Böyük Qayıdış Proqramı hazırdır
10.04.2010 [13:17]
Dünən Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirib. öncə 2009-cu ildə görülən işlər barədə məlumat verən Ə.Həsənov bildirib ki, ötən il məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün 310 milyon manat vəsait ayrılıb. Eyni zamanda, bu məqsədlə ölkə başçısı tərəfindən iki fərman və iki Sərəncam imzalanıb. Bu fərman və sərəncamlardan irəli gələrək Nazirlər Kabineti 14 qərar qəbul edib. Onun sözlərinə görə, ötən il Sabunçu rayonunun Pirşağı qəsəbəsində, Goranboy, Göygöl rayonlarında məcburi köçkünlər üçün yeni qəsəbələr tikilib istifadəyə verilib. Bütövlükdə, 2009-cu il ərzində 1416 ailə, yəni 7 min nəfər yeni mənzillərə köçürülüblər. Bundan əlavə, yeni qəsəbələr inşa etmək üçün İmişli, Şəki, Ağcabədi, Yevlax, Mingəçevir və digər rayonlarda torpaqlar ayrılıb.
Dövlət Komitəsinin sədri vurğulayıb ki, 2010-cu ildə məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üçün 310 milyon manat vəsaitin istifadəsi nəzərdə tutulur. Ə.Həsənov bildirib ki, 310 milyon manatın 203 milyonu dövlət büdcəsinin, 80 milyon manatı isə Dövlət Neft Fondunun vəsaitidir. 27 milyon manatın isə beynəlxalq humanitar təşkilatlar tərəfindən xərclənməsi gözlənilir. Onun sözlərinə görə, bu il ərzində istifadəyə veriləcək obyektlər artıq proqnozlaşdırılıb. Belə ki, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə Sabunçu rayonu Ramana qəsəbəsində 70 mənzildən ibarət beşmərtəbəli bina tikilib və istifadəyə hazırdır. Bundan əlavə, Göranboy rayonu ərazisində 164 mənzildən ibarət 3-5 mərtəbəli bina tikintisi davam etdirilir. Yevlax şəhərində isə 612 ailə üçün bina tikintisi nəzərdə tutulub. Ağdam rayonunun Mamırlı ərazisində 689 ailə üçün torpaq sahəsi ayrılıb. “ötən ilin hesabatı zamanı Prezident İlham Əliyev tapşırıq verdi ki, Bakı şəhərində olan yataqxanalardan da köçürmə prosesinə başlamaq lazımdır. Bu tapşırıqla əlaqədar fəaliyyət göstəririk. Masazır qəsəbəsində torpaq ayrılıb və onun sənədləşməsi prosesi gedir. Yəni müəyyən hissə üçün torpaq problemi öz həllini tapıb. Bu il həmin proses başlayacaq. Ancaq burada bir məsələni nəzərə çatdırmalıyam ki, yataqxanalardan köçürmə deyəndə onların hamısının birdən köçürülməsi nəzərdə tutulmur. Bakı şəhərində 216 min məcburi köçkün yaşayır. Bu, təxminən 47 min ailə deməkdir. Onların bir hissəsi Bakıda mövcud olan 262 yataqxanada yaşayır. Həmin yataqxanaların 70-i Təhsil Nazirliyinə məxsusdur. Yataqxanalarda 8200 ailə, 16 min nəfər yaşayır. İlk növbədə, Təhsil Nazirliyinin yataqxanalarından köçürmələrə başlanacaq. Bu il yataqxanalardan bir və ya ikisində köçürmələr baş tuta bilər” - deyə o, vurğulayıb.
Ə.Həsənov Böyük Qayıdış Proqramının artıq hazır olduğunu da bildirib: “Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh sazişi imzalandıqdan sonra proqramın icrasına başlanacaq”.
