/ / "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başa çatıb
"Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başa çatıb
13.11.2009 [09:53]
Milli Məclisin dünən keçirilmiş iclasında “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi davam edib. çıxış edən deputatlar ölkə iqtisadiyyatının bütün sahələrində keyfiyyət və kəmiyyət dəyişikliklərinin baş verdiyini, iqtisadiyyatımızda yeni mərhələnin açıldığını qeyd ediblər. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə təşkil olunan beynəlxalq konfransda dediyi “Azərbaycan iqtisadiyyatında keçid dövrü başa çatmışdır” sözləri bunun ən gözəl ifadəsidir. Azərbaycan iqtisadi cəhətdən artıq inkişaf etməkdə olan ölkə statusuna malikdir. Regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi, yeni iş yerlərinin açılması “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının” uğurla icra edildiyini göstərir.
Qeyd olunub ki, 2010-cu ilin büdcə layihəsi ölkə qarşısında duran əsas məsələlərin həlli istiqamətində, konkret proqramların icrası əsasında yüksək səviyyədə işlənib hazırlanıb. Belə ki, təhsil, səhiyyə, idman və bir sıra digər sahələrdə həyata keçiriləcək proqramlara ayrılan xərclər ümumi büdcə xərclərinin 39,4 faizini (4 milyard 436 milyon manat) təşkil edir. Kənd təsərrüfatında həyata keçirilən islahatlardan danışan deputatlar diqqəti aqrar sektorda bəzi problemlərin həllinin vacibliyinə yönəldiblər. Xüsusilə meliorasiya və suvarma işlərinin təşkili üçün yeni kanalların çəkilməsinin zəruriliyi, kənd təsərrüfatı məhsullarının saxlanması və alqı-satqı işinin yaxşı təşkili üçün ötrü tədarük məntəqələrinin yaradılması üçün vəsait ayrılmasının zəruriliyi qeyd edilib.
2010-cu il üçün dövlət büdcəsi layihəsinin sosialyönümlü olduğu bir daha diqqətə çatdırılıb. Bildirilib ki, büdcə layihəsində bu istiqamətdə xərclər 34,4 faiz və ya 3 milyard 878 milyon manat təşkil edir. Bu da 2009-cu ilin büdcəsindən 1,2 faiz çoxdur. Qeyri-neft sektorunda yeni istehsal sahələrinin yaradılması, ölkə iqtisadiyyatına yönəldilən investisiyalarda daxili investisiyaların üstünlük təşkil etməsi mühüm amillər kimi xarakterizə edilib. 2010-cu ilin büdcə layihəsinə əsasən dövlət tərəfindən investisiyaların qoyuluşu davam etdiriləcək.
Müzakirələrdə ölkənin xarici əlaqələrinin və diplomatik xidmətin genişləndirilməsi ilə əlaqədar da bəzi fikirlər səslənib. Qeyd olunub ki, hazırda Azərbaycanı xaricdə 65 diplomatik nümayəndəlik təmsil edir. Bu yaxınlarda isə Milli Məclis tərəfindən Azərbaycanın xaricdə 5 yeni səfirliyinin açılması barədə qərar qəbul edilib. Bu məsələlərin həllinə dövlət büdcəsində 51 milyon manat, Azərbaycan Diplomatik Akademiyasının qurulması üçün müvafiq vəsait nəzərdə tutulub. Bu, akademiyanın Azərbaycanın gündən-günə inkişaf edən xarici əlaqələrinin daha da genişlənməsində, diplomatik xidmətin yüksək səviyyəli mütəxəssislərlə təmin edilməsində böyük rol oynayacağı vurğulanıb.
Hüquqi, demokratik dövlət olan Azərbaycanın inkişafında və dünya məkanına inteqrasiyasında kütləvi informasiya vasitələrinin rolu qeyd olunub və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması müsbət amil kimi qiymətləndirilib. 2010-cu ildə Azərbaycan mətbuatının 135 yaşını qeyd edəcəyini nəzərə alaraq, bu fonda növbəti ildə ayrılan vəsaitin 2 milyondan 3 milyona çatdırılması təklif olunub.
Yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin strukturunun daha da təkmilləşdirilməsi üçün dövlət tərəfindən 3,5 milyon manatın ayrılması bu qurumlara yaxşı kömək kimi qeyd edilib.
2010-cu ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Ekologiya ili” elan olunması ilə əlaqədar bu sahədə bir sıra tədbirlərin görülməsinə büdcə layihəsində vəsaitin ayrıldığı diqqətə çatdırılıb.
ümumilikdə səslənən fikirlərdən belə nəticəyə gəlmək olar ki, “Azərbaycan Respublikasının 2010-cu il üçün dövlət büdcəsi” qanun layihəsi kifayət qədər mükəmməl, real faktlarla əsalandırılmış və gələcəyə hesablanmış bir sənəddir.
Axşam iclasında 2009-cu ilin əsas maliyyə sənədinin müzakirəsi davam etdirilib.
Müzakirələrdən sonra hökumət üzvləri deputatların qaldırdıqları məsələlərə münasibət bildiriblər. Qaçqın və məcburi köçkünlərin sosial problemləri barədə məlumat verən Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, XX əsrin dahi şəxsiyyəti, Ulu öndər Heydər Əliyevin gündəlik diqqət və qayğı göstərdiyi bu problem hazırda Prezident İlham Əliyevin diqqət mərkəzindədir. O deyib ki, Dövlət Komitəsinin 2010-cu il üzrə büdcəsi Maliyyə Nazirliyinə təqdim edilib və nazirlik tərəfindən qəbul olunub: “ötən dövr ərzində bütövlükdə qaçqın və məcburi köçkünlər üçün 2,9 milyard ABŞ dolları xərclənmişdir”.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib ki, ildən-ilə artan daxili istehsal ölkənin ərzaq təminatını və yerli istehsal hesabına bazarın tələbatını demək olar ki, ödəyir.
Dövlət büdcəsinin kəsiri ilə bağlı bəzi məsələlərə aydınlıq gətirən maliyyə naziri Samir Şərifov bildirib ki, layihədə dövlət büdcəsinin kəsirinin məbləği 1 milyard 249 milyon manat nəzərdə tutulub. Bu, proqnozlaşdırılan üDM-in cəmi 3,9 faizini təşkil edir. Beynəlxalq təcrübəyə əsasən, bu normal bir göstəricidir. Hazırda Azərbaycan dövlətinin bu kəsirin örtülməsi üçün kifayət qədər imkanları mövcuddur.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputatlar fəal iştirak edərək mühüm təkliflər irəli sürüblər. Hökumət 10 gün müddətində deputatların təkliflərinə baxdıqdan sonra Milli Məclisdə 2010-cu ilin dövlət büdcəsi haqqında qanun layihəsinə bütövlükdə münasibət bildiriləcək.
Bununla da Milli Məclisdə “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başa çatıb.
Milli Məclisin bu gün keçiriləcək iclasında büdcə zərfinə daxil olan digər qanun layihələri müzakirə ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

