Dağlıq Qarabağ danışıqları ətrafında yeni situasiya...
27.02.2010 [21:44]
Son dövrlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda aktivlik müşahidə olunmaqdadır. Bu daha çox beynəlxalq ictimaiyyətin münaqişənin həllinə əvvəlkindən ciddi şəkildə yanaşmasında özünü göstərir. Avropanın böyük və güclü dövlətlərindən biri olan İtaliyanın ilk dəfə olaraq, yüksək səviyyədə Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirməsi bunun bariz göstəricisidir. Yeri gəlmişkən, qeyd edək ki, İtaliya Senatının qəbul etdiyi sənəddə Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət yetirilir. Bölgənin Avropa ilə Mərkəzi Asiya arasında mühüm geosiyasi vəziyyətini nəzərə alaraq, problemin həllinə beynəlxalq hüquq normaları çərçivəsində həssaslıqla yanaşmağın vacibliyi vurğulanır. Senat Yeni Avropa üçün Paris Xartiyasında da öz əksini tapan sərhədlərin toxunulmazlığı prinsipinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyir. Qətnamədə bütöv bir regionun inkişafına böyük maneçilik törədən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin Avropa məkanı üçün əhəmiyyətli olduğuna diqqət yetirilir. Sənəddə İtaliya hökumətinə tapşırılır ki, Dağlıq Qarabağ probleminin həllində ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasını dəstəkləsin, ölkələrin ərazi bütövlüyü prinsipinə əsaslanan sülh və sabitləşmə prosesinə yardım etsin, BMT-nin Təhlükəsizlik Şurasının, ATƏT-in və Avropa Şurasının münaqişə ilə bağlı bütün qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsi və problemin həlli məsələlərində iştirak etsin. Qətnamədə İtaliya Senatının Dağlıq Qarabağ münaqişəsinin həllində, ümumiyyətlə Cənubi Qafqazda sülhün bərqərar olunmasında ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verdiyi öz əksini tapıb.
Təbii ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın bir nömrəli problemi olduğunu nəzərə alsaq, həm bu, həm də danışıqlar prosesi ilə bağlı digər məsələlərin də cəmiyyətimiz tərəfindən maraqla izlənildiyini söyləyə bilərik. Odur ki, bütün bu məsələləri siyasi ekspertlərlə müzakirə etdik.
İtaliya Senatının qərarı ölkə ictimaiyyətinin əhval-ruhiyyəsini ifadə edir
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili, politoloq Aydın Mirzəzadə hesab edir ki, İtaliya Senatının belə bir çağırışının olması çox maraqlıdır və təqdir olunmalıdır: “Sirr deyil ki, İtaliya bu günə qədər Dağlıq Qarabağ məsələsində hər hansı formada iştirakını ortaya qoyub. Münaqişə ilə bağlı tərəflərin razılığa gəlməsi mövqeyini daha çox dəstəkləyib. Həmin sənəddə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığının vacibliyi qeyd olunur. Hesab edirəm ki, bu, bütövlükdə götürəndə İtaliya cəmiyyətinin məsələnin artıq mahiyyətinə varması ilə bağlıdır. Baxmayaraq ki, İtaliyada erməni təbliğatı güclüdür, tarixən orada erməni icması yaşayıb və onlar italyan ictimai fikrinə müəyyən qədər təsir imkanlarına malikdirlər, İtaliya Dağlıq Qarabağ münaqişəsinin həm Cənubi Qafqaz regionunun, həm də dünyanın çox ağrılı problemi olmasının fərqinə varır. çünki dünyanın nəbzi artıq bu regionda döyünür. Avropanın enerji təhlükəsizliyinin əsas arterial damarları bu gün Cənubi Qafqazdan keçir. Azərbaycan, bir dövlət kimi, bu gün dünyanın marağını kəsb etməyə başlayıb. Ermənistanın isə qonşu dövlətlərin torpaqlarına iddia etməsi dünyanın siyasi konyukturasına ziddir. Həmçinin, Ermənistanın məntiqi ilə yanaşdıqda dünyanın siyasi xəritəsi yenidən qurulmalıdır. çünki tarixən hansısa ölkənin tərkibində milli azlıqlar yaşayıb, kimlərinsə tarixən iddiası var, bu gün onları canlandırmaq tarixi gerçəkliyi geriyə döndərmək olar. Mən ona görə də, İtaliya Senatının çağırışını prinsipcə, İtaliya cəmiyyətinin əhval-ruhiyyəsi kimi qəbul edirəm”.
Politoloq Rasim Musabəyov də Senatın bu addımını yüksək qiymətləndirir və örnək hesab edir.
