Azərbaycan Televiziya və Radiosu yeni inkişaf mərhələsində
04.11.2022 [09:33]
Televiziya, kütləvi informasiya vasitəsi kimi, əsas məqsədini - hər bir insanın ayrı-ayrılıqda və bütövlükdə cəmiyyətin informasiya tələbatını ödəmək məqsədi daşıyaraq dünyanın son 90 ilə yaxın müddətdə bu missiyanı yerinə yetirən başlıca vasitələrdən biri olaraq qalır. O, bütün sələflərini (radio, çap və son onilliklərdə elektron mediası) üstələyir, çünki o, informasiyanın daha sürətli, daha aydın, daha etibarlı və emosional baxımdan daha zəngin yayılmasına imkan verir. Müasir cəmiyyətdə insanların müntəzəm olaraq iqtisadi, siyasi, sosial və mədəni informasiya alması normaya, daha sərrast ifadə etsək, gündəlik tələbata çevrilib.
Bu kontekstdəki fəaliyyəti ilə noyabr ayının 6-da yaranmasının 96 illiyini bayram ovqatı ilə qarşılayan, təməl daşları Azərbaycan Radiosunun efirə çıxması ilə qoyulan, ondan 30 il sonra, 1956-cı il fevral ayının 14-də yayımına başlayan Azərbaycan Televiziyası - bugünkü “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ictimai-siyasi, idman və mədəni həyatında, bir sözlə, bu həyatı əhatə edən bütün sosial sahələrdə sözünü deyə bilməklə yeni islahatlardan yaranan inkişaf mərhələsindədir.
Azərbaycan Televiziyası fəaliyyətdə olduğu bütün zamanlarda özünün dövləti və milli maraqlarını, ildən-ilə də deyil, hətta gündən-günə qloballaşan dünyada mental dəyərlərimizi qoruyaraq onu min illər ərzində süzgəcdən keçərək formalaşan, sivil dünyanın ortaq olaraq formalaşdırdığı bəşəri keyfiyyətlərlə birgə təbliğ etməkdədir. Dövlət müstəqilliyimizin bərpasından sonra özünün istər forma, istərsə də məzmunca inkişafının yeni mərhələsi Azərbaycan teleməkanında yeni imkanlar yaratdı. Bu, “Azərbaycan Milli Televiziyası xalqımızın milli sərvətidir”- deyən ümummilli liderimiz Heydər Əliyevin ölkə mediasına verdiyi dəyər və göstərdiyi diqqətin təzahürü olaraq yaranan amil oldu. Bunun nəticəsi idi ki, ötən əsrin 90-cı illərin ortalarından Azərbaycan Televiziyasının maddi-texniki bazasının yenilənməsi istiqamətində ilk və ardıcıl addımlar atılmağa başladı. Artıq həmin illərin sonlarında fakt olaraq meydana çıxan yeni televiziyaların yaradılması tendensiyasından doğan rəqabət mühiti kollektivimiz üçün başlayan prosesi daha aktual etməklə, yaradıcı mühitin canlandırılması, kreativ düşüncə tərzinə malik kadrların cəlb edilməsi işini başlıca hədəfə çevirib. Zərurətə çevrilən, qaçılmaz olan bu islahatların nəticəsi idi ki, yeniləşən Azərbaycan Televiziyası forma və məzmununa görə cəlbedici olmaqla bərabər, Azərbaycan xalqının əslər ərzində formalaşdırdığı mental xüsusiyyətləri, o xüsusiyyətlərdən yaranan milli keyfiyyətlərin qorunmasını özünün başlıca dəyişilməz xəttinə çevirdi. Buna görədir ki, hazırki çoxsaylı efir məkanımızda bu günə qədər Azərbaycan Televiziyası və Azərbaycan Radiosu xalqımız üçün televiziya mütəxəssislərinin birmənalı olaraq təsdiq etdikləri kimi, Ana Televiziya və Ana Radio olaraq fəaliyyətini genişləndirməkdə, özünün çoxmilyonlu auditoriyasını qoruyaraq artırmaqdadır.
