Tur-aksiya iştirakçılarını maraqlı ekskursiyalar gözləyir
17.03.2016 [10:08]
Martın 16-da yevlaxlı məktəblilər “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Lənkəran-Lerik-Astara marşrutu üzrə yola düşüblər.
AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.
Rayon icra hakimiyyəti nümayəndələrinin, təhsil işçilərinin və valideynlərin iştirak etdiyi yolasalma mərasimində çıxış edənlər gənclərin dünyagörüşünü zənginləşdirmək, onlara Vətənimizi daha yaxından tanıtmaq məqsədilə keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb, məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr veriblər.
Qrupun rəhbəri, rayon təhsil şöbəsinin məsləhətçisi Məhbubə Hacıyeva AZƏRTAC-a müsahibəsində deyib: “Şagirdlərimiz dörd gün ərzində Lənkəran, Lerik, Astara rayonlarının təbiəti, tarix və mədəniyyət abidələri, digər görməli yerləri ilə yaxından tanış olacaqlar. Hirkan Milli Parkına, Xanbulan gölünə ekskursiya, çay plantasiyaları, sitrus meyvə bağları, tarix-diyarşünaslıq, “Uzun ömürlülər” muzeyləri və digər yerlərlə tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında böyük rol oynayacaq. Bir sözlə, tur-aksiya iştirakçılarını maraqlı ekskursiya gözləyir”.
Yevlax şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Tural Hacıyev tur-aksiyada iştirak etdiyinə görə sevincini belə ifadə edib: “Məktəbdə Vətənimizin tarixi, coğrafiyası, mədəniyyəti ilə bağlı biliklər almışıq. İndi isə cənub zonası ilə bağlı oxuduqlarımı, eşitdiklərimi öz gözlərimlə görəcəyəm. İnanıram ki, səfərimiz maraqlı keçəcək”.
Övladını yola salmağa gələn valideyn İslam Umarov tur-aksiyadan məmnunluğunu bildirərək deyib: “Hər bir valideyn kimi mənim də arzum övladımın bilikli, dünyagörüşlü olmasıdır. Ölkəmizdə uşaqların hərtərəfli inkişafı, təhsil almaları üçün lazımi şərait var. Bu gün isə məktəblilərə Vətəni gəzmək, doğma diyarın hər bir guşəsini tanımaq imkanı yaradılıb. Tur-aksiyanın təşkilatçılarına, xüsusən də gənc nəslə həmişə diqqət və qayğı göstərən Prezidentimizə minnətdaram”.
Mərasimdən sonra tur-aksiyada iştirak edəcək şagirdlər onlar üçün ayrılmış avtobusla Lənkəran-Lerik-Astara marşrutu üzrə yola düşüblər.
Xəbər lenti
Hamısına baxİdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26

