Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistanın təhvil verdiyi meyit qalıqlarının kimə aid olması müəyyənləşdirilir

Ermənistanın təhvil verdiyi meyit qalıqlarının kimə aid olması müəyyənləşdirilir

11.02.2022 [19:03]

Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycan tərəfinə bəzi meyit qalıqları qaytarılıb, hazırda onların kimliklərinin müəyyənləşdirilməsi prosesi gedir. 

Bunu APA-ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O qeyd edib ki, meyit qalıqlarının sayının nə qədər olacağı ilə bağlı son mərhələdə dəqiq məlumat bilinəcək.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deyib ki, son bir ildə Ermənistan Azərbaycan tərəfinə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 108 nəfərin meyitinin qalıqlarını təhvil verib. O, yaxın günlərdə daha 2 meyitin qalığını təhvil verməyə hazırlaşdıqlarını da vurğulayıb.

Paylaş:
Baxılıb: 580 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30