Azərbaycanın milli təhlükəsizlik orqanlarının 91-ci ildönümünə həsr olunmuş mərasim keçirilib
31.03.2010 [10:47]
Dünən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Mədəniyyət Mərkəzində Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ilə əlaqədar təntənəli mərasim keçirilib. Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov mərasimdə çıxış edərək milli təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini, Ulu öndər Heydər Əliyevin şərəfli məktəbinin davamçılarını peşə bayramı münasibətilə təbrik edib.
Nazir qeyd edib ki, ötən 2009-cu il bir çox mühüm hadisələrlə və milli təhlükəsizlik orqanlarının 90 illik yubileyinin təntənəli surətdə qeyd edilməsi ilə əlamətdar olub, yubiley ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir sıra tədbirlərdə iştirakı Milli Təhlükəsizlik Nazirliyinin tarixinə şanlı səhifələr kimi yazılıb.
Azərbaycanın sürətli inkişafının və uğurlarının rəqib və düşmən dövlətləri narahat etdiyini diqqətə çatdıran nazir bildirib ki, bu baxımdan, regiondakı maraqlarının təminatında Azərbaycanı özlərinə başlıca əngəl kimi görənlər də var, lakin dövlətimizin başçısının dediyi kimi, “Bu bizim problem deyildir. Bizim problemimiz öz milli maraqlarımızı müdafiə və Azərbaycan xalqının təhlükəsizliyini təmin etməkdir”.
Nazir xüsusi vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən aparılan fəal hüquq mühafizə siyasəti nəticəsində Azərbaycanda sabitlik və təhlükəsizlik qorunub saxlanılır və daha da möhkəmlənir.
Milli təhlükəsizlik orqanlarının ötən il də qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəldiyi vurğulanmış, nazirliyin fəaliyyətinin istiqamətləri üzrə əldə edilmiş nəticələr barədə ətraflı məlumat verilib.
Bildirilib ki, nazirliyin başlıca iş istiqamətlərindən olan kəşfiyyat fəaliyyətində ötən il düşmən və rəqib dövlətlərin Azərbaycanın maraq və mənafelərinə zidd niyyətlərinin qarşısının alınması məqsədilə adekvat tədbirlər, əməliyyat və informasiya təminatı xeyli artırılıb.
Əks-kəşfiyyat fəaliyyəti istiqamətində işlərin xeyli fəallaşdığını qeyd edən nazir, milli maraqların təmin olunması üçün bütün sahələrdə vəziyyətin nəzarətdə saxlanıldığını bildirib. Vurğulanıb ki, təhlükəsizliyin etibarlı təminatı işi aidiyyəti dövlət orqanları və tərəfdaş ölkələrin müvafiq strukturları ilə əlaqəli şəkildə aparılır. Belə yanaşma xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində tədbirlərin səmərəsini daha da artırır. ötən il xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olan 25 nəfər zərərsizləşdirilib, onlardan 17 nəfəri barədə məhkəmə hökm çıxarıb.
Milli təhlükəsizlik orqanlarının fəaliyyətində Ermənistan xəttinin bütün istiqamətlər üzrə prioritet sayıldığı, düşmən ölkənin Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi təhdid mənbəyi olaraq qalması, strateji əhəmiyyətli beynəlxalq layihələrə qarşı fəaliyyətinin daim izlənildiyi diqqətə çatdırılıb.
Terrorçuluğa qarşı mübarizənin ötən il də səmərəli aparıldığını qeyd edən general-leytenant E.Mahmudov bu istiqamətdə görülən ardıcıl tədbirlər nəticəsində respublika ərazisində terror-təxribat aktlarının törədilməsinə hazırlığa, beynəlxalq terror təşkilatları ilə əlaqələrə və qanunsuz silahlı birləşmələrin tərkibində iştiraka, müxtəlif ekstremist-cinayətkar fəaliyyətə görə 84 nəfər barəsində cinayət işlərinin tamamlanaraq məhkəməyə göndərildiyini bildirib. Qeyd olunub ki, MTN tərərfindən zərərsizləşdirilmiş “Meşə qardaşları” adlı silahlı birləşmənin fəal üzvü, 2008-ci ilin avqustunda “Əbu Bəkr” məscidində terrorçuluq hərəkətində iştirak etdiyinə görə axtarışda olan və xaricdə gizləndiyi müəyyən edilmiş Samir Mehdiyev bu günlərdə tutularaq istintaqa təhvil verilib.
Nazir qətiyyətlə bəyan edib ki, cəmiyyət və dövlətçilik əleyhinə cinayət törətmiş hər bir şəxs harada gizlənməsindən asılı olmayaraq, gec-tez tutulub ədalət mühakiməsinə veriləcək.
