Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Odda - İki bacı” anti-Türkiyə filmi Bakıda nümayiş etdirilməyəcək

“Odda - İki bacı” anti-Türkiyə filmi Bakıda nümayiş etdirilməyəcək

30.11.2022 [20:11]

Türkiyə əleyhinə məqamların yer aldığı “Odda-İki bacı” filminin Bakıda nümayişi baş tutmayacaq. 

Almaniyanın Azərbaycandakı səfirliyi və Avropa İttifaqının nümayəndəliyinin filmin nümayişi ilə bağlı təşəbbüsü ictimaiyyətin kəskin etirazı ilə qarşılandığından geri addım atılıb.

Almaniya səfirliyindən bildirilib ki, səhv anlaşılmama üçün filmi nümayiş etdirməmək qərarına gəliblər.

Qeyd edək ki, iki gün öncə Almaniyanın Bakıdakı səfirliyi Aİ-nın Azərbaycandakı nümayəndəliyi ilə birlikdə sözügedən filmin Azərbaycanda nümayiş olunacağı barədə məlumat yaymışdı. Məlumatda qeyd olunmuşdu ki, kinoteatrlar filmin nümayişini təxirə saldığı üçün film Aİ Film Festivalında göstərilə bilməyib. Filmin 5 dekabr 2022-ci il bazar ertəsi saat 19:00-da Landmark lll kinoteatr zalında nümayişi nəzərdə tutulurdu.

Xatırladaq ki, “Odda-İki bacı” filmini Azərbaycan kinoteatrları yayımlamaqdan imtina edib. Filmdə Almaniya bundesverinin hərbçisi olan Rojda Xani İraqda kürd hərbçilərə İŞİD-ə qarşı döyüşmək üçün təlim keçir. Amma kimsə bilmir ki, o, əslində itkin bacısı Bərivanı axtarır. Həmçinin filmin süjet xəttində Türkiyə hərbçiləri qəddar, qaniçən, məkrli "potensial düşmən" kimi göstərilib.

Paylaş:
Baxılıb: 489 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31