/ / Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı çərçivəsində keçirilən panel iclaslarda aktual mövzular müzakirə edilib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı çərçivəsində keçirilən panel iclaslarda aktual mövzular müzakirə edilib
14.06.2016 [10:24]
Andorra Knyazlığında Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısı panel müzakirələrlə işini davam etdirib.
“Qloballaşmaya yeni baxış” panelində çıxış edənlər qloballaşan dünyada artan bərabərsizlik, şirkətlərin ucuz işçi qüvvəsindən və məhdud sosial müdafiədən yararlanması səbəbindən qloballaşmanın istənilməyən nəticələrinin aradan qaldırılması yollarına dair fikir mübadiləsi aparıblar. Paneldə qlobal biznes və demokratiya arasında balansın saxlanılması, həmçinin daha yaxşı idarəçiliklə qloballaşmanın çatışmazlığının aradan qaldırılması yolları müzakirə olunub. Panel iclasda, həmçinin qloballaşan dünyada qüvvələr balansı, beynəlxalq hüquq, iqtisadi məsələlər, texnoloji inqilablar və digər önəmli mövzulara da toxunulub.
Ərəb Liqasının sabiq baş katibi Əmr Musa müasir dövrdə dünyada gedən inkişaf proseslərindən danışıb və bugünkü tədbirdə üç əsas məsələnin müzakirəsinin vacibliyini vurğulayıb: “Bunlardan birincisi qloballaşma, ikincisi böyük dövlətlərin yeritdiyi siyasət və nəhayət, üçüncüsü inkişaf etməkdə olan dünyanın müasir vəziyyətidir”.
Əmr Musa qloballaşmanı mürəkkəb və çoxtərəfli sistem kimi xarakterizə edərək bu anlayışa geniş yanaşmanın vacibliyini vurğulayıb. Qloballaşma dedikdə, həmçinin iqtisadiyyat, sənaye, stabillik, terrorizm və təhlükənin qloballaşması kimi məsələləri diqqətə çatdırıb. O, eyni zamanda, kasıblıq, qeyri-sabit vəziyyət, sülh prosesi, Qərb ölkələrinin yürütdüyü siyasət, terror təşkilatları və digər məsələlərə toxunub.
Somalinin keçmiş Baş naziri Abdiveli Şeyx Əhməd isə milli maraqların təqib olunması, texnologiya, əmək münasibətləri, iqtisadi transformasiya və s. məsələlərlə bağlı fikirlərini bildirib. O, Afrikada gedən proseslər, terror aktları, insanların qloballaşma prosesinə təsir imkanları, dünyanın aparıcı dövlətlərinin hazırkı fəaliyyəti kimi məsələlərdən danışaraq Breton Vuds sistemi, beynəlxalq ticarət sistemi, bərabərlik, ədalət prinsiplərinin əhəmiyyətini vurğulayıb. “BMT bərabərsizliyin aradan qaldırılması istiqamətində nə kimi işlər görür? Yeni qlobal idarəçilik hansı şəraitdə tətbiq edilir? Mənim ölkəm də daxil olmaqla, bu gün bir çox ölkə terrorun qurbanına çevrilib. Hesab edirəm ki, bunlar çox vacib problemlərdir və bunların həlli istiqamətində konkret təkliflər irəli sürülməlidir”, - deyə o bildirib.
İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldin isə çıxışında “Beynəlxalq ticarətdə qaliblər və itirənlər kimlərdir, onların arasında tarazlıq yaranacaqmı?”, “Qalib gələnlər itirənləri kompensasiya edəcəkmi?” kimi suallara cavab tapmağa çalışıb. İ.Serageldin son 30 ildə ətraf mühit, sağlamlıq, iqtisadiyyat və digər sahələrdəki dəyişikliklərə toxunaraq, müasir dövrdə işsizliyin problemə çevrildiyini, 50 faiz gəncin işsiz olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya Berlin divarlarının dağılmasından sonra dünyada baş verən siyasi proseslərə toxunub. O, bu mövzunun 2016-cı il mart ayında Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunda da müzakirə edildiyini qonaqların diqqətinə çatdırıb. Z.Laqumciya son 10 illik ərzində ümumdaxili məhsul, texnoloji təkamül barədə fikirlərini bildirərək 2000-2010-cu illərdə böyük irəliləyişin müşahidə edildiyini bildirib. O təəssüflə bildirib ki, bu gün texnoloji inqilab dövründə internetdən istifadə edə bilməyən insanların sayı olduqca çoxdur.
Paneldə Slovakiyanın sabiq Baş naziri İveta Radikova, İspaniyanın Andorradakı səfiri Manuel Montobbio, Makedoniya Respublikasının Avropa işləri üzrə dövlət katibi Ana Blazeska da çıxış edərək müzakirə edilən mövzu ilə bağlı fikirlərini bildiriblər.
Tədbir çərçivəsində keçirilən “XXI əsr iqtisadiyyatının qurulması” mövzusunda ikinci paneldə isə sahibkarlığın yeni reallıqları, müştərək iqtisadiyyatın artımı, vergi, pensiya və siyasi təhlükəsizlik məsələləri müzakirə edilib. Paneldə Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Albaniyanın sabiq Prezidenti Recep Meydani, Fransanın sabiq iqtisadiyyat naziri Edmond Alfanderi, Andbankın baş iqtisadçısı Aleks Fuste və Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko çıxış ediblər.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli Toplantısı işini davam etdirir.
Xəbər lenti
Hamısına baxElanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11

