/ / Dövlətin diqqət və qayğısı Ali Məhkəmədə baxılan işlərin keyfiyyətinin yaxşılaşdırılmasına şərait yaradıb
Dövlətin diqqət və qayğısı Ali Məhkəmədə baxılan işlərin keyfiyyətinin yaxşılaşdırılmasına şərait yaradıb
03.03.2010 [10:38]
Dünən Ali Məhkəmənin sədri Ramiz Rzayev 2009-cu ilin yekunları haqqında mətbuat konfransı keçirib. O, ilk olaraq vurğulayıb ki, ötən il ölkəmizdə bütün sahələri əhatə edən inkişaf məhkəmə-hüquq sahəsində də davam etdirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanına uyğun olaraq, Ali Məhkəmədə informasiya texnologiyaları şöbəsi yaradılıb, maddi-texniki baza möhkəmləndirilib. Dövlət qayğısı Ali Məhkəmədə baxılan işlərin keyfiyyətinin yaxşılaşdırılmasına da şərait yaradıb. Əvvəlki illərlə müqayisədə 2009-ci il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib. Ali Məhkəmənin sədri, eyni zamanda, qanunun aliliyinin və məhkəmə hakimiyyətində şəffaflığın təmin olunması, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində məhkəmələrin qarşısında duran vəzifələrdən danışıb.
Daha sonra Ali Məhkəmədə baxılan işlər haqqında da danışan R.Rzayevin sözlərinə görə, mülki işlər üzrə məhkəmə kollegiyasında və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 2009-cu ildə baxılmış işlər və daxil olmuş müraciətlər 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə artıb. Mülki işlər üzrə məhkəmə kollegiyasında 14,6 faiz, iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 28,9 faiz artım müşahidə olunub. Cinayət işləri üzrə məhkəmə kollegiyasında isə 7,7 faiz, hərbi işlər üzrə məhkəmə kollegiyasında 13,1 faiz azalma olub. ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 10,8 faiz artıb: “Əgər 2008-ci ildə Ali Məhkəmədə cəmi 4 min 388 işə baxılmışdısa, 2009-ci ildə 4 min 862 işə baxılıb. Bu da 2008-ci ildə baxılmış işlərlə müqayisədə 474 (10,8 faiz) iş çoxdur. Həmçinin, 2009-ci ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılıb. Ali Məhkəməyə edilən müraciətlərdə azalma müşahidə olunub. 2008-ci ildə Ali Məhkəməyə 22 min 320 müraciət edilmişdisə, 2009-ci ildə 21 min 162 müraciət edilib ki, bu da 1158 (5,1 faiz) müraciət azdır. Əlavə kassasiya şikayəti ilə bağlı müraciətlər isə 4,9 faiz azalıb”.
Ali Məhkəmənin beynəlxalq əlaqələrinin genişləndirilməsi üçün də bir sıra tədbirlərin həyata keçirildiyini, qarşılıqlı səfərlərin reallaşdığını söyləyən R.Rzayev əlavə edib ki, bəzi hakimlərimiz beynəlxalq seminarlarda iştirak ediblər.
Ali Məhkəmənin işini şəffaf şəkildə həyata keçirdiyini söyləyən Ramiz Rzayevin sözlərinə görə, görülən işlər və qəbul olunan qərarlar haqqında ictimaiyyətə mütəmadi şəkildə KİV vasitəsilə məlumat verilir: “Bu gün bizim əsas məsələlərdən biri ədalət mühakiməsində məhkəmələrin müstəqilliyi məsələsidir. Bütün dünyada, beynəlxalq səviyyələrdə keçirilən seminarlarda da bu məsələ ortaya gəlir. Azərbaycanda məhkəmə və hakimlərin müstəqilliyinin təmin edilməsi üçün dövlət tərəfindən bütün məsələlər həll olunub, qanunvericilik bazası hakimlərin və məhkəmələrin müstəqilliyini tam təmin edir. Ən müasir, Avropa standartlarına cavab verən qanunvericilik mövcuddur. Amma əsas məsələ hakimlərin özlərindən asılıdır. Qanunlardan da başqa, hakimlər özləri daxilən müstəqil olmalıdırlar və müstəqil qərar qəbul etməkdən çəkinməməlidirlər. Bu çox vacib bir məsələdir, çünki müstəqil məhkəmə hakimiyyəti olmadan hüquqi dövlətdən söhbət gedə bilməz. Ona görə də, əsas məsələlərdən biri hakimlərimizin müstəqilliyinin inkişaf etdirilməsidir. Biz açıq bir qurumuq, sualları soruşun, yazın, tənqid edin. Amma haqqı və düzü yazın. Bəzən yalan yazılara rast gəlirik, bizi ağır cinayətlərdə ittiham edirlər. Bu məsələlərə son qoymaq üçün kifayət qədər qanuni əsaslarımız var. Əgər hansısa hakim ağır bir cinayətdə ittiham edilirsə, biz müraciət edib o insanları cinayət məsuliyyətinə cəlb edə bilərik. Kimsə narazı qala bilər, tənqid edə bilər, amma ağır cinayətdə ittiham etmək üçün onu dilə gətirən adam məsuliyyət daşıyır”.
Sədr daxil olan şikayətlərin Ali Məhkəmənin Plenumuna çıxarılmasına qoyulan ayrı-seçkilik barədə ittihamlara da münasibət bildirib: “Bəzi dırnaqarası hüquqşünaslar belə bir fikir yaradırlar ki, Ali Məhkəmənin sədri istədiyi işi plenuma çıxarır, istəmədiyini yox. Belə bir şey yoxdur. Ali Məhkəmənin plenumunda İnsan Hüquqları üzrə Avropa Məhkəməsində ləğv olunmuş işlərə, Konstitusiya Məhkəməsinin konstitusion hüquqların pozulması ilə bağlı işlərinə və yeni açılmış hallarla bağlı müzakirələr aparılır. Bu hallar olmayandan sonra biz hər hansı məsələni plenuma çıxara bilmirik”.
İcra olunmayan qərarlarla bağlı da məlumat verən Ali Məhkəmənin sədri əvvəllər yerli məhkəmələrin qərarlarının icrası ilə bağlı müəyyən problemlərin yarandığını söyləsə də, hazırda əksəriyyət qərarların tam icra olunduğunu vurğulayıb: “Ədliyyə Nazirliyi qəbul olunmuş qərarların icrasının gecikməsi hallarının aradan qaldırılması üçün Baş nazirə müraciət etdi. Ondan sonra bu iş ciddi şəkildə diqqətə alındı və böyük dəyişiklik oldu, icra olunmayan qərarların böyük hissəsi qısa müddətdə icra edildi. Bizim üçün problemli olan məsələ yalnız məcburi köçkünlərlə, onların yaşadıqları yerlərdən çıxarılması ilə bağlı qərarların icrasıdır”.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11

