Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Akademik A.Akmataliyev: Azərbaycan regionun ən güclü dövlətidir

Akademik A.Akmataliyev: Azərbaycan regionun ən güclü dövlətidir

03.03.2010 [10:39]

Qırğızıstan Elmlər Akademiyasının akademiki Abdıldacan Akmataliyev Azərbaycanda aparılan sosial-iqtisadi inkişafından danışaraq AzərTAc-ın müxbirinə müsahibəsində deyib ki, bu bir reallıqdır və hazırda Azərbaycan regionun ən güclü dövlətidir: “Dünya şöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi islahatları Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan xalqı bunun bəhrəsini artıq görür. Türk dünyasının böyük dostu Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalanmasına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail oldu, Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən qurtardı. Bütün bunlar bu qüdrətli siyasi şəxsiyyətin gördüyü işlərin tam siyahısı deyildir. Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin başa çatdırılmasına nail oldu. Bakı-Tbilisi-Qars dəmir yolu xəttində işlər sürətlə gedir. Şaxələndirilmiş boru kəmərləri şəbəkəsinin yaradılması istiqamətində işlər davam etdirilir. Daxili siyasət də uğurla həyata keçirilir, xalqın həyat səviyyəsi günbəgün yüksəlir, maaşlar, pensiyalar artırılır, Azərbaycan öz simasını dəyişir, Bakı gözəlləşir, yeni zavod və fabriklər tikilir. Təbii ki, bunlar yeni iş yerlərinin açılması deməkdir”.
Maliyyə-iqtisadi böhrandan danışan Abdıldacan Akmataliyev deyib ki, Azərbaycan bu böhandan da minimum itkilərlə çıxıb: “ötən il Azərbaycanda inflyasiyanın həcmi 1,5 faiz olub ki, bu da iqtisadi islahatların düzgün aparılmasından xəbər verir. Bütün dünyanı maliyyə böhranı bürüdüyü halda ötən il Azərbaycan iqtisadiyyatına 9,2 milyard dollar məbləğində sərmayə qoyulub ki, bunun da 7,3 milyard dolları daxili investisiyalardır. Artıq Azərbaycanın maliyyə ehtiyatları 20 milyard dolları keçmişdir. Bu, çox şeydən xəbər verir. Söhbətimin sonunda ölkədə ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini arzu edirəm”.

Paylaş:
Baxılıb: 1008 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30