır. Məsələn, deyək ki, rus bazarlarında üzərində Birləşmiş Ştatların keçmiş prezidenti Corc Buşun fotosu əks olunmuş matruşka satılır. Onun içərisindəki kiçik matruşkalarda isə üsamə ben Ladenin, Fidel Kastronunun şəkilləri əks olunur. Yaxud da, İsrail prezidenti Şimon Peresin şəkli əks olunmuş nəhəng matruşka alırsan içərisindən İran prezidenti Mahmud Əhmədinejatın şəkli olan kiçik matruşka çıxır.
Bir sözlə, Rusiyanın müasir zaman kəsiyində üstünlük verdiyi xarici siyasət kursu da matruşkaya bənziyir. Məsələn, bir müddət öncə şimal qonşumuz geosiyasi baxımdan çox ciddi bir addım atdı. Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) demək olar ki, hərbi bloka çevirdi. Xarici analiz mərkəzləri “Rusiya NATO-ya alternativ hərbi blok yaradır” - deyə təhlillər verməyə başladılar. Lakin bundan bir qədər sonra NATO-nun Rusiya ilə hərbi əməkdaşlığı bərpa etdiyinə dair məlumatlar yayıldı. Təbii ki, bu qərarda NATO ilə yanaşı, Moskvanın da istəkli olduğu kimsəyə sirr deyil.
Yaxud da, başqa bir misal. Rusiya İranın nüvə məsələsində bu ölkənin yanında dayandı, hətta Moskvanın Tehrana nüvə texnologiyasına dair bəzi yardımlar edə biləcəyi istiqamətdə məlumatlar yayıldı. Lakin sonradan İran məsələsində Rusiya ilə ABŞ arasında hansısa gizli anlaşmanın əldə edildiyi açıqlandı.
Başqa bir nümunəni isə Rusiya ilə Böyük Britaniya arasındakı münasibətlərlə bağlı göstərə bilərik. Xarici xəbər agentliklərindən bəlli olduğu kimi, təqribən 5 ildən sonra birinci dəfədir ki, Böyük Britaniyanın xarici işlər naziri Moskvaya səfər edib. Britaniyalı nazir Devid Miliband həmkarı Sergey Lavrovla görüşüb. Təhlilçilər bu səfəri iki ölkə arasında çoxdandır ki, soyuq olan münasibətlərin ilıqlaşması kimi izah edirlər.
Görüşdən sonra Miliband nikbin bəyanat verib: “Məncə, danışıqlarımızın nəticəsi yalnız bu deyil ki, biz bir-birimizi daha yaxşı anlamağa nail olduq. Biz, həmçinin, birgə çalışmaq üçün yollar axtaracağıq”.
Bütün bunların fonunda Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sona qədər hansı mövqeyi sərgiləyəcəyi də maraq doğurur. İndiki halda Rusiya münaqişənin həllinə cəhd göstərən ölkə təsirini bağışlayır...
Moskva - Ankara - İrəvan...
Rusiyanın ciddi-cəhdlə maraq göstərdiyi başqa bir problemli məsələ isə heç şübhəsiz ki, Ermənistanla Türkiyə münasibətləridir. Bəzilərinin Ankara-İrəvan xəttində danışıqlara start verilməyə başlandığı gündən bu yana Kremlin adını çəkməyə cəhd etməsələr də, Mosvkanın başdan sona qədər prosesin içərisində olduğunu inkar etmək mümkün deyil. Bunun ən açıq sübutu Sürixdə tərəflər arasında protokol imzalanan vaxtı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da hadisə yerində peyda olması və danışıqlardan imtina etmək nöqtəsinə qədər gələn Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana üzərinə “İmzala və çıx get!” yazılmış kağız parçasını verməsi idi. Təbii ki, buna qədər Türkiyə prezidenti və baş nazirinin Moskvaya illərdən sonra ilk dəfə səfər etmələri, Ermənistanın dövlət başçısı Serj Sərkisyanın rusiyalı həmkarı Dmitri Medvedevlə məhz bu düyünün açılmasına dair danışıqlar aparması kimi digər diplomatik təmaslar da yaşanmışdı. Deməli, bu yaxınlaşmada Kremlin də öz mənafeləri var. Burada əsas hədəf isə hazırda dünya üçün ən ümdə məsələ olan enerji hökmranlığını gücləndirməkdir. Sirr deyil ki, rəsmi Moskva bir çox Avropa dövlətlərinin dünyanın enerji bazarındakı rus manapoliyasına qarşı çıxış yolu hesab etdiyi NABUCCO layihəsinə müxalifdir. Buna qarşı