Mütəşəkkil transmilli cinayətkarlıq və onunla mübarizənin bütün dünya ölkələri, o cümlədən əlverişli geostrateji mövqeyə malik və dinamik inkişaf edən Azərbaycan üçün də çox aktual olduğu, nazirlikdə energetika və nəqliyyatda təhlükəsizlik, narkotiklərin qaçaqmalçılığı, qeyri-leqal miqrasiya, insan ticarəti, “çirkli pulların yuyulması”, kibercinayətlər və mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə sahəsində də işlərin uğurla davam etdirildiyi vurğulanıb.
Bildirilib ki, ötən il narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 transmilli mütəşəkkil cinayətkar dəstə və qrupun, həmçinin ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısı alınıb, ümumilikdə 1 ton 142 kiloqram narkotik vasitə götürülüb, 17-si xarici ölkə vətəndaşı olmaqla, 114 nəfər istintaqa cəlb edilib.
Silah və hərbi ləvazimatların qanunsuz dövriyyəsinə, bunların və digər strateji təyinatlı malların qaçaqmalçılığına, saxta sənədlərin hazırlanmasına və istifadəsinə görə 10-u xarici ölkə vətəndaşı olmaqla 62 nəfər saxlanılıb, faktlar əsasında cinayət işləri başlanıb.
Ermənistana qarşı informasiya mübarizəsi sahəsində son vaxtlar əldə edilən nailiyyətlər barədə məlumat verən nazir qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində ölkə rəhbərinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin prioritet istiqamətidir. Bu sahədə Əsir, itkin düşmüş və girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının apardığı işlər də xüsusi qeyd edilib.
Vurğulanıb ki, erməni terrorunun ifşasına, münaqişənin tarixi, siyasi və hüquqi aspektlərinə, Ermənistanın təcavüzkar dövlət kimi tanıdılmasına xidmət edən 30 mindən artıq material, o cümlədən kitablar, filmlər və disklər, habelə tanınmış alim və politoloqların yazdığı əsərlər xarici dillərə tərcümə olunaraq geniş coğrafiyada yayılıb.
Tərəfdaş dövlətlərin müvafiq orqanları ilə əlaqələrin qurulmasına MTN tərəfindən xüsusi önəm verildiyi, hazırda nazirliyin onlarla xüsusi xidmət orqanı ilə əməkdaşlıq əlaqələri saxladığı, həmçinin bir sıra beynəlxalq strukturlarla işgüzar münasibətlərin mövcudluğu diqqətə çatdırılıb.
Kadr hazırlığı məsələsində Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının fəaliyyətini xüsusi qeyd edən general-leytenant E.Mahmudov gələcək əməkdaşların burada yüksək bilik səviyyəsi əldə etdiyini, onlara müasir texniki vasitələrlə işləmək bacarığının aşılandığını vurğulayıb. Bildirilib ki, akademiyada yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün təlim-tədrisin, xidmət və istirahət şəraitinin müasir tələblər səviyyəsində təşkili diqqət mərkəzindədir. Akademiyada inşa olunmuş İdman-Sağlamlıq Kompleksi də bu məqsədə xidmət edir.
Nazirliyin fəaliyyətinin səmərəli qurulması üçün digər hüquq mühafizə orqanları ilə birgə işə ciddi önəm verildiyi, bu yöndə işlərin dövlətimizin başçısının rəhbərliyi ilə vahid hüquq mühafizə siyasəti çərçivəsində reallaşdırıldığı xüsusi qeyd edilib.
Bildirilib ki, peşə bayramı ərəfəsində Prezident İlham Əliyevin sərəncamları ilə nazirliyin bir qrup əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsi və ali zabit rütbələrinin verilməsi dövlətimizin başçısı tərəfindən nazirliyin fəaliyyətinin növbəti dəfə yüksək qiymətləndirilməsi deməkdir. Nazirliyin bütün əməkdaşları adından Prezident, Ali Baş Komandan İlham Əliyevə yüksək diqqət və qayğısına görə dərin minnətdarlıq edən general-leytenant E.Mahmudov dövlətimizin başçısını əmin edib ki, görünməz cəbhənin döyüşçüləri bundan sonra da dövlətçiliyimizin və müstəqilliyimizin keşiyində ayıq-sayıq dayanacaqlar.
Yığıncaqda Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, təhlükəsizlik orqanlarının veteranı Nazim Məmmədov təbrik sözü söyləyib, dövlətçiliyimizin və milli maraqlarımızın təhlükəsizliyinin təmin olunmasında MTN-in rolunu yüksək qiymətləndiriblər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunub.
Mərasimdə MTN əməkdaşlarına ali hərbi rütbələrin və təltiflərin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 29 mart tarixli sərəncamları elan olunub. Bu, şəxsi heyət tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun əmri ilə mükafatlandırılmış daha bir qrup əməkdaşa medallar, təhlükəsizlik orqanlarının veteranlarına isə qiymətli hədiyyələr təqdim edilib.
Tədbirin sonunda MTN-in fəaliyyəti ilə əlaqədar sənədli film nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39