İlk olaraq onu xatırladaq ki, dövlət müstəqilliyimizin elan olunmasından sonra regionda, xüsusilə Azərbaycanda qeyri-stabilliyin yaranmasında maraqlı qüvvələrin erməni separatizminə gizli dəstəyinin davam etdirildiyi vaxtlarda o prosesi qaynaqlandıran Ermənistanın açıq şəkildə proseslərə qoşulması ilə birinci Qarabağ müharibəsi alovlandı. Kollektivimizin adından bu gün qürurla qeyd edə bilərik ki, o günlərdən Azərbaycan Televiziyası hadisələrin episentri olan Şərqi Zəngəzurla sinxronlaşdırılan üzvünə çevrildi. Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Ermənistan Respublikasının həyata keçirdiyi dövləti terrorun ilk qurbanları sırasında dövlət və hökumət nümayəndələri ilə birlikdə əməkdaşlarımız da vardı. 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni hərbi dəstələri tərəfindən vurulan helikopterdə Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, Dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev və digərləri ilə birlikdə əməkdaşlarımız- telejurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov və 19 yaşlı işıqçı Arif Hüseynzadə də var idi. Yeri gəlmişkən, Müzəffər Ali Baş Komandan сənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra Ermənistan tərəfin hərbi təxribatları nəticəsində həlak olan iki media mənsublarından biri də televiziyamızın operatoru Sirac Abışov oldu.
90-cı illərin əvvəllərində baş verən hadisələr yenicə dövlət müstəqilliyinin bərpasını elan edən xalqımız üçün xarakter və miqyasına görə misilsiz faciə olsa da, öz tarixi boyu ağır itki və sınaqlardan çıxan Azərbaycan xalqı bu dəhşətli zərbəyə dözdü. Xalqın ardıcıl iradəsi ilə 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin dərin dövlətçilik fəlsəfəsinin mahiyyəti nəinki Qarabağ müharibəsində ciddi dönüş yaratdı, həmçinin1994-cü ildə Ermənistan tərəfin təşəbbüsü ilə elan olunan atəşkəs rejimi ordu quruculuğunda, habelə bütün sosial-iqtisadi sahələrdə yeni inkişaf mərhələsinə impuls verdi.
Qeyd edək ki, Azərbaycan Televiziyası bu gün həmin vaxtlar ölkəmizdə gedən proseslərin tam və mükəmməl salnaməsi olan başlıca məkandır. Xüsusilə, yaradıcı heyətin istər birinci, istərsə də ikinci Qarabağ müharibəsi zamanı hadisə yerindən çəkilişlər edərək hazırladığı, efirə gedən və getməyən materiallar ötən 30 il müddətinin etibarlı yol yoldaşı kimi televiziyamızın “Qızıl fondu”nda saxlanılır. Bu işdə Prezident cənab İlham Əliyevin 30 may 2022-ci il tarixli “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncamın oynadığı rolu xüsusi vurğulamaq lazımdır. Sərəncamdan irəli gələn başlıca vəzifə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə məxsus AzTV, Mədəniyyət TV, İdman TV, “Azərbaycan Radiosu” və “Beynəlxalq Radio”nun ümumilikdə bir əsrə yaxın dövr ərzində formalaşmış zəngin audiovizual arxiv materiallarının keyfiyyətli, etibarlı və uzunmüddətli qorunub saxlanması işinin təkmilləşdirilməsi, əksər hissəsi Azərbaycan xalqının maddi-mənəvi sərvətinə çevrilmiş həmin materialların rəqəmsallaşdırılması və vahid bazasının yaradılması məqsədilə ayrılan vəsait imkan verir ki, bununla bağlı işləri uğurla davam etdirək.
O faktı xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Azərbaycan Televiziyası və Radiosu bu fonda revolyusion deyil, evolyusion yeniləşmə yoluna qədəm basdı və bu seçkilərdə xalqının mütləq əksəriyyətinin səs verdiyi Prezident cənab İlham Əliyevin siyasi hakimiyyətə gəlişi ilə yeni proqressiv dövr başladı.
Televiziya orqanizmdəki reseptor kimi cəmiyyətin bir növ göstəricisidir, hər hüceyrədə, hər orqanda baş verənlərdən beyni xəbərdar edir. O, bəlkə də, başqa mediadan daha çox, cəmiyyətin normal fəaliyyətini, müxtəlif sosial və mədəni təbəqələrin, peşəkar icmaların qarşılıqlı əlaqəsini qurur. Bu funksiyanın yerinə yetirilməsi əhaliyə bu və ya digər təsir sistemində, müvafiq siyasi, əxlaqi və mənəvi dəyərlər toplusu ilə müəyyən həyat tərzinin təbliğində bilavasitə iştirak etməyi nəzərdə tutur.
