Milli Məclisdə 2010-cu il dövlət büdcəsinin müzakirəsinə başlanılıb
11.11.2009 [10:26]
Milli Məclisin dünən keçirilən iclasında “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsinə başlanıb. İclasa sədrlik edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın uzunmüddətli dövrü əhatə edən sosial-iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi altında müasir dövrün reallıqları nəzərə alınmaqla uğurla həyata keçirilir. Azərbaycanın tərəqqisi onun makroiqtisadi göstəricilərində və sosial sahənin sürətli inkişafında təzahür edir. Son illər Azərbaycan iqtisadiyyatı, ölkənin ictimai-siyasi həyatı keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
ölkə üçün dövlət büdcəsinin əhəmiyyətindən danışan sədr 2010-cu ilin əsas maliyyə sənədinin sosialyönümlü, investisiya tutumlu və müdafiə qabiliyyətli olduğunu bildirib.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə 2010-cu ilin dövlət büdcəsi ilə bağlı bəzi məlumatları diqqətə çatdırıb. Dövlət büdcəsinin dinamikası barədə məlumat verən komitə sədri bildirib ki, 2003-cü illə müqayisədə dövlət büdcəsi 10 dəfə artıb. Bu, analoqu olmayan bir göstəricidir. Dövlət büdcəsində öz əksini tapan investisiya layihələrinin aktuallığı nəzərdən keçirilib və müsbət rəy bildirilib.
Sonra maliyyə naziri Samir Şərifov 2010-cu ilin dövlət büdcəsinin əsas parametrləri barədə ətraflı məlumat verib. Maliyyə naziri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizdə həyata keçirilmiş uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri növbəti illərdə də davamlı iqtisadi artım üçün müvafiq kəmiyyət və keyfiyyət təminatı yaradır. Azərbaycan Respublikasının 2010-cu il üçün dövlət büdcəsinin layhəsi mövcud qanunvericiliyə və ölkənin sosial-iqtisadi inkişaf konsepsiyası strategiyasına uyğun, qlobal maliyyə böhranının dünya iqtisadiyyatına mənfi təsirləri və növbəti illərdə gözlənilən meyillər nəzərə alınmaqla hazırlanıb.
Nazir deyib ki, 2009-cu ilin ötən doqquz ayında ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsulun həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz, onun adambaşına məbləği 4,7 faiz artıb: “Son statistik məlumatlara görə isə üDM-in artımı 2009-cu ilin on ayında ötən illə müqayisədə artıq 8 faizi üstələmişdir. Doqquz ayda əhalinin gəlirlərinin 9,8 faizlik artımı 2,1 faiz səviyyəsində müşahidə olunan inflyasiyanı 7,7 faiz üstələmişdir. ölkədə manatın sabitliyinin təmin edilməsi əhalinin banklara olan inamını daha da artırmış, əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrünə nisbətən 11 faiz artaraq 2 milyard manata, kreditlərin həcmi isə 18,2 faiz artaraq 7,6 milyard manata çatmışdır. Cari ilin doqquz ayında ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 5,2 milyard manat, o cümlədən daxili mənbələr hesabına 4,3 milyard manat investisiya qoyulmuşdur ki, bunun da 2,3 milyard manatı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilmişdir. Cari ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri 91,9 faiz və yaxud 7 milyard 235 milyon manat, xərcləri 81,8 faiz və yaxud 6 milyard 457 milyon manat icra olunmuşdur”.
Qeyd edilib ki, 2010-cu il üçün dövlət və icmal büdcə layihələri üzrə xərclər hazırlanarkən ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasına və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir dövrdə dövlətimizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə uyğun olaraq dövlət büdcəsinin sosial və investisiya yönümlüyünün təmin olunmasına, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin müdafiə potensialının, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına dəstək verilməsinə, qəbul olunmuş məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilib və müvafiq məbləğlərdə vəsait nəzərdə tutulub.
