“Qarabağın etnosiyasi və mədəni tarixi” üçcildliyinin I cildinin təqdimatı keçirilib
23.07.2016 [10:21]
Dünən Prezident Kitabxanasında “Qarabağın etnosiyasi və mədəni tarixi” üçcildliyinin “Qarabağ Qafqaz Albaniyası dövründə” adlı I cildinin təqdimatı keçirilib. Tədbiri açıq elan edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov təqdim olunan əsər haqqında qısa məlumat verib. Qeyd edilib ki, tədqiqatçı-alim, Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirovun və ukraynalı tədqiqatçı, Ukrayna Milli Yaddaş İnstitutunun əməkdaşı Maksim Mayorovun birgə müəllifi olduqları bu kitab Qarabağın islamaqədərki tarixinə yeni elmi faktlarla işıq salır. Diqqətə çatdırılıb ki, kitabın elmi redaktoru Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Məmməd Əliyevdir.
Həmmüəllif Eldar Əmirov bildirib ki, kitabda erməni mənbələrinin geniş müqayisəli təhlili verilib, erməni iddiaları və təhrifləri elə erməni müəlliflərinin öz dili ilə ifşa edilib, onlar arasında ziddiyyətlər, tarixi uyğunsuzluqlar göstərilib. Əsər bu günə qədər beynəlxalq aləmdə elmi dövriyyəyə buraxılan erməni iddialarına sarsıdıcı zərbə vurur. Kitabda arxiv materiallarından, ilkin mənbələrdən, tanınmış azərbaycanlı, erməni, rus, gürcü, türk və Qərb alimlərinin tədqiqatlarından geniş istifadə edilib.
Diqqətə çatdırılıb ki, ictimaiyyətə təqdim edilən I cild ön sözdən və 4 fəsildən ibarətdir. Ön sözdə müəlliflər çoxsaylı nümunələr əsasında erməni tarixşünaslığının saxtakarlıq ənənələrinə nəzər salıb, oxucular ermənilərin Azərbaycan tarixi ilə yanaşı, digər xalqların - gürcülərin, türklərin, rusların, ukraynalıların mədəni və tarixi irsinə qarşı irəli sürdükləri əsassız iddialarla tanış edilib. I cildin ilk fəslində Qarabağın zəngin arxeoloji irsinə, həmçinin bölgənin tarixi toponimikası ilə bağlı məqamlara toxunulub, əcnəbi oxucuları çaşdıran məqamlara aydınlıq gətirilib. İkinci fəsil özündə Qafqaz Albaniyası, alban etnosu və mədəniyyəti haqqında müxtəsər tarixi məlumatları ehtiva etməkdədir. Tədqiqatın üçüncü fəslində Qarabağ bölgəsinin Qafqaz Albaniyasının siyasi, dini və mədəni tarixində oynadığı mühüm rol oxucuların diqqətinə çatdırılıb. IV fəsildə isə Alban kilsəsinin tarixi taleyi və Qarabağın kilsə tarixindəki yerinə diqqət ayrılıb, ermənilərin bu məsələdə dünya ictimaiyyətini həqiqətlərdən yayındırmaq üçün irəli sürdükləri arqumentlərin əsassızlığı mənbələrin müqayisəli təhlili əsasında oxucuların diqqətinə çatdırılıb.