Kollektivimiz və onun rəhbərliyi əmindir ki, televiziyanıninteqrativ funksiyasını şüurlu şəkildə həyata keçirən jurnalist üçün birinci keyfiyyəti materiala yanaşmada tamaşaçının fərdin qayğıları ilə cəmiyyətin tələbatını birləşdirə bilmək bacarığı əsas rol oynayır.
Televiziya vasitəsilə müəyyən həyat tərzi təbliğ olunur, təhtəlşüurda müəyyən siyasi, əxlaqi, sosial baxışlar həkk edilir, müəyyən mənəvi dəyərlərin ifadəsi olan ideyalar yayılır. Bu amilin qorunub saxlanlmasının nəticəsidir ki, Ana Televiziyamız istənilən ailənin çağırılan qonağı ola bilir. Bu faktorda onun sosial-pedaqoji, inteqrativ və üstəlik, informasiya funksiyası ilə həmsərhədliyi təmin edilir.
Kollektivimizdə onu birmənalı olaraq bilirlər ki, televiziya tamaşaçısı bir növ makro bütövlükdür. Hər dəfə tamaşaçıları birləşdirən ümumi şeylər - həyat tərzi, ortaq dil, mədəniyyət, dəyər oriyentasiyaları, peşəkar maraqlar, sosial məsələlər və biz bunların sintezindəki “qızıl ortanı” saxlamağa çalışırıq.
Televiziya proqramlarını "məcbur etmək", yəni, tamaşaçının verilişlərə baxma vaxtını, onların ardıcıllığını, quruluşunu və tempi-ritmini dəyişməsinin mümkünsüzlüyü proqramlaşdırmaya xüsusi diqqətli yanaşma tələb edir. Azərbaycan Televiziyası özünün proqram siyasətini məhz bu yanaşmalar əsasında qurur. Buna görədir ki, televiziyamız tamaşaçılardan gələn sosial sifarişlərə həssalıqla yanaşır və onun yaradıcı kollektivi bütün spektləri nəzərə alaraq çoxprofilli layihələrə üstünlük verir. Bunlarla belə, o da unudulmur ki, müasir tamaşaçını daha çox sosial-siyasi həyatda baş verənlər maraqlandırır və bu məqam proqram siyasətimizin fəlsəfəsində aparıcı yerlərdən birini tutur. Bunlar son üç ilə yaxın müddətdə kollektivimiz qarşısında aktual məsələlərdir və kollektivimizdə aparılan kadr islahatları, maddi-texniki bazamızın əsaslı şəkildə modernləşməsi qarşıya qoyulan vəzifələrin icrasını təmin edir.
Hər gün 13 dəfə hazırlanaraq efirə gedən "Az.TV Xəbər" proqramı çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda baş verən hadisələrlə bağlı operativ məlumatlar ötürür, "Həftə", "Əsas məsələ", “Çıxışa doğru”, “Sözümüz imzamızdır”, “Obyektiv”, “Hədəf”, "Parlament Saatı”proqramları gündəmdə olan məsələlər barədə tamaşaçıları təhlil və şərhlərlə əsas məsələyə yönəltməkdir. Bunlardan əlavə, Suşadan – "Zəfər yolu"nun tikintisindən, Zəngilandan - "Ağıllı kənd" layihəsinin icrasından və işğaldan azad olunmuş digər rayonlardan hazırlanan verilişlər gündəlikdə dayanan məsələlərlə bağlı tribunaya çevrilir. Həmçinin “Telesəhər”, “Gün başladı”, “Tarixin izi ilə”, “Xalqın Adamı”,“Hər yer vətəndir”, “Döyüşçü”,“Region xəbərləri”, “SMG-Sosial Media Gündəmi”, “Peşəkarlar”, “Gerçəklər”,“Texnoxəbər”, “Gəncsən”, “Çöl adamı”, “Qazan manqal”, “Gül kimi”, “Şərqilər”, “Eslində biz”, “Oralar”, “Günün ortası”, “Şuşam mənim”, “Vətənin səsi” və digər verilişlər öz auditoriyasını maraqlandıran suallara cavab tapmaqda kömək edir.
