Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yubiley yaşı tamam olmuş partiya veteranı ilə görüş keçirilib

Yubiley yaşı tamam olmuş partiya veteranı ilə görüş keçirilib

02.04.2026 [11:35]

01 aprel 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı tərəfindən uzun illər rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərmiş partiya veteranı Məmmədhəsənova Hakimə Niyaz qızının 70 illik yubileyi münasibətilə görüş keçirilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov yubilyarı təbrik edərək ona  möhkəm cansağlığı, uzun ömür arzulayıb. O, partiya veteranlarının Ümummilli Lider Heydər Əliyev ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə fərqləndiklərini deyib.

Yubilyar göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının və uzun illər partiyanın təbliğatındakı fəaliyyətinin onun  üçün böyük qürur olduğunu söyləyib.

Sonda yubilyara partiya dəyərlərinin təbliğində aktiv iştirakına  görə  rayon təşkilatı tərəfindən qiymətli hədiyyə təqdim olunub.

Paylaş:
Baxılıb: 373 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30