Sosio-mədəni modernləşmə xətti ölkədə güclü fəlsəfənin olmasını tələb edir
08.01.2010 [01:26]
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Prezident İlham Əliyevin modernləşmə xətti və fəlsəfənin, sosiologiyanın, hüququn əsas prioritetləri” mövzusunda “dəyirmi masa” keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən institutun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi sosio-mədəni modernləşmə xətti ölkədə güclü fəlsəfənin olmasını tələb edir: “Ona görə ki, ictimai elmlərin inkişafı ilk növbədə fəlsəfədən asılıdır. Bu Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun üzərinə böyük məsuliyyət qoyur. ötən il noyabrın 21-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə respublikada ictimai və humanitar elmlər sahəsində yaranmış vəziyyətə həsr olunmuş müşavirə keçirilmiş, dekabrın 8-də isə Prezident Administrasiyası rəhbərinin məsələ ilə bağlı “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsi dövri mətbuatda nəşr olunmuşdur. Biz istəyirik ki, bu tədbirdə digər institutların alimlər ilə birlikdə məqalədə toxunulan problemləri araşdıraq”.
İctimai və humanitar elmlərin məqalədə qeyd olunan problemlərindən çıxış yollarına toxunan natiq Azərbaycan elminin, o cümlədən fəlsəfə elminin beynəlxalq aləmə inteqrasiya olunmasına xüsusi önəm verib: “Elmlərin inteqrasiyası Azərbaycanın milli elminin inkişafına gətirib cıxaracaq. O zaman Azərbaycan elmi sosio-mədəni xətlə inkişaf edə biləcək”.
İctimai və humanitar elmlərin inkişafı üçün digər vasitə kimi akademiyada yaradıcı mühitin olmasını vurğulayan İ.Məmmədzadə deyib: “Akademiyada yaradıcı mühit olmalıdır. Bir çox işlər görülsə də hələ problemlərimiz var”.
Natiq ictimai elmlərlə bağlı məqalədə yer alan problemlərdən üçüncü çıxış yolu kimi alimlərin beynəlxalq konfranslarda, beynəlxalq jurnallarda yazılarla çıxış etməsini göstərib: “Fəlsəfə və sosiologiya, hüquqşünaslıq və digər elmlər beynəlxalq elmlər səviyyəsinə qalxmalıdır. Keyfiyyətli, beynəlxalq səviyyəli jurnallar yaratmalıyıq”.
“Müdafiə Şuralarında ciddi elmi diskusiyaları bərpa etməliyik”, - deyən İ.Məmmədzadə alimlər arasında elmi diskusiyaların təşkilini vacib sayıb: “Şöbələrdə işgüzarlıq və tələbkarlıq artmalıdır”.
Alimlərin son illərdəki əsərlərindəki çatışmazlıqlara toxunan natiq əsərlərdə daha çox ümumi elmi tezislərin üstünlük təşkil etməsinə diqqət çəkib: “Açıq danışsaq, bizim əsərlərdə umimilik çoxluq təşkil edir. Bunun əvəzində alimlərimizin əsərlərində sosioliji dəqiqlik çox azdır. Keçən il 40-dan çox kitab çap olunub. Amma bu əsərlər kifayət qədər yüksək səviyyədə deyil. Alimlər bu boşluğu doldurmalı, dəyərli əsərlərini ortaya qoymalıdırlar”.
İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru İsa Alıyev yüksək səviyyəli iqtisadi əsərlərin meydana gəlməməsi barədə danışıb. İqtisadçı alim əsas səbəb kimi gənclərin elmə gəlməməsini, alimlərin maddi vəziyyətinin aşağı olmasını və bu səbəbdən alimlərin bu sahədən getməsini qeyd edib. Vəziyyətdən çıxış yolu kimi, natiq elm adamlarının maddi vəziyyətinin yüksəldilməsini və gənc alimlərin elmə cəlb edilməsi üçün stimullaşdırıcı addımların atılmasını vacib sayıb. İnstitutun sosiologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova akademik Ramiz Mehdiyevin məqaləsini son dövrün dərin fəlsəfi əsəri adlandıraraq deyib ki, bu məqalənin əsas qayəsi alimləri keçid dövründən sonrakı dövrün əsas hədəflərinə yönəltməkdir: “Mənə elə gəlir ki, əvvəlcə biz fəlsəfədən mühazirələr kursunu hazırlayıb ali məktəblərə göndərməliyik. Fəndən asılı olmayaraq bütün fakutələrdə bu elm tədris olunmalıdır. Hətta bunu orta məktəblərə də göndərmək lazımdır”.