Fransanı Avropa ittifaqını əvəz edə bilərmi?
Uzun müddətdir davam edən danışıqların hələ ki, bir nəticə verməməsi bir sıra yeni təkliflərin gündəmə gəlməsinə şərait yaradıb. Məsələn, ATƏT-in sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev münaqişənin həllinə dair “Yol xəritəsi”nin hazırlana biləcəyini söyləyib. Səsləndirilən təkliflərdən biri də həmsədrlərin formatının dəyişdirilməsi, daha dəqiq desək, münaqişənin həllinə töhfə verəcək daha güclü tərəflərin prosesə qoşulmasından ibarətdir. O cümlədən, bir sıra siyasi dairələr ATƏT-in Minsk qrupunun tərkibində Fransanın Avropa İttifaqı ilə əvəzlənməsi məsələsini də irəli sürürlər. Ekspertlərin bu məsələyə baxışı isə heç də birmənalı deyil. Aydın Mirzəzadə hesab edir ki, burada söhbət ümumi şəkildə həmsədrliyin dəyişdirilməsindən getmir. Məqsəd problemə təsir edən ölkələrin diqqətinin regiona yönəlməsidir. Onun sözlərinə görə, bu gün həmsədrlərin birinin başqa bir dövlətlə əvəzlənməsi çıxdaş edilən ölkənin nüfuzundan məhrumolması deməkdir: “Hamı etiraf edir ki, ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ probleminin həllinə təsir etmək imkanları kifayət qədər genişdir. Bəli, bu ölkələrin müəyyən dairələrində Ermənistan dövlətinə, erməni xalqına məhəbbəti var. Müəyyən məsələlərdə biz onların birtərəfli mövqe tutduğunu görürük. Ancaq biz bu formatla həmin ölkələrin üzərinə Dağlıq Qarabağ münaqişəsinin həllinin məsuliyyətini qoyuruq. Həmin ölkələrdən problemin həllində öz nüfuzlarından istifadə etməsini təkidlə xahiş edirik və bunun nəticəsində də Dağlıq Qarabağ məsələsi dünyanın siyasi gündəminin ön planındadır. Dağlıq Qarabağ problemi kimi dünyanın onlarla problemi var. Məsələn, Böyük Britaniya ilə Argentina arasında Folkmen adaları, Hindistanla Pakistan arasında Kəşmir vilayəti uğrunda, Kosovo məsələsi və bu kimi digər problemlərin heç biri dünyanın gündəmində deyil. çünki bu məsələnin həllinə birtərəfli yanaşılıb, problem emosiyalarla həll olunmağa çalışılıb. Fransanın yerinə Avropa İttifaqının həmsədr qismində çıxış etməsi təklifi ilk baxışdan rasional görünə bilər. Amma nəzərə almaq lazımdır ki, Avropa İttifaqı dövlət deyil. Bu, iqtisadi təşkilat olmaqla yanaşı, indiyədək siyasi məsələlərə, ərazi münaqişəsinə qarışmayıb. Hesab edirəm ki, Avropa İttifaqının özü də bu təklifə razılığını verməz. Ancaq BMT Təhlükəsizlik Şurasının 5 üzvündən 3-nün diqqətini sırf bu məsələyə yönəltməsi Azərbaycan diplomatiyası üçün uğurlardan biri sayıla bilər. Təbii ki, biz də başa düşürük ki, Dağlıq Qarabağ probleminin həlli çox uzanıb. Amma həll görünür. Artıq Rusiyanın prezidenti Azərbaycan və Ermənistanın dövlət başçılarının görüşündə şəxsən iştirak edir, problemin həlli ilə bağlı yekun sənəd üzərində ciddi iş gedir. Bu baxımdan hesab edirəm ki, mövcud formatın dəyişdirilməsinə ehtiyac yoxdur. Sadəcə olaraq formatın resurslarından daha çox istifadə etmək lazımdır”.