Onun sözlərinə görə, Böyük Qayıdış Proqramının hazırlanması prosesi başa çatıb və müxtəlif beynəlxalq təşkilatlar da bu sənədlə tanış olub. Hazırkı mərhələdə isə kiçik qayıdış modeli həyata keçirilir. “Münaqişə həll olunan kimi proqramın icrasına başlanacaq. Bu proses yaxın zamanlarda da baş verə bilər. İşğalçı Ermənistan artıq dalana dirənib. 15-20 ildir bu dövləti himayə edən xarici qüvvələr də ondan bezib. Amma ermənilər hələ də öz xislətindən əl çəkmək istəmir. Doğrudur, hələ də Ermənistanı himayə edən xarici qüvvələr olsa da, münaqişənin həllinə beynəlxalq miqyasda maraqlı olanların sayı artıb” - deyə Baş nazirin müavini vurğulayıb.
Dövlət Komitəsinin sədri onu da deyib ki, məcburi köçkünlər arasında yoxsulluğun həddi 74 faizdən 20-25 faizə qədər azalıb. Onun sözlərinə görə, Azərbaycan hökuməti hər bir məcburi köçkünün problemlərinin həlli üçün ildə 720 dollar vəsait sərf edir. Ə.Həsənovun sözlərinə görə, bu məbləğ dünyada ən yüksək göstəricilərdən biridir. “1993-2009-cu illərdə məcburi köçkünlərin bu və ya digər problemlərinin həlli məqsədilə 2,9 milyard dollar vəsait sərf olunub. Bunun 1,3 milyard dolları dövlət büdcəsindən ayrılıb. 800 milyon manat Dövlət Neft Fondunun hesabından verilib. 800 milyon manat isə beynəlxalq humanitar təşkilatların payına düşür” - deyə komitə sədri əlavə edib. Baş nazirin müavini deyib ki, hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli ilə Azərbaycanda fəaliyyət göstərən 60 beynəlxalq təşkilat məşğul olur. “Məcburi köçkünlərə bu və ya digər şəkildə yardım edən humanitar təşkilatların 40-ı isə yerli təşkilatlardır” - deyə o, vurğulayıb.
Ə.Həsənovun sözlərinə görə, Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sayı 3 700-ə yaxındır. O, bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə bu şəxslərə orta aylıq əməkhaqqı (indeksasiya olunmuş) verilir. “Bəzi şəxslər çox zaman heç harda işləmədən, evində oturub bu pulu almaq istəyir. Biz məcbur etmirik, amma onlara iş yerləri təklif edirik ki, çalışsınlar. Bəziləri iş tapıb çalışır, bəziləri isə bunu istəmir” - deyə Ə.Həsənov qeyd edib. Ə.Həsənov Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri kimi bu mövzuya da aid sualları cavablandırıb. Onun sözlərinə görə, Azərbaycan Əfqanıstan-İran-Dağlıq Qarabağ narkotik tranziti marşrutunun BMT-nin hesabatına salınmasına çalışır. Əfqanıstandan narkotikin Azərbaycana üç marşrut üzrə daxil olduğunu qeyd edən Ə.Həsənov bildirib ki, bunlardan birincisi Əfqanıstan-İran-Azərbaycan, ikincisi Əfqanıstan-Pakistan-İran-Azərbaycan, üçüncüsü isə, Əfqanıstan-Orta Asiya-Türkmənistan-Azərbaycan marşrutudur. “BMT-nin rəsmi sənədlərinə düşməmiş dördüncü marşrut isə Əfqanıstan-İran-Dağlıq Qarabağ xəttidir və biz çalışırıq ki, bu marşrut BMT-nin rəsmi sənədlərinə düşsün. Bu marşrut BMT-nin hesablamalarından kənarda qalır. Həmin narkotik maddələr oradan həm Avropa, həm də MDB ölkələrinə daşınır” - deyə Ə.Həsənov əlavə edib. Baş nazirin müavinin sözlərinə görə, ermənilərin nəzarəti altında olan Dağlıq Qarabağda həm narkotiklərin becərilməsi və tranziti üçün istifadə olunur, həm də terrorçu təşkilatlar hazırlanır: “Azərbaycan tərəfi bu məsələni dəfələrlə qaldırıb. Təəssüflər olsun ki, beynəlxalq qurumlar bu məsələnin həllində aciz qalıb. çox gülünc vəziyyət yaranıb ki, ermənilər Qarabağda monitorinq aparma mandatı olan beynəlxalq qurumları həmin ərazilərə buraxmırlar”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