Ekspertlər qeyd edirlər ki, internet davamlı olaraq tamaşaçıları televiziyadan uzaqlaşdırır. Əlbəttə, bunlar mübahisə doğuracaq mülahizələrdir, amma düşünməməlisən ki, televiziya verilişi efirdə olarkən bir neçə dəqiqə yaşayır. Biz proqramlarımızı sosial şəbəkələrdəvə öz saytlarımızda yerləşdirməklə və sosial şəbəkələrdə videolar yerləşdirirməklə onların tamaşaçı auditoriyasını genişləndirməyə müvəffəq oluruq.
Televiziya proqramının fəaliyyətinin təhlili sənayenin bir hissəsi kimi televiziya məhsulu yaratmaq üçün tələblər yaradıcı heyət qarşısında peşəkar bacarıqlarını formalaşdıran təlimat rolunu oynayır və bunu bir prinsip olaraq qəbul etmişik.
Xüsusilə, müxtəlif növ televiziya proqramlarının struktur və məzmun yönümlülüyünə əsaslanaraq təhlil etmək bacarıqlarının inkişafı mühüm peşəkar səriştələrin inkişafına kömək edir. Televiziya proqramlarının təhlili göstərir ki,tamaşaçının obrazı da birbaşa olaraq konkret televiziya məhsulunun tipoloji təyinatı ilə düz mütənasibdir. Buna görədir ki, müəyyən uzun ömürlü, milyonlarla auditoriyası olan layihələrə üstünlük veririk. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının keçirdiyi "Muğam Televiziya Müsabiqəsi" belə layihələrdən biridir. Birinci Mehriban xanım Əliyevanın xüsusi qayğısı olan o layihənin aktuallığı təsdiq etdi ki, layihə nəinki Azərbaycanda, hətta ölkəmizdən kənarda yaşayan soydaşlarımızın dərin rəğbətini qazanıb. Ona görə də həmin festival ənənəvi olaraq davam etdirilir.
Azərbaycanda idman siyasətini prioritet sahələrdən biri elan edən Prezident cənab İlham Əliyevin həyata keçirdiyi xətdən bəhrələnən Ana Televiziyamızın bazasında "İdman Azərbaycan" telekanalının təşkili də sosial sifarişin nəticəsidir. 2009-cu il fevral ayının 1-də Prezident cənab İlham Əliyevin iradəsi ilə yaradılan telekanal öz sabit auditoriyası, xüsusilə, yeniyetmə və gənclərimiz və bütün cəmiyyətimiz üçün idmanın populyarlaşması istiqamətində apardığı işlər bu gün də davam etdirilir.
Hazırda "İdman" telekanalının ayrı-ayrı verilişlərində – "İdman-Xəbər", İdman həftəsi", "Flaqman", "İdman məbədi", "Televiziya şahmat klubu", "Favorit", "Avrofutbol", "İdman və media", "Futbol klubu", "İdman rekordları", "Debüt", "Sabahın ulduzları", "İdman korifeylərimiz" və başqa proqramlarda, eləcə də, dünyanın ən maraqlı futbol turnirlərindən sayılan – İspaniya La-Liqası, Almaniya Bundesliqası və İngiltərə Premyer Liqasının oyunlarından reportajlar zamanı müxtəlif yaradıcılıq üsulları tətbiq olunur, tamaşaçıların zövqlərinə cavab verən bir sıra müasir texnoloji imkanlar tətbiq edilir.
Xatırladaq ki, kanalın yaradıcılıq nailiyyətləri ilə birlikdə, texniki uğurları da kifayət qədərdir. 2010-cu il yanvarın 15-dən proqramların peyk vasitəsilə yayımı başlanıb, verilişlərin gündəlik həcmi 15 saata çatdırılıb.
2015-ci il oktyabrın 12-dən "İdman" telekanalı 24 saatlıq iş rejiminə keçib. Hazırda kanalın proqramları HD formatında yayımlanır. Bu yenilik videotəsvirlərin daha rahat vizual qəbuluna imkan yaradır. Dünya ölkələrində idman kanalı açıq efir vasitəsilə yayımlanmır, buna görə maliyyə vəsaiti ödənilir. Yay və Qış Olimpiya Oyunları, ümumdünya universiadaları, Avropa Gənclərinin Olimpiya Festivalı, müxtəlif növlər üzrə dünya və qitə çempionatları, Formula-1 turnirləri, UEFA Çempionlar Liqası, Avroliqa, habelə Avropa Voleybol Konfederasiyasının ən mötəbər yarışları, ölkəmizin milli çempionatları məhz bizim kanalda peşəkarlıqla azarkeşlərə təqdim olunur.
