Necə xoşbəxt ola bilərik?
20.03.2024 [11:30]
20 Mart-Beynəlxalq Xoşbəxtlik Günüdür...
Yeganə BAYRAMOVA
Bütün ömür boyu dildə əzbər olan arzulardan bəlkə də birincisi xoşbəxtlikdir. Mücərrəd məna kəsb edən xoşbəxtliyə yanaşma da fərqlidir - bəziləri onu uğurla, bəziləri bəxtlə, bəziləri zəhmətlə, bəziləri isə təsadüflərlə əlaqələndirir. Bütövlükdə gəlinən rəy isə ondan ibarətdir ki, xoşbəxtlik hər bir insanın axtarışında olduğu hadisədir. Qədim zamanlardan psixologiya, fəlsəfə, sosiologiya, incəsənət, eləcə də ədəbiyyatda xoşbəxtlik anlayışını izah etməyə çalışıblar. Xoşbəxtlik bəzən ehtiyac kimi, bəzən isə firavanlıq və rahatlıq kimi əks olunub.
Bu gün Beynəlxalq Xoşbəxtlik Günüdür. Bu günün hər il martın 20-də qeyd edilməsi barədə 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən qərar verilib. Məqsəd isə xoşbəxtliyə can atmağın planetimizdəki bütün insanların ortaq hissi olması haqqında ideyanı dəstəkləməkdir. Beynəlxalq Xoşbəxtlik Gününün təsisçilərinin fikrincə, bu bayram xoşbəxtliyin bəşəriyyətin əsas məqsədlərindən biri olduğunu göstərmək və xatırlatmaq üçün təsis olunub. Bununla əlaqədar təsisçilər bütün ölkələri öz səylərini hər bir insanın rifahına yönəltməyə çağırırlar. BMT hər bir üzv dövlətə, beynəlxalq və regional təşkilatlara, həmçinin mülki şəxslər və qeyri-hökumət təşkilatları da daxil olmaqla, vətəndaş cəmiyyətinə Beynəlxalq Xoşbəxtlik Gününü, maarifləndirmə tədbirləri də daxil olmaqla, lazımi qaydada qeyd etməyə çağırır.
“Xoşbəxtlik resepti”...
Dahi Albert Eynşteyn xoşbəxtliyin “resept”ini yazmışdı. Bu xoşbəxtlik sirri isə sadəcə, bir nəfərə nəsib olub. Onun 1922-ci ildə Tokioya mühazirə oxumağa gedəndə “Nobel” mükafatı aldığı xəbərini gətirən kuryerə bəxşiş verməyə pulu olmur.
Hotelin kitabçasından cırdığı iki vərəqə alman dilində “Dinc və sadə həyat gərgin halda uğur dalınca qaçmaqdan insana daha çox xoşbəxtlik gətirir. Əgər iradə varsa, vasitə də tapılar” - deyə yazır. Həmin kağızı kuryerə verərkən “Ola bilsin, bu qeyd bəxşişdən daha qiymətli olacaq”, - deyə əlavə edir.
Həqiqətən də, belə olur. “Vinners” hərrac evinin verdiyi məlumata görə, alimin əl yazısı 240 min dollara satılır. Bu gün həmin kağız parçası milyon yarımlıq sərvətə bərabərdir. “Xoşbəxtlik resepti” sonuncu dəfə Yerusəlimdə 1,56 milyon dollara satılıb.
Dünyanın ən xoşbəxt ölkələri
BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi dünyanın ən xoşbəxt ölkələrini araşdırıb. Şəbəkə qlobal sorğu məlumatlarından istifadə edərək həmin ölkələri müəyyən edib. Hesabata görə, Skandinaviya ölkələri birinci yerdə qərarlaşıb. Həmin ölkələr bunlardır: 1. Finlandiya, 2. Danimarka, 3. İslandiya, 4. İsrail, 5. Niderland, 6. İsveç, 7. Norveç, 8. İsveçrə, 9. Lüksenburq, 10. Yeni Zellandiya, 11. Avstriya, 12. Avstraliya, 13. Kanada, 14. İrlandiya, 15. ABŞ, 16. Almaniya, 17. Belçika, 18. Çexiya Respublikası, 19. Böyük Britaniya, 20. Litva.
Xoşbəxt olmaq üçün nə etməli?
Əslində, xoşbəxt olmaq elə də çətin deyil. Alimlər insanların xoşbəxt olması üçün bir sıra mühüm məqamlara fikir vermələrini məsləhət görürlər:
Kin və nifrətdən xilas olun
Bu həm sizi qocaldır, həm də xoşbəxt olmanıza əngəl yaradır. Ən yaxşısı pozitiv olmaqdır.
Hər kəsə yaxşı davranın
Ətrafınızdakı insanlara qarşı pis rəftarınız sizin də əhvalınızı pozacaq. Üstəlik, onların da sizinlə pis olmasına səbəb olacaq. Odur ki, kimisə acılamağa dəyməz. Xoşbəxt olmaq üçün hər kəsə yaxşı davranın!
Şükür etməyi bacarın
Əlinizdəkilərin qədrini bilin. Əldə etdiklərinizə görə naşükürlük etməyin. Hər şeyə görə şükür etməyi öyrənmək elə də çətin deyil.
Hər şeyə əhəmiyyət verməyin
Hər şeyin fikrini etməyin. Nə qədər ki, hər şeyi özünüzə problem etsəniz, bir o qədər tez qocalacaqsınız. Hər şey haqqında çox düşünmək sizə xoşbəxt olmağa imkan verməyəcək.
Başqaları haqqında yaxşı danışın
Birinin yanında digəri haqqında pis danışmağa dəyməz. Çünki bu onu deyil, sizi danışdığınız adamın yanında pis edəcək. Özünüzə və ətrafınızdakılara qarşı nə qədər pozitiv olsanız bir o qədər xoşbəxt olarsınız.
Bəhanə axtarmayın
Nə isə etmək üçün gec qalmayın. Hansısa işi görməmək üçün bəhanəyə ehtiyac yoxdu. Bəlkə də bəhanələrlə sabaha saxladığınız şeylər xoşbəxtliyinizə səbəb olacaq.
Hər səhər eyni saatda oyanın
Tənbəllikdən hələ ki, xeyir görən olmayıb. İşinizin olub-olmamasından asılı olmayaraq, hər səhər eyni saatda yuxudan durmaq əhvalınıza müsbət təsir edəcək.
Dinləməyi öyrənin
Xoşbəxt olmaq üçün vacib olan əsas məqamlardan biri də budur. Danışmaqdansa dinləməyə üstünlük versəniz, bunun sizə necə müsbət təsir etdiyini görəcəksiniz.
Qidanıza fikir verin
Nə qədər keyfiyyətli qidalansanız, səhhətinizlə bərabər, əhvalınıza da müsbət təsir edəcək. Unutmayın ki, hər şeyin başında sağlamlıq gəlir.
İdmanla məşğul olun
İdman sizin gümrahlığınızı artıracaq. Əzgin bədən və əhvalla siz heç vaxt xoşbəxt ola bilməyəcəksiz.
Xoşbəxt olun!!!
Xəbər lenti
Hamısına baxMEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04

