Azərbaycan Prezidenti Administrasiyasının nümayəndə heyəti Ankarada səfərdədir
01.04.2010 [08:49]
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfərə gəlib.
Ankaranın Esenboğa hava limanında nümayəndə heyətini Türkiyə Prezidenti katibliyinin baş katibi Mustafa İsen, Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov qarşılayıblar.
Azərbaycanın nümayəndə heyəti Anıtqəbirə gəlib. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün mavzoleyinə əklil qoyulub. Sonra Ramiz Mehdiyev fəxri qonaqlar kitabına ürək sözlərini yazdı və Anıtqəbirdəki muzeylə tanış olub.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti əvvəlcə Türkiyə Milli Təhlükəsizlik Şurasında qurumun baş katibi Sərdar Kılıç ilə görüşüb. Görüşdə qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonra nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Murad Mərcanla görüşüb. Azərbaycandan gəlmiş hörmətli qonaqları salamlayan Murad Mərcan bildirib ki, Türkiyədə iqtidar və müxalifətdə olmağından asılı olmayaraq, bütün deputatlar qardaş Azərbaycanın problemlərini öz problemləri kimi dəyərləndirirlər.
Ramiz Mehdiyev bildirib ki, bu gün mən öz Vətənimə gəlmişəm və burada öz qardaşlarımla görüşürəm. Ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamının arxasında dərin mahiyyət dayanır. Bu, ilk növbədə türk xalqlarının tarixi keçmişi ilə bağlıdır. Biz həqiqətən bir millətik. Sadəcə, tarixi proseslər iki dövlətin yaranmasına səbəb olmuşdur. Bu gün dövlətlərimiz arasında əlaqələr ən yüksək zirvədədir. Burada qardaşlarımla fikir mübadiləsi aparmaq, söhbət etmək mənə çox xoşdur.
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti daha sonra Ankaradakı Qazi Universitetinə gəlib. Universitetin rektoru Rıza Ayhan qonaqlara bu ali təhsil ocağı barədə ətraflı məlumat verib. Universitetlə tanışlıqdan sonra Ramiz Mehdiyev konfrans zalında “Azərbaycanın müasir vəziyyəti və Azərbaycan-Türkiyə əlaqələri” mövzusunda məruzə edib. Natiq bildirib ki, müstəqil Azərbaycanın dövlət quruculuğu 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlayıb. İqtisadi yüksəlişin təməlini qoyan “Əsrin müaqviləsi” imzalandıqdan sonra ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi güclənib. Ulu öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyev bütün varlığıı ilə öz xalqına xidmət göstərir. Dövlətimizin başçısı bütün ölkə həyatının modernləşməsi, iqtisadi və siyasi sistemin Avropa standartları səviyyəsinə qaldırılması, rəqabətədavamlı innovasiyalı cəmiyyət quruculuğunu prioritet sahələr elan edib. Azərbaycan Cənubi Qafqazın ən dinamik inkişaf edən ölkəsidir və ümumi daxili məhsulun artım həcminə görə dünyada da liderdir. Xarici siyasət isə balanslaşdırılmış təməldə aparılır. Bu siyasətdə qardaş Türkiyənin xüsusi yeri var. Bizim münasibətlərimizin regionda və dünyada analoqu yoxdur. Müstəqilliyinin ilk günlərindən Türkiyənin dəstəyini hiss edən Azərbaycan indi güclənmiş və Türkiyəyə də dəstək olub.
Məruzədən sonra Ramiz Mehdiyev tələbələrin suallarını cavablandırıb. Universitetin rəhbərliyinin adından ona xatirə hədiyyəsi təqdim olunub.
Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti çankaya köşkünə gələrək Türkiyə Prezidenti Katibliyinin iş prinsipi ilə də tanış olub. Qonaqlar Atatürkün evini də gəziblər.
Sonra nümayəndə heyəti Bilkənddə Ali Doğramacı Paşa məscidinə gələrək burada Azərbaycanın böyük dostu, professor İhsan Doğramacının məzarı önünə əklil qoyub. Ramiz Mehdiyev Doğramacı ailəsini də ziyarət edib, onlara başsağlığı verib.
Nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