Politoloq Rasim Musabəyov isə bu təklifə daha sərt reaksiya verib. Onun sözlərinə görə, danışıqların bu mərhələsində belə təşəbbüslərin gündəmə gəlməsi təqdir olunmur: “Bilirsiniz ki, hazırda Madrid prinsipləri üzrə 4 ildir davam edən danışıqların finiş xəttinə çatmaqdayıq. Bütün dünya ictimaiyyəti, o cümlədən, Azərbaycanın danışıqlardan konkret nəticələr gözlədiyi bir vaxtda həmsədrlərin dəyişdirilməsi, yeni “yol xəritəsi”nin hazırlanması kimi təşəbbüslər müsbət heç nə vəd etmir. Əksinə, bu, prosesin təzədən sıfırdan başlaması anlamına gələr. Format dəyişdirilməsi, “yol xəritəsi”nin hazırlanması danışıqlara giriş deməkdir. Danışıqlar isə giriş nöqtəsini çoxdan keçib. Bəs neçə ildir davam edən danışıqlar nə olacaq? Bunun üzərindən xətt çəkib, təzədən 15 il danışıq aparılmalıdır? Bunu qeyri-mümkün hesab edirəm. Əgər Avropa İttifaqı bu məsələyə töhfə vermək istəyirsə, münaqişə ilə bağlı hansısa yüksək vəzifəli nümayəndə təyin etsin, danışıqlara paralel olaraq, bu məsələ ilə məşğul olsun. Bunun üçün format dəyişdirməyə lüzum yoxdur”.
Ermənilərin “yox” deməyə cəsarəti, “hə” deməyə isə gücü çatmır
Diqqətçəkən başqa bir məqam isə Ermənistanın tərəflərə təqdim olunan Madrid prinsiplərinin yenilənmiş variantı ilə bağlı mövqe bildirməkdən çəkinməsidir. Bu günə qədər danışıqların erməni xalqının maraqlarına uyğun şəkildə aparıldığını və Dağlıq Qarabağa müstəqillik veriləcəyini söyləyən İrəvan rəhbərliyi niyəsə, təkliflərə cavab verməyə tələsmir. Təbii ki, bu da müxtəlif suallar ortaya çıxarır. Məsələn, doğrudan da bu təkliflər Dağlıq Qarabağa müstəqillik verilməsini özündə ehtiva edirsə, onda İrəvan niyə narahat olur, niyə yeni prinsipləri dəstəklədiyini bəyan etmir? Əksinə, əgər İrəvanın maraqlarına ziddirsə, niyə cəsarət göstərib təkliflərdən imtina etmir?
Aydın Mirzəzadənin bu suallara cavabı birmənalıdır: “Son durum bir daha göstərir ki, Ermənistanın danışıqların Dağlıq Qarabağa müstəqillik verilməsi istiqamətində getdiyinə dair bəyanatları yalandır. Aydın olur ki, İrəvan hakimiyyəti həm beynəlxalq ictimaiyyəti, həm də erməni cəmiyyətini yanlış məlumatlandırır. Əgər danışıqların axarı onların istədikləri kimi idisə, son variant da onların istəklərinə cavab verməli idi və onlar da buna tez razılıq verməli idilər. Digər tərəfdən, Ermənistanın məsələyə bu cür yanaşacağı gözlənilən idi. çünki İrəvan münaqişənin həlli ilə bağlı təkliflərə həmişə “yox” deyib. Maraqlıdır ki, heç vaxt “yox”u sərt formada və qısa müddətdə deməyib. Ona görə də, sülhün imzalanmamasının əsas günahkarı Ermənistandır. Bu dəfə isə yekun sənədə mövqe bildirməyə çətinlik çəkir, çünki Ermənistan çıxılmaz vəziyyətə düşüb. Bütün dünyanın dəstəklədiyi təkliflərə, formata “yox” demək İrəvanı dünya ictimaiyyəti ilə qarşı-qarşıya qoyucaq. Bu səbəbdən də problemin həllinin uzatmağa çalışır. Amma yenə yanılır. çünki həlsizlik müddətinin uzanması Ermənistanın əleyhinə işləyir. Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca Ermənistanda bütün sahələrdə böhran daha da dərinləşəcək. İrəvan bütün hallarda verilən təkliflərlə razılaşmalıdır və mənə elə gəlir ki, razılaşacaq”.
Rasim Musabəyov isə hesab edir ki, ermənilər artıq dalana dirənib: “Artıq beynəlxalq ictimaiyyət danışıqların nəticəsiz başa çatmasının səbəbinin ermənilərin qeyri-konstruktiv mövqeyi, qeyri-ciddi yanaşması olduğunu dərk etməlidir. Ermənilər nə üçün Madrid prinsiplərinin yenilənmiş variantına münasibət bildirmir? çünki Ermənistanın “yox” deməyə cəsarəti, “hə” deməyə isə gücü çatmır. Ona görə də, formatın dəyişdirilməsini onlar istəyirlər. Danışıqların yeni formatla təzədən başlamasında Ermənistan maraqlıdır. Bu da əbəs yerə deyil. Onlar çətin seçim etməkdənsə, danışıqların uzanmasına çalışırlar. Bu isə bizim maraqlarımıza cavab vermir”.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30