Rusiya özünün ideyası olan və Qərbdə İtaliya, Yunanıstan kimi dövlətlərin də dəstəklədiyi “Mavi axın-2” layihəsini irəli sürüb. NABUCCO-da əsas dövlətlərdən olan Türkiyə, eyni zamanda, “Mavi axın-2” layihəsinin də halqalarından birini təşkil edir. NABUCCO-nu işlək hala gətirəcək Azərbaycanın təbii qazı olmadıqda isə layihənin kağız üzərindən əmələ keçəcəyi gözlənilən deyil. Ankara ilə Ermənistan yaxınlaşması Azərbaycanın bu layihəyə marağını azaldır və layihənin gələcəyini şübhə altına qoyur. Deməli, Rusiya ilk strateji məqsədinə nail olur. Həmçinin, Türkiyə ilə Ermənistan arasında yaşanmış qismən mülayimləşmə meyilləri Bakıda narazılıqla qarşılanır və bununla bərabər, Xəzərin Azərbaycan hissəsindən nəql olunan enerji ehtiyatlarının Rusiya marşrutuna yönləndirilməsi ehtimalını artırır. Bütün bunlar isə onu deməyə əsas verir ki, Ankara İrəvan təmaslarında Moskva öz yerini alıb və bu prosesdə maraqları naminə hərəkət edir.
Rəfə qaldırılan protokollar...
Bəs görəsən, Kreml rəhbərliyi sona qədər niyyətinə çata biləcəkmi? Yəni, Türkiyə-Ermənistan arasında yaxınlaşma çağırışları məntiqi sonluğunu bulacaqmı? Bu sual ətrafında diskussiyaların təzəliyini qoruduğu bir məqamda, sadəcə, onu demək mümkündür ki, sərhədlərin açılacağına inanların sayı ilk dövrlərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb. Bu da, təbiidir. çünki Ankara rəsmiləri Azərbaycanda və Türkiyədə baş qaldıran etirazlardan sonra geriyə addım atdı. Buna paralel olaraq, diasporanın hədələri Sərkisyan rejimini də geriyə addım atmağa məcbur edib. Artıq nə Ərdoğan hökuməti, nə də Sərkisyan komandası əvvəlki qədər israrlı davranmağa meyillidirlər. Belə demək mümkünsə, hələlik Ankara-İrəvan protokollarını rəfə qaldırıb. Bu sənədlərin nə vaxt yenidən işlək mexanizmə çevriləcəyi, ya da ümumiyyətlə, belə bir şeyin baş verəcəyinin mümkünlüyü ciddi suallar altında qalıb. Sualın cavabı isə yenə də Kremldədir...
Tehran doğrudanmı Ankara üçün yalnız yeni bazar və enerji tərəfdaşı olacaq?
Ankara üçün başqa bir yeni başlanğıc İranla dialoqda yaşananlardır. Bütün dünyanın, o cümlədən, Türkiyənin strateji müttəfiqi olan ABŞ-ın, İsrailin və digər Qərb dövlətlərinin İrana qarşı yeni sanksiyalar tətbiq etməyə başladığı bir məqamda Türkiyənin İranla yaxınlaşması bir sıra suallar meydana çıxarır. Təbii ki, biz bu yaxınlaşmada mənfi elementlər axtarmaq fikrindən uzağıq. Əksinə, iki müsəlman ölkəsinin səmimi dialoq çərçivəsində münasibətlərini qurması bir müsəlman ölkəsi kimi Azərbaycanda da razılıqla qarşılanır. Şübhəsiz ki, burada başlıca məqsəd yeni enerji marşrutlarının ərsəyə gətirilməsidir. Həmçinin, Türkiyə və İran öz məhsulları üçün yeni böyük bazar axtarır ki, bu mənada da istər iqtisadi imkanları, istərsə də əhalinin sıxlığı Ankara və Tehran üçün şirnikdiricidir. Amma aysberqin görünməyən tərəflərində əks olunan ştrixlər olayların heç də yalnız iki islam ölkəsinin qardaşlamasından ibarət olduğunu göstərmir. Buradan da yenə Rusiya qoxusu gəlir. Uzun illərdir Qərbə qarşı İranın yanında yer alan yeganə böyük dövlət olan Rusiya İran ətrafında karantin tədbirlərini gücləndirmək və Qərbdən gələn hədələri aradan qaldırmaq məqsədilə Türkiyənin potensialından faydalanmaq niyyətindədir. Ankara-Tehran danışıqlarında görünməyən vasitəçinin də məhz Rusiya olması bu həqiqətə xidmət edir. O da başqa bir məsələdir ki, Rusiyanın Cənubi Qafqazda var olması üçün Türkiyə əlverişli şəraitə sahibdir. Deməli, bu hadisələrdə də Rusiyanın diktəsi mütləq var.
