Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Var millətimin imzası imzalar içində"

“Var millətimin imzası imzalar içində"

11.12.2022 [20:04]

Bütün dövlətlər, toplumlar, xalqlar dünyada həm də böyük şəxsiyyətləri, liderləri ilə tanınır, nüfuz qazanır. Amma bəzən xalqların tarixinə  100 ildən bir doğulan elə şəxsiyyətlər işıq salır ki, tarixin bütün mərhələlərində bütün dünya Onu ehtiramla, hörmətlə anır. Bu baxımdan Ulu Öndər Heydər Əliyev Tanrının Azərbaycan xalqına lütf etdiyi dahi şəxsiyyətdir. Heydər Əliyev elə bir fenomendir ki, onun fəaliyyətindən, ölkə və xalq qarşısındakı xidmətlərindən  yaşından, vəzifəsindən, statusundan asılı olmayaraq istənilən şəxs danışa, yaza bilər. Çünki ölməz Liderin yaratdığı, qurduğu, qoruduğu dövlət hamınındır, hər kəsindir. 

 ...Xalqın israrlı təkidi ilə  Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsi  böyük dövlətlərin ölkəmizə geosiyasi müdaxilələrinə son qoydu. Qısa zamanda Azərbaycan xalqının bu seçimi  ölkəmizi  beynəlxalq arenada tanıtfı. "Tarixi şəxsiyyətlər yaradır" ifadəsi  Ulu Öndərin simasında aydın təzahür edir. Heydər Əliyev Azərbaycanın xarici siyasət kursunda ölkə əhəmiyyətli  layihələr həyata keçirərək  ölkəmizi  dünya ölkələri sırasına daxil etdi və   tarixi  uğurlara imza atdı.  Böyük Lider üçün  Azərbaycanın xarici siyasəti prioritet idi. Məhz bu siyasi kursu düzgün inkişaf etdirmək, ölkənin strateji maraqları əsasında  beynəlxalq aləmlə hərtərəfli işgüzar münasibətlər yaratmaq vacib idi. Həm region,  həm  qərb dövlətləri və onları təmsil edən şirkətlərlə Azərbaycanın bərabərhüquqlu, qarşılıqlı-faydalı, müştərək tərəfdaşlıq əlaqələrinin yaradılması ilə bağlı  aparılan məqsədyönlü siyasət zamanla öz məntiqi  nəticələrini sərgilədi.  Sürətlə inkişaf edən, "dünyaya günəş kimi doğan"  bir dövlətin başçısı olara Heydər Əliyevin xarici dövlətlərə işgüzar, dövlət səfərləri başlandı. 

XX əsr dünya tarixində adı ehtiramla çəkilən lider, ilk növbədə, şəxsiyyətinin böyüklüyü və əzəməti ilə  dünya arenasında Azərbaycan və azərbaycanlı imzasını qoydu.

Bu məqamda qətiyyətlə XX əsr Azərbaycan ədəbiyyatının klassik şairlərindən olan Məhəmməd Hadinin (1879-1920) "Zümzümati-təhəssürat, yaxud qarışıq xəyallar" adlı şeirində ürək ağrısı ilə yazdığı: "İmzasını qoymuş miləl övraqi-həyatə, Yox millətimin xətti bu imzalər içində" misralarını dəyişib  “Var millətimin imzası imzalar içində" kimi oxumaqla şairin də ruhunu şad etmək yerinə düşər.

Ümummilli Liderin müxtəlif xarici dövlətlərə onunla bərabər səfər edən nümayəndə heyətlərinin üzvlərinin xatirələri, dövlət başçıları ilə görüşlərdən yadda qalan tarixi məqamlar haqqında yazılar, memuarlar saysızdır və sadalamaqla bitməz.  Azərbaycanın bugünkü beynəlxalq aləmdə tanınmasına, nüfuzuna II VƏTƏN MÜHARİBƏSİ zamanı ölkəmizin Prezidenti İlham Əliyevin qətiyyətli çıxışları, haqq işimizə qarşı birləşən ittifaqlar qarşısındakı əzmli davranışları və nəhayət, QƏLƏBƏMİZ parlaq nümunədir. Əlbəttə ki, bu həm də Heydər Əliyev fenomeninin yolumuzu işıqlandıran nurudur…

Mətanət Ağamirli, 

Əməkdar jurnalist

Paylaş:
Baxılıb: 615 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31