Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nəsimi rayon ictimaiyyətinin nümayəndələri cəbhə bölgəsində xidmət edən əsgərlərlə Novruz bayramını qeyd ediblər

Nəsimi rayon ictimaiyyətinin nümayəndələri cəbhə bölgəsində xidmət edən əsgərlərlə Novruz bayramını qeyd ediblər

18.03.2016 [09:38]

Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın tanınmış incəsənət xadimləri Müdafiə Nazirliyinin Tərtər rayonundakı “N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərlə görüşüblər. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlib, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara bayram sovqatları çatdırıblar.
Hərbi hissədəki əsgər kazarmaları ilə tanışlıqdan sonra şəxsi heyətlə keçirilən təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Novruz bayramı münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb.
Qonaqlar Nəsimi RİH-in hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim ediblər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib, Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsinə və Novruz bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirib, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulayıb. Sonra respublikamızın tanınmış incəsənət ustalarının döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil olunub.

Paylaş:
Baxılıb: 735 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30