Bildirilib ki, tədqiqat işi Qarabağla bağlı səhih tarixi faktların daha geniş ictimaiyyətə çatdırılması məqsədilə rus dilində qələmə alınıb, həmçinin müvafiq tarixi xəritələrlə və fototəsvirlərlə zənginləşdirilib. Kitab Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə, “Şuşa qrantı” çərçivəsində dərc olunub. Layihə çərçivəsində kitabın daha iki cildi işıq üzü görəcək. II cilddə VII-XVIII əsrlər, III cilddə isə XVIII-XXI əsrlərdə Qarabağın tarixinin araşdırılması nəzərdə tutulub.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, olduqca dəyərli və mötəbər mənbə olan bu əsərdə erməni iddiaları məhz erməni müəlliflərin dili ilə ifşa edilib, eyni zamanda, gürcü müəlliflərinin, Qərb tədqiqatçılarının və digər alimlərin əsərlərindən səmərəli istifadə olunub: “Tarix mədəni və siyasi aksesuarlarla bəzədildikdə daha maraqlı olur. Bu baxımdan, bəhs olunan kitabda kifayət qədər maraqlı fakt və məsələlərə toxunulub, toponim və etnonimlərin düzgün şərhi verilib. Müqayisəli-tarixi təhlil metodundan olduqca səmərəli istifadə edən müəlliflər ayrı-ayrı tədqiqatçıların əsərlərindən iqtibas və nümunələr verərək öz yanaşmalarını ortaya qoyublar. Rus dilində nəşr edilən bu kitabın Azərbaycan və türk dilinə, o cümlədən digər xarici dillərə tərcümə edilməsi də vacibdir. Bütövlükdə, bu elmi əsər mahiyyəti, məzmunu və tarixi əhəmiyyətinə görə yüksək qiymətləndirilməlidir”.
Milli Məclisin deputatı, Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı isə deyib ki, bu əsər erməni iddialarına tutarlı cavabdır. “Əsərdə Qafqaz Albaniyasının tarixi və mədəniyyət abidələrinə, o cümlədən toponimlərə nəzər salınıb, olduqca maraqlı izahlar verilib. Məlumdur ki, ermənilər Cənubi Qafqazda mədəniyyət yaradıcısı deyillər və birləşdirici funksiya yerinə yetirməyiblər. Ümumiyyətlə, erməni kilsələrindən başqa heç bir yerdə ermənilərə məxsus abidələr yoxdur. Bu, ermənilərin Cənubi Qafqazda aborigen xalq olmamasını göstərir. Rus müəlliflərdən biri yazır ki, ermənilər yalnız kilsələrə gələndə özlərinin erməni olduqlarını anlayırlar, yəni yalnız burada erməni dilində danışır, öz erməni kimliklərini xatırlayırlar. Qısacası, indiyə qədər ermənilərin kilsələrdən başqa hər hansı bir tarixi abidələrinə rast gəlinməyib”, - deyən M.Qasımlı əlavə edib ki, təqdimatına toplaşdıqları bu kitab həm erməni iddialarına tutarlı cavabdır, həm də tarixi faktların əks olunduğu mühüm mənbədir. Bu səbəbdən kitabın bir neçə xarici dildə nəşr olunması vacibdir.
Milli Məclisin deputatı Elman Nəsirov diqqətə çatdırıb ki, kitabda ermənilərin Qarabağ iddiaları və Qarabağ məsələsinə Albaniya tarixi kontekstində nəzər salınıb: “Əsərdə Qafqaz Albaniyası dövründə Qarabağın siyasi həyatı, mədəniyyəti, etnik mənzərəsi canlandırılıb, bu dövrə aid erməni iddiaları nəzərdən keçirilib. Erməni müəlliflərin öz əsərlərində yer alan çoxsaylı arqument və faktlardan istifadə edilərək erməni iddiaları ifşa edilib. Əlamətdar haldır ki, tarixi faktların işığında Qərb tədqiqatçılarının da fikirlərinə yer verilib, obyektiv tarixi materiallar diqqətə çatdırılıb. Kitabın digər xarici dillərə tərcümə olunması da olduqca zəruridir”.
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov isə bildirib ki, Qarabağın islamaqədərki tarixinə yeni elmi faktlarla işıq salan bu əsər özündə əks etdirdiyi məsələlərə, tarixi faktlara görə olduqca mötəbər mənbədir. Onun sözlərinə görə, erməni iddialarının ifşa olunması üçün bu cür əsərlərin ərsəyə gətirilməsi və müxtəlif xarici dillərə tərcümə olunması mühüm əhəmiyyət kəsb edir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00

