Ramiz Mehdiyev: Müxalifətin sosial dayaqları tükənib
24.11.2009 [12:04]
Müxalifət təmsilçilərinin seçki prosesinə müdaxilələr və seçkidə iştirakdan imtina barədə fikirlərinə münasibət bildirən PA rəhbəri imzaların toplanması, təsdiqlənməsi dövründə bütün partiyalara eyni şəraitin yaradıldığını söyləyib: “YAP-a yaradılan şərait digər partiyalara da yaradılıb. Əsas problem odur ki, özlərini müxalifət adlandıran siyasi partiyaların sosial dayaqları tükənib”.
R.Mehdiyev bildirib ki, müxalifət partiyaları müxtəlif aldadıcı tədbirlərlə nümayəndələrinin sayını artırmağa çalışıblar: “Məlum olurdu ki, bəzi seçki dairələrində adamların özlərinin xəbəri olmadan adlarını siyahılara daxil ediblər. Nəinki adları siyahıya salıblar, hətta adamların xəbəri olmadan onları partiyanın nümayəndəsi kimi təqdim ediblər. Həmin adamlar sənədlərini təqdim edəndə, onlardan hansı partiyanın nümayəndəsi olduqlarını soruşublar. Bəziləri heç bir partiyanın üzvü olmadıqlarını deyib, digərləri isə başqa-başqa partiyaların adını çəkib. Yəni, həmin partiyalar tərəfindən verilən siyahıları təsdiq etməyiblər. Onlar belə aldadıcı variantlarla saylarını artırmaq istəyiblər. Yaxud qanunda göstərilib ki, vətəndaş bələdiyyəyə namizədliyini yaşadığı ərazidən verə bilər. Məsələn, Bakıda yaşayan adamın Gəncədə hansısa məntəqədə namizədliyini verməsi qanunauyğun deyil. Siyahıları yoxlayanda isə məlum olub ki, həmin adamlar həmin ərazidə yaşamırlar. Belə adamlar əlbəttə ki, qeydiyyatdan keçməyiblər. Məsələnin mahiyyəti bundan ibarətdir”.
“Bizim məqsədimiz odur ki, Azərbaycanda həqiqətən də demokratik seçkilər keçirilsin”, - deyə PA rəhbəri vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

