/ / Azərbaycanda bələdiyyə seçkiləri şəffaf, demokratik, ədalətli və bərabər yarışma şəraitində baş tutub
Azərbaycanda bələdiyyə seçkiləri şəffaf, demokratik, ədalətli və bərabər yarışma şəraitində baş tutub
24.12.2009 [09:54]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bələdiyyə seçkilərinin başa çatması münasibətilə mətbuat konfransı keçirib. Azərbaycanda növbəti seçkilərin arxada qaldığını deyən Əli Əhmədov bildirib ki, bu hadisə ölkəmizin siyasi inkişaf tarixinin mühüm bir siyasi səhifəsinə çevrildi. “ölkəmizdə üçüncü dəfə keçirilən bələdiyyə seçkiləri baş tutdu. Hesab edirəm ki, yerli özünüidarəetmə orqanlarına keçirilən növbəti seçki Azərbaycanın seçki praktikasının təkmilləşməsində, seçki demokratiyasının genişlənməsində və bütövlükdə ölkəmizin demokratik inkişafında əhəmiyyətli bir mərhələni təşkil edir. Qeyd etmək lazımdır ki, iki ay yarım davam edən seçki kampaniyasının bütün gedişi Azərbaycanın Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə təşkil edilib, seçkilərin ədalətli və şəffaf, demokratik şəraitdə keçirilməsi üçün seçki prosesinə qoşulan bütün tərəflər, ilk növbədə müvafiq strukturlar öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər. Görülən bütün bu işlərin nəticəsində, Azərbaycanda növbəti seçkilər tamamilə şəffaf, demokratik, ədalətli və bərabər yarışma şəraitində baş tutub. Seçkiyə Azərbaycanın müxtəlif siyasi partiyaları qoşulmuşdular. Bütövlükdə seçki kampaniyasına passiv seçki hüququ əsasında qoşulanların sayı 30 mindən yuxarı olub. Yeni Azərbaycan Partiyasının da seçki kampaniyasında iştirakı fəal və yüksək səviyyədə olub. YAP Azərbaycanın bütün bələdiyyələrinə öz namizədlərini irəli sürüb və namizədlər qeydiyyata alındıqdan sonra partiya şəklində seçki kampaniyasında iştirak etmək hüququ qazanıb. Onu da deməyi özümə vacib hesab edirəm ki, bələdiyyə seçkilərində YAP partiya şəklində iştirak etmiş yeganə siyasi təşkilatdır. YAP 2004-cü ildə keçirilmiş seçkilərdə də partiya şəklində iştirak edən yeganə siyasi təşkilat olub. Hesab edirəm ki, bu, YAP-ın bir tərəfdən seçki prosesinə kifayət qədər ciddi yanaşmasını sübuta yetirirsə, digər tərəfdən partiyamızın malik olduğu siyasi resursların genişliyinə dəlalət edir. Bütövlükdə qeydiyyatdan keçərək seçkilərdə iştirak edən namizədlərimizin sayı 15 min 630 nəfər olub” - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədovun sözlərinə görə, seçki kampaniyasının şəffaflığının təmin edilməsi bir sıra vacib amillərlə şərtlənir. Burada istər qanunun tələblərinə əməl olunması, istər mətbuatın seçki kampaniyasının gedişinin izləmək imkanına malik olmasını, istərsə də müşahidə prosesinin geniş olmasını qeyd etmək lazımdır. O, bildirib ki, bu seçkilərdə YAP hər bir məntəqəyə öz müşahidəçilərini təyin edib: “Səsvermənin gedişinin bütün təfərrüatları haqqında partiyamızın məntəqələrə təyin etdiyi müşahidəçilər müfəssəl məlumat veriblər. Əldə olunan ilkin nəticələrə görə, seçki prosesi hər hansı ciddi qanun pozuntusu müşahidə olunmadan baş tutub. Bu, bir tərəfdən seçki prosesinin kifayət qədər kamil şəkildə təşkilindən xəbər verir, digər tərəfdən, Azərbaycan vətəndaşlarının seçki təcrübəsi və seçki mədəniyyətinin yüksəlməsinin göstəricisidir. Biz ümid edirik ki, YAP-ın seçki prosesinə ciddi şəkildə yanaşması, geniş kampaniya aparması, əsaslandırılmış seçki konsepsiyasına malik olması və prosesə çoxlu sayda fəal üzvlərini cəlb etməsi nəticələrin partiyamız üçün uğurlu olacağına inam yaradır”. Əli Əhmədovun sözlərinə görə, YAP-ın seçkilərə hazırlığı yalnız iki ay yarım müddətlik seçki kampaniyasını əhatə etməyib. Belə ki, bundan xeyli əvvəl partiya seçki hazırlığına başlayıb.
“Biz uğurlu təbliğat kampaniyası aparmaq üçün geniş təşviqat proqramı hazırladıq. YAP-ın fəalları, partiyamızın Milli Məclisdə təmsil olunan deputatları, tanınmış ziyalılar təşviqat kampaniyasının həyata keçirilməsində yaxından iştirak ediblər. Azərbaycanın bütün bölgələrində seçicilərlə görüşlər keçirilib, namizədlərimizin bələdiyyələrə layiqli insanlar olduğunu seçicilərin diqqətinə çatdırmağa səy göstərilib və güman edirəm ki, buna nail olunub. ümumilikdə, seçicilərlə 1895 görüş keçirilib və bu görüşlərdə 450 minə yaxın seçici iştirak edib. Bundan əlavə, biz namizədlərimizin təşviqat kampaniyasını keçirməkdən ötrü bütün bölgələrdə seminarlar keçirdik. 64 seminarda bələdiyyələrə namizədlərin hər biri iştirak edib. Beləliklə də, bu seminarları təşkil etməklə onların namizəd kimi təşviqat aparmasına yardımçı olduq. Bütövlükdə isə YAP malik olduğu bütün resursları seçkilərdə qələbə qazanmaq üçün səfərbər etməyə müvəffəq oldu” - deyə YAP Sədrinin müavini qeyd edib.
YAP-ın 500 minə yaxın üzvü olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, onların hər biri fəal seçicilərdir. YAP-ın “Xalqa xidmət naminə” şüarı ilə seçkilərdə iştirak etdiyini xatırladan Əli Əhmədov deyib ki, məqsəd bundan ibarətdir ki, seçkilər nəticəsində formalaşacaq yerli özünüidarə orqanları Azərbaycan xalqına keyfiyyətli xidmət göstərə bilsinlər: “Seçkilərin partiyamızın namizədləri üçün uğurlu olacağına inamın formalaşmasının başlıca səbəbi Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətin xalq tərəfindən birmənalı şəkildə dəstəklənməsidir. Bölgələrdə həyata keçirilən işlər, regionların inkişafı, iş yerlərinin açılması, bütün bunların hər biri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərdir. Vətəndaşlar tərəfindən Prezident İlham Əliyevin siyasətinin dəstəklənməsi, Onun rəhbərlik etdiyi partiyanın bələdiyyə üzvlüyünə namizədlərinin də seçicilərin əhəmiyyətli hissəsi tərəfindən dəstəklənməsi üçün etibarlı baza yaradıb. Digər tərəfdən, YAP-ın təşkil etdiyi uğurlu seçki kampaniyası və namizədlərimizin şəxsi keyfiyyətləri bütövlükdə səsvermənin nəticələrinin bizim üçün uğurlu olacağına ciddi əsaslar yaradıb”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

