Qiymətli kağızlar bazarının bir çox bölmələrində aktivlik qeydə alınıb
14.11.2009 [10:57]
Dünya maliyyə böhranı bir çox ölkələrin qiymətli kağızlar bazarına sarsıdıcı zərbələr vurub və dünyanın ən iri şirkətləri fond birjalarında fond indekslərinin yarısını itirib. Nəticədə, həmin şirkətlərin səhmlərinin qiyməti 10 dəfə ucuzlaşıb. Amma buna baxmayaraq, iri əməliyyatlar üzrə sazişlər azalsa da, kiçik əməliyyatlarda müsbət faktorlar müşahidə edilməkdədir.
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında QKDK sədri Rüfət Aslanlı qeyd edib ki, dünya böhranı respublikamızın maliyyə bazarına müəyyən təsirlərini göstərsə də böhranın mənfi nəticələri geniş deyil. Hökumət tərəfindən vaxtında görülən preventiv tədbirlər, eləcə də, düşünülmüş siyasət böhranın mənfi təsirinin qarşısının alınmasına imkan verib. R.Aslanlının sözlərinə görə, Azərbaycan fond bazarının strukturunda dövlət istiqrazları əsas yer tutur və onların həcmi azlıq təşkil etdiyindən maliyyə böhranı bu qiymətli kağızların ciddi fəsadlarla üz-üzə qalmasına səbəb olmayıb. Eyni zamanda, hökumətin çox ehtiyatlı borc siyasəti yürütməsi və ölkənin valyuta rezervlərindən fərqli olaraq, qiymətli kağızların cəlb olunması hallarının azlıq təşkil etməsi xarici təsirlərin qarşısını alıb. Azərbaycan hökuməti həddindən artıq sabit makroiqtisadi və maliyyə siyasəti yürüdüb ki, bu tədbirlər bazarın bir çox seqmentlərinin dayanıqlı qalmasına impuls verib.
QKDK sədri 2009-cu ilin ötən 9 ayı ərzində qiymətli kağızlar bazarının bir çox bölmələrində müxtəlif maliyyə alətləri üzrə əməliyyatlarda aktivliyin qeydə alındığını söyləyib. Belə ki, korporativ qiymətli kağızların dövriyyəsi 3,1 faiz, istiqrazların həcmi 61 faiz, veksellərin həcmi isə 3,2 dəfə artıb. Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə keçirilən əqdlərin ümumi həcmi xeyli yüksəlib. Bu müddətdə korporativ istiqrazların təkrar bazarı 3,6 dəfədən artıq artıb. Eləcə də, səhmlərin təkrar bazarında artım qeydə alınıb. Həmçinin, ipoteka istiqrazlarının yerləşdirilməsi də effektli olub. Komitə sədri yaxın vaxtlarda kommersiya borc istiqrazlarının da buraxılacağını xatırladıb.
Rüfət Aslanlı onu da bildirib ki, respublikamızda üDM-in artımı, milli valyutanın məzənnəsinin sabit qalması və valyuta rezervlərinin ölkənin xarici borcunu iki dəfə üstələməsi Azərbaycan iqtisadiyyatında əcnəbi investorların etimadının artmasına səbəb olub. QKDK sədri qarşıdakı ildə maliyyə və fond bazarının inkişafı və qiymətli kağızlar bazarının dünya maliyyə böhranından qorunması ilə bağlı bir sıra tədbirlərin həyata keçiriləcəyini də bəyan edib. Bu məqsədlə yeni proqram hazırlanıb. Sənədin strateji hədəfləri 2 əsas istiqaməti - böhran dövründə real sektorun xarici təsirlərdən qorunmasını və böhrandan sonrakı dövrdə inkişaf tendensiyasının davam etdirilməsini əhatə edir. Komitə sədri artıq dünya iqtisadiyyatında maliyyə və iqtisadi böhranın səngiməyə doğru getdiyini və ABŞ, Avropa və digər region ölkələrinin makroiqtisadi göstəricilərində bu meyillərin hiss olunduğunu diqqətə çatdırıb. Onun fikrincə, dünya maliyyə bazarında canlanma respublikamızın fond bazarı üçün də müsbət nəticələrə səbəb ola bilər.
Rüfət Aslanlı ölkəmizin maliyyə bazarının inkişafı ilə əlaqədar bir sıra xarici dövlətlərin nüfuzlu qurumları ilə əməkdaşlığın gücləndiriləcəyini də bildirib. Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə qiymətli kağızlar və fond bazarının inkişafına stimul verə biləcək yeni maliyyə alətlərinin tətbiqinə başlanması nəzərdə tutulur. BMK fond bazarında yeni listinq qaydalarını tətbiq edib. Eyni zamanda, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın qiymətli kağızlar bazarının və fond birjasının inkişafı üçün dəstək göstərəcək.
QKDK qiymətli kağızlar bazarı infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı layihələri də reallaşdırmağı nəzərdə tutur. Komitə 2009-cu il ərzində qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının attestasiyasının təkmilləşdirilməsi məqsədi ilə avtomatlaşdırılmış test sisteminin tətbiq edilməsinə də nail olub. Yeni kompüter proqramı vasitəsi ilə həyata keçiriləcək yeni sistem qiymətli kağızlar bazarının inkişafında mühüm rol oynayacaq. Hazırda isə bazarın qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində iş aparılır. R.Aslanlı hesab edir ki, qiymətləndirmə ilə bağlı işlərin başa çatdırılması Azərbaycanın fond bazarı strukturunun xarici sərmayədarlar üçün təhlükəsiz qalmasına səbəb olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