Qeyd edək ki, planetimizdə ən çöx maraq doğuran yarışlardan biri – futbol üzrə dünya çempionatının yayımı 2014 və 2018-ci illərdə "İdman" telekanalına həvalə edilmişdi. 2020-ci il Tokio Olimpiadasının respublikamızda yayım hüququ barədə razılıq əldə olunmuşdu və pandemiya səbəbindən 2021-ci ildə keçirilən Olimpiya oyunlarını milyonlarla tamaşaçı auditoriyası izləmişdi.
"Mədəniyyət" telekanalının yaradılması da dövlətimizin başçısı cənab İlham Əliyevin mədəniyyətə, incəsənətə göstərdiyi böyük diqqət və qayğının daha bir nümunəsidir. 2011-ci il fevral ayının 14-də "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin bazasında yaradılan və qısa müddətdə tamaşaçı rəğbəti qazanan "Mədəniyyət" telekanalı Ana Televiziyamızın ərsəyə gətirdiyi peşəkar kanaldır. Əsas məqsədlərindən biri zəngin Azərbaycan mədəniyyətinin bəşəri dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini ölkəmizdə təbliğ etmək, gənc nəslin bədii-estetik zövgünü formalaşdırmaq olan "Mədəniyyət" telekanalı 11 ildən artıqdır ki, fəaliyyətdədir. Verilişlərini HD formatda yayımlayan "Mədəniyyət" telekanalı bütün dünyada seyr edilmək imkanı qazanan telekanal “Səhər çağı”, “Deməli...” tok-şou, “Mədəniyyət xəbərləri”, “Evimizdə”, “Dərs saatı”, “Vətənim”, “Nağıl vaxtı”, “Ovqat”, “Çıraq”, “Vətən daşı”, “Görüş”, “Muğam dünyamız”, “Nəcib söhbətlər”, “Zəmanə”, “Haqqın dərgahı”, “Sehirli səslər”, “Güzgü”, “Caz Ulduzları”, “Qızıl fond”, “Vətənimiz Azərbaycan”, “Saz söz axşamı”, “Yadigarlar”, “Sənətim”, “Körpü” və digər musiqi, bədii və sənədli film yayımları geniş tamaşaçı auditoriyası qazanıb.
Son illər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyətinin təbliği sahəsində çoxsaylı layihələr həyata keçirilb. "Mədəniyyət" telekanalı fəlaiyyətə başladığı gündən mədəni həyatımızın tribunasına çevrilib.
Bura əlavə olunmalıdı son 3 ildə HD formatda təqdim olunan müxtəlif mövzularda tok-şoular, portret, ədəbi-bədii və səyahət verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər Azərbaycan Televiziyasının potensial göstəricilərindən biri sayıla bilər. Bu, müasir sivil dünyanın tərkib hissəsi olan Azərbaycan Respublikasının bütün sahələrdə imza atdığı nailiyyətlərdən biri kimi də təqdimatıdır. Bununla belə, ölkəmizdə aparılan siyasi xətt bütün sahələrdə olduğu kimi, bizim kollektivimizdən də kreativ olmaqla ilbəil deyil, az qala, günbəgün inkişaf tələb edir. Buna görədir ki, son üç ildə start verilən tərəfimizdən təqdim olunan və Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu”ndakı dəyişikliklər kollektivimizdə islahatlar üçün başlıca hüquqi baza olacaq. Zamanın tələblərindən irəli gələn, perspektiv inkişafımıza impuls verən bu islahatlar Ana Televiziyamızı onu sevən doğma tamaşaçılarla ünsiyyətini daha da dərinləşdirəcəkdir. Qətiyyətli və düşünülmüş islahatların nəticəsi özünü göstərir. Bu gün müasir studiyalar, çəkiliş pavilyonları, zəngin maddi-texniki baza, yeni avadanlıqla təchiz olunmuş montaj otaqlarında hazırlanan yüksək səviyyəli proqramlar tamaşaçı və dinləyicilərə təqdim edilir.
Onu qeyd edək ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin tarixində böyük yüksəliş, yenilənmə və tərəqqi dövrü kimi səciyyələnən bu faktor kütləvi informasiya vasitələrinin inkişafına yönələn dövlət siyasəti ilə birbaşa bağlıdır.
Elməddin Quliyev
“AzərbaycanTeleviziya və Radio Verilişləri” QSC-nin məsul işçisi
Xəbər lenti
Hamısına baxHadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39