R.Əzimovanın ikinci təklifi kadr hazırlığında sərt addımlar atılması ilə bağlı olub. Onun fikrincə, belə addımlar atılmasa elmə təsadüfi adamların gəlişinin qarşısı alınmayacaq: “Gənc alimlər akademiyaya hazırlıqlı gəlmirlər. Akademiyaya tanış-bilişlə gəlmək olmaz. Biz ilk növbədə bunun qarşısını almalıyıq”.
İnstitutun sosial-fəlsəfə şöbəsinin əməkdaşı, fəlsəfə elmləri doktoru Aydın Şirinov televizayalarda fəlsəfi mövzuların şou nümayəndələri tərəfindən müzakirə edilməsini qəbuledilməz sayıb.
İnstitutun şöbə müdiri Rəna Mirzəzadə akademik Ramiz Mehdiyevin yazdığı məqalələrə qədər ictimai elmlərə münasibətin biganə olmasını xatırladıb. Onun fikrincə, akademikin məlum məqalələrindən sonra ictimai elmlərin fəaliyyət istiqamətləri konkretləşməklə yanaşı, fəaliyyəti də canlanıb. İnstitutun hüquq şöbəsinin əməkdaşı, hüquq elmləri doktoru İsaxan Vəliyev, PA rəhbərinin yazdığı məqalələri fəlsəfə elminin istiqamətlərini müəyyənləşdirən lokomotiv kimi xarakterzə edib. Məqalədən irəli gələn vəzifələrdən danışan natiq hüquqşünasların təhsili sahəsinə ciddi onəm verilməli olduğunu önə çəkib və bu sahədəki problemləri sadalayıb: “Qarabağ probleminin hüquqi əsaslarının öyrənilməməsi, müqayisəli hüququn öyrənilməməsi, hüququn sosiologiasının zəif öyrənilməsi, gənc alimlərin sovet dövründə işlənmiş mövzuları yenidən işləməyə maraqlı olmaları bu günün əsas problemləridir”.
İnstitutun sosiologiya şöbəsinin əməkdaşı, iqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu hazırkı dövrü ölkədə yeni intibah dövrünün başlağıcı kimi qiymətləndirərək akademik Ramiz Mehdiyevin məqaləsini həmin başlanğıcın istiqamətlərini müəyyənləşdirən yazı kimi şərh edib.
İnstitutun əməkdaşı, fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasov bildirib ki, bu gün Azərbaycan fəlsəfəsi dünya fəlsəfə elmi ilə ayaqlaşmalıdır. Dünya neoklassik fəlsəfi nəzəriyyənin Azərbaycanda formalaşmasını vacıb sayan natiq bu istiqamətdə addımların atılmasını vacib sayıb. Fəlsəfə elmlər doktoru Adil Əsədov hazırda fəlsəfə elminin əsas vəzifələrindən danışarkən azərbaycançılıq ideologiyasının modelləşmə və modernləşdirilməsinin vacib olduğunu söyləyib. Fəlsəfə elmlər doktoru Aydın Əlizadə birinci növbədə xalqın maarifləndirilməsi istiqamətində əsərlər yazılmalı olduğunu deyib: “Alimlər fəlsəfi baxımdan aktual mövzular haqda publisistik yazılar yazmalıdırlar”.
Alim həmkarlarını internetdə və mediada hüquqi və sosioloji problemlərlə bağlı aktual movzulara həsr olunan forumlara qatılmağa, müzakirələrdə aktiv iştirak etməyə çağırıb.
“Səs” qəzetinin baş redaktoru və “Səs” İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev bildirib ki, akademik Ramiz Mehdiyevin PA-nın rəhbəri kimi bu problemləri qaldırması ictimai və humanitar sahədə çox ciddi dəyişikliklərin zəruriliyinə zəmin yaradır: “Buna görə də alimlərimiz qeyd olunan problemlərlə bağlı gərgin iş aparmalıdırlar. Alimlər ictimai və humanitar elmlərin inkişafı üçün bir konsepsiya hazırlamalı və bu konsepsiya təhsil haqqında dövlət proqramının tərkibinə salınmalıdır. Fikrimcə, konsepsiyada alimlərin maddi vəziyyəti, gənc alimlərin yetişdirilməsinə mane olan faktorların aradan qaldırılması yolları və digər faktorlar əksini tapmalıdır. Bu ona görə lazımdır ki, əsərlərinin və ya kitablarının təqdimatı üçün alimlər maddi çətinlik çəkməsinlər”.
Bundan başqa B.Quliyev alimlərin əsərlərinin və kitabların təqdimatının geniş auditoriyalarda keçirilməsini də təklif edib.
Sonda institutun direktor müavini, hüquq elməri doktoru Bəhram Zahidov “dəyirmi masa”da səslənmiş fikirlərin və təkliflərin toplanacağını və akademik Ramiz Mehdiyevin məqaləsində qeyd olunan iradların aradan qaldırılması üçün istifadə olunacağını söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