Qərb niyə susur?
Bu sual da bu gün kifayət qədər maraq doğurur. üstəlik, Antirusiya qüvvələr Moskvanın regiondakı mövqelərini möhkəmləndirməsi fonunda Qərbin susqun qalmasını da anlaya bilmirlər. Səbəbləri isə bir deyil, bir neçədir. Əvvəla, bu günə qədər Qərbin bu regionda hegemonluq etməsinə şərait yaradan da elə Rusiya, daha dəqiq desək, şimal qonşumuzun rəqabətə davam gətirə bilməməsi idi. Amma baş nazir Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra Rusiyada aparılan böyük iqtisadi islahatlar və o cümlədən, imperiyanı gücləndirmək siyasəti bu gün qarşımıza daha güclü və dinamik inkişaf edən Rusiyanı çıxarıb. Sonuncu iqtisadi hesablamalar da bu həqiqəti özündə ehtiva edir. Rusiya gücləndikcə isə, imperialist maraqlarını da, regional təsir dairəsini də gücləndirib. İkincisi, ötən ilin avqustunda Gürcüstanda baş verən hadisələr bir daha sübuta yetirdi ki, Qərb bu regionda Rusiya ilə hansısa qarşıdurmaya getmək fikrində və heç iqtidarında da deyil. üçüncüsü, bir sıra məsələlərdə, daha konkret desək, enerji məsələsində Qərbin Rusiyadan asılılığı köhnə qitə yetkililərini daha loyal davranmağa vadar edir. Bu sadalananlar isə ona dəlalət edir ki, Rusiyanın bu regionda güclənməsini Qərb istədiyi üçün deyil, məcbur olduğu üçün susqunluqla qarşılayır.
Azərbaycan regionun ən nüfuzlu aktoru kimi
Hücumçu diplomatiya, intensiv hərbi inkişaf və balanslı xarici siyasət, demokratik təsisatların inkişafı. Azərbaycanın beynəlxalq siyasətdə üstünlük verdiyi bu dörd kriteriya yeni formalaşmaqda olan geosiyasi situasiyada ölkəmiz üçün əsas mühafizəçi olacaq. 1993-cü ildən sonra ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra işləyib hazırladığı və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət kursunun çox möhkəm bünövrəsi var. Azərbaycanın xarici siyasəti gündəlik maraqlara deyil, möhkəm sütunlara söykənir. Lakin bununla yanaşı, dəyişən geosiyasi şərtlər fonunda müəyyən vacib korrektələrə də məruz qalır. Buna görə də, rəsmi Bakının xarici siyasət strategiyası daha dözümlü olmaqla bərabər, kənar müdaxilələrə, təzyiqlərə adekvat reaksiya vermək qabiliyyətinə də malikdir. Bu səbəbdən də, Azərbaycanın xarici siyasətini regionda heç bir ölkə ilə müqayisə etmək düzgün olmazdı. Bu yeni situasiyada isə Azərbaycan həm Rusiya, həm də regionda marağı olan digər dövlətlərlə münasibətlərini davam etdirəcək. Daha da konkretləşdirsək, rəsmi Bakı haqlı olaraq Rusiya ilə münasibətləri yüksələn xətt üzrə davam etdirməklə bərabər, Avroatlantik məkana inteqrasiya siyasətini də həyata keçirəcək. çünki Azərbaycanın xarici siyasəti torpaqlarımızı işğal edən Ermənistan dövləti istisna olmaqla, bütün dövlətlərlə bərabərhüquqlu əməkdaşlığı özündə ehtiva edir.
“Yeni Azərbaycan” analitik qrupu
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12

