Azərbaycan dövləti öz vətəndaşlarına daim diqqət və qayğı göstərir
26.11.2009 [09:38]
Dünən YAP Nərimanov rayon təşkilatında Qurban bayramı münasibətilə kimsəsiz, köməyə ehtiyacı olan ahıl insanlarla görüş keçirilib. Təşkilatın Qadınlar Şurasının təşkil etdiyi tədbirdə çıxış edən Şuranın sədri Məhəbbət İbrahimova bildirib ki, bu günlərdə yaradılmasının 17-ci ildönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası ölkəmizdə alternativsiz siyasi qüvvədir. “Partiyamızın gücü Ulu öndər Heydər Əliyevin ideyalarında və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdədir. Xalqımız Ulu öndərimizin ideyalarına sadiq olmaqla bərabər dövlət başçısının siyasətini tam dəstəkləyir. Bütün bunlar partiyamızın uğurlarını şərtləndirən əsas amillərdir. Bu gün Azərbaycanda 50-yə qədər siyasi partiya fəaliyyət göstərir. Amma onların sosial dayaqları çox zəifdir. YAP isə cəmiyyətin ən intellektual təbəqəsini öz ətrafında birləşdirir” deyə M.İbrahimova qeyd edib. Onun sözlərinə görə, Azərbaycan qadınları da ictimai-siyasi proseslərin önündə gedir. Bu da dövlət qadın siyasətinin müsbət nəticələrinin təzahürüdür. M.İbrahimova Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi vurğulayaraq bu fəaliyyətin hər bir qadın üçün örnək olduğunu bildirib. M.İbrahimova dövlətin öz vətəndaşlarına, o cümlədən, ahıl insanlara qayğı göstərdiyini deyərək bu tədbirin dövlət siyasətinə dəstək olduğunu bəyan edib.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı çıxışında tədbir iştirakçılarını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. O, bildirib ki, Azərbaycan xalqı öz milli dəyərlərinə, adət-ənənələrinə sadiqdir. Qurban bayramının saflığın rəmzi olduğunu deyən millət vəkilinin sözlərinə görə, hər bir kəs əsrlərdən bəri formalaşmış dəyərlərə sadiq olmalıdır. Xüsusilə, gənclər milli-mənəvi ruhda, dəyərlərə sadiqliklə tərbiyə olunmalıdır. “Bu gün Azərbaycan sürətlə inkişaf edir. Bu inkişaf nəticəsində insanların sosial rifahı daha da yaxşılaşır. Bu baxımdan, qayğıya ehtiyacı olan ahıllara da dövlət tərəfindən xüsusi diqqət göstərilir” deyə M.İbrahimqızı bildirib.
Millət vəkili Həvva Məmmədova isə çıxışında qeyd edib ki, ahıl insanların arxasında Azərbaycan dövləti dayanır. Onun sözlərinə görə, dövlətimiz məcburi köçkünlərə də xüsusi diqqət göstərir. Məhz bu diqqətin nəticəsidir ki, həmin insanlar çadırlardan yeni inşa olunmuş qəsəbələrə köçürülüb, onların normal yaşayışı təmin olunub. “Arzu edirik ki, bu bayramları tezliklə Qarabağda qeyd edək” deyə millət vəkili vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü, partiyanın Qadınlar Şurasının sədr müavini Aynur Sofiyeva da çıxışında dövlətin daim sosial müdafiəyə ehtiyacı olan insanlara, ahıllara qayğı göstərdiyini vurğulayıb.
Sonda Nərimanov rayonunda yaşayan 30 nəfər kimsəsiz ahıla bayram sovqatı təqdim olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

