Azərbaycan Rusiya-Ukrayna ətrafında yaranmış vəziyyətin diplomatik həllinə tərəfdardır
03.03.2022 [09:30]
Azərbaycan Rusiya və Ukrayna arasında müharibə ətrafında yaranmış vəziyyətin beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən suverenliyə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətlə, tam uyğun, sülh yolu ilə diplomatik vasitələrlə həllinin tərəfdarıdır.
"Report" xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyev təşkilatın Baş Assambleyasının 11-ci fövqəladə xüsusi sessiyasında çıxışı zamanı deyib.
“Ukrayna və onun ətrafında vəziyyət həddindən artıq narahatlıq doğurur və bu, gərginliyin azaldılması, beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həllinin tapılması üçün təcili tədbirlərin görülməsini tələb edir. Azərbaycan mövcud böhranın xüsusilə mülki əhali arasında əhəmiyyətli itkilərə səbəb olmaqda davam etməsindən dərin təəssüf hissi keçirir. Ölən və yaralananların ailələrinə başsağlığı veririk.
Biz beynəlxalq humanitar hüquqa ciddi riayət etməyə çağırırıq. Vətəndaşların həyatı və mülki infrastruktur hər zaman qorunmalı və təmin olunmalıdır. İnkişaf edən humanitar böhran mövcud vəziyyətin mülki əhaliyə təsirini yumşaltmaq üçün sürətli tədbirlər görməyi tələb edir. Bu anlaşmaya əsaslanaraq, Azərbaycan artıq Ukrayna xalqına dərman, tibbi avadanlıq və digər zəruri əşyalarla ikitərəfli əsasda humanitar yardım göstərib”, - bəyanatda deyilir.
Yaşar Əliyev qeyd edib ki, dövlətlər arasında dostluq və əməkdaşlığa aid beynəlxalq hüququn norma və prinsiplərinə ciddi əməl olunması, dövlətlərin üzərinə götürdüyü öhdəliklərin vicdanla yerinə yetirilməsi beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunması üçün mühüm əhəmiyyət kəsb edir. “Ona görə də Azərbaycan vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün bir daha təcili dialoqa çağırır və tərəflər arasında birbaşa danışıqların aparılmasının vacibliyini vurğulayır”, - bəyanatda vurğulanır.
“Report”un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Baş Assambleyanın “Ukraynaya qarşı təcavüz” qətnaməsinin səsverməsində Azərbaycanın mövqeyi birbaşa Azərbaycanın Qoşulmama Hərəkatının sədri olması və üzvlərinin bu cür problemlərə və münaqişələrə ilk növbədə qərəzsiz münasibət bəsləməsi ilə birbaşa bağlıdır.
Eyni zamanda, Azərbaycan birmənalı olaraq Ukraynadakı münaqişənin beynəlxalq hüququn prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qorunub saxlanılması prinsipləri əsasında həllinin lehinə çıxış edib.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Rusiya Federasiyasını Ukraynaya qarşı hərbi əməliyyatları dayandırmağa və bütün Rusiya qoşunlarını Ukrayna ərazilərindən, o cümlədən Krım və Donbassdan çıxarmağa çağıran “Ukraynaya qarşı təcavüz” adlı qətnaməni dəstəkləyib.
O cümlədən, BMT-yə üzv olan 141 ölkə qətnamənin lehinə, 5-i əleyhinə, 35-i isə bitərəf qalıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

