Bakıda "Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə" mövzusunda konfrans keçirilib
13.03.2010 [12:23]
Dünən Bakıda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupun və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə” mövzusunda beynəlxalq konfrans keçirilib. Avropa Şurası, ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatların təmsilçilərinin, ABŞ, Avropa və MDB-dən olan ekspertlərin, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, dövlət rəsmilərinin, Milli Məclisin deputatlarının və jurnalistlərin iştirak etdikləri konfransda mətbuatın hazırkı vəziyyəti, söz azadlığı sahəsində problemlər və onların həlli yolları, eyni zamanda, milli və beynəlxalq təcrübə müzakirə olunub.
Konfransı açan İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupun üzvü, Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan-Pol Murman tədbirin Azərbaycanda medianın inkişafı baxımından əhəmiyyətli olacağını bildirib. Konfransda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev “Azərbaycanın strateji, coğrafi vəziyyəti və müasir sosial, iqtisadi, mədəni inkişafı kontekstində media” mövzusunda çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra ölkəmizdə əldə edilmiş nailiyyətlər demokratik təsisatların, xüsusilə də medianın inkişafına böyük töhfələr verib. Məhz ümummilli liderimizin səyi nəticəsində Azərbaycanda 1998-ci ildə senzuranın ləğv edilməsi demokratiyanın, aşkarlığın inkişafına, KİV-in sərbəst fəaliyyətinə güclü təkan olub. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında”, 2005-ci ildə isə “İnformasiya əldə etmək haqqında” qanunların qəbul edilməsi KİV-in hərtərəfli inkişafına təminat yaradıb. KİV-in kəmiyyətinə görə bu gün Azərbaycan MDB ölkələri arasında lider mövqelərdən birini tutur.
Natiq vurğulayıb ki, ölkədə fikir, söz və məlumat azadlığının daha da inkişaf etdirilməsi məqsədi ilə 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” təsdiq edilib. Konsepsiyaya uyğun olaraq, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.
Beynəlxalq konfransda “Azərbaycanda mətbuat: problemlər və onların həlli yolları” mövzusunda çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, ölkəmiz Avropa Şurasına üzv qəbul olunduqdan sonra media sahəsində də üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirir. Azərbaycanda hər bir şəxs asanlıqla istənilən kütləvi informasiya vasitəsi təsis etmək və öz fikirlərini sərbəst şəkildə ictimaiyyətə çatdırmaq hüququna malikdir. Ə.Amaşov mətbuatın əsas problemi kimi onun iqtisadi dayaqlarının zəifliyini və reklam bazarının yoxluğunu göstərib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov “Azərbaycanda mətbuat azadlığının təkmilləşdirilməsi üzrə yeni qanunvericilik təşəbbüsləri” mövzusunda çıxış edərək deyib ki, Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələri ölkədə mətbuat azadlığı sahəsində beynəlxalq standartların praktikada tətbiq edilməsinə imkan yaradır. Mətbuat azadlığı və informasiya əldə etmək hüququ ilə bağlı qanunvericilik beynəlxalq standartlara cavab verir. Natiq vurğulayıb ki, Azərbaycan Konstitusiyasına edilmiş son əlavələr və dəyişikliklərin bir hissəsi məhz ölkəmizdə mətbuat azadlığının daha da inkişaf etdirilməsini nəzərdə tutur.
Digər çıxış edənlər - ispaniyalı senator Manuel Altava Laval, Belçikada fransızdilli RTBF kanalının proqram direktoru Roje Cerard, ABŞ-ın “Cavarocchi Ruscio Dennis” Assosiasiyasının birinci vitse-prezidenti Mark Vith təmsil etdikləri ölkələrdə medianın hazırkı durumundan və bu sahədə mövcud problemlərdən danışıblar.
Medianın inkişaf məsələsinin demokratik dövlətlərdə başlıca vəzifələrdən biri olduğunu vurğulayan natiqlər Azərbaycanda bu sahədə əldə edilmiş uğurları yüksək qiymətləndiriblər.
Konfransın sonunda qətnamə qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