2010-cu ildə dövlət büdcəsinin gəlirləri, strukturu və əsas mənbələri haqqında məlumat verən S.Şərifov deyib ki, gəlirlər ümumi daxili məhsulun 31,5 faizi həcmində və yaxud 2009-cu ilə nisbətən 3,9 faiz çox proqnozlaşdırılır.
2010-cu ilin dövlət büdcəsində 1 276,8 mln. manat həcmində təhsil xərcləri, 1 205,8 mln. manat həcmində müdafiə xərcləri, 1 192,3 mln. manat həcmində sosial müdafiə və sosial təminat xərcləri, 1 042,3 mln. manat həcmində ümumi dövlət xidmətləri xərcləri, 707,4 mln. manat həcmində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri, 479,4 mln. manat həcmində səhiyyə xərcləri nəzərdə tutulub.
İclasda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib ki, büdcə layihəsi tərtib olunarkən konservativ yanaşma ilə neftin baza qiyməti 45 ABŞ dolları səviyyəsində götürülüb. Növbəti ilin makroiqtisadi göstəriciləri barədə məlumat verən nazir müavini qeyd edib ki, 2010-cu ildə neft sektorunda 8,3 faiz, qeyri-neft sektorunda isə 4,94 faiz artım gözlənilir. Gələn il Azərbaycanda 53 mln. ton neft, 27,2 mlrd. kubmetr qaz hasilatı proqnozlaşdırılmaqla sənayedə 7,8 faizlik artım gözlənilir. Nazir müavini onu da qeyd edib ki, 2010-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 24 mlrd. dollar həcmində proqnozlaşdırılır ki, ticarət dövriyyəsində 7,7 mlrd. dollar məbləğində müsbət saldo gözlənilir. Gələn il tədiyyə balasında da müsbət saldo olacaq və 1 mlrd. dollar təşkil edəcək.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə bildirib ki, 2009-cu ildə Azərbaycan dünya maliyyə böhranına qarşı yüksək immunitet nümayiş etdirib. Görülmüş tədbirlər nəticəsində pul-kredit göstəricilərinin kəskin azalmasının qarşısı alınıb. Pul kütləsi ilk iki rübdə 12 faiz artıb, iqtisadiyyata 1,4 mlrd. manatadək yardım verilib.
“Böhran dövründə Mərkəzi Bank iri müəssisələrə dəstək verib. Onların xarici borclarının ödənilməsinə yardım göstərib. Hazırda Mərkəzi Bank olaraq özəl banklara yardım proqramı üzərində işləyirik”, - deyə E.Rüstəmov vurğulayıb.
E.Rüstəmovun sözlərinə görə, böhrana qədər Azərbaycan bankları xaricdən 2,5 mlrd. ABŞ dolları vəsait cəlb edib və bu vəsaitin 1,5 mlrd. dollarının geri qaytarılması təmin olunub.
E.Rüstəmov dünya maliyyə böhranının davam etdiyi dövrdə tikinti şirkətlərinin fəaliyyətinin dəstəklənməsi üçün ipoteka kreditlərinin verilməsinin bərpa olunduğunu və bu günədək ümumi məbləği 61 mln. manat təşkil edən 1400 ipoteka kreditinin (150-si sosial ipoteka) verildiyini vurğulayıb.
“Böhran zamanı əksər ölkələrin milli valyutası dərin devalvasiyaya uğrayıb. Lakin manat ABŞ dollarına nisbətən 0,3 faiz ucuzlaşıb və demək olar ki sabit qalıb. Bütövlükdə, manatın dəyəri ticarət tərəfdaşlarımızın valyutalarına nisbətən 1 faiz möhkəmlənib”, - deyə baş bankir əlavə edib.
Mərkəzi Bankın rəhbəri həmçinin bildirib ki, 2010-cu ildə əsas diqqət böhranın təsirlərinin aradan qaldırılmasına yönəldiləcək. İqtisadiyyatda likvidliyin dəstəklənməsi davam edəcək.
Xəbər lenti
Hamısına baxSosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